Qazax
Ziyalılar Klubunun təşkilatçılığı ilə 13 Sentyabr, 2019-cu ildə Atatürk Mərkəzində
Xalq Yazıçısı İsmayıl Şıxlınin 100 illik yubileyi keçirildi.
Yubiley tədbirini
giriş sözü ilə açan Ziyalılar Klubunun idarə heyətinin üzvü Sərxan Carçı qısa
çıxış edərək ilk sözü tədbirə xüsusi qonaq kimi dəvət edilmiş İsmayıl Şıxlı
yadigarı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya verdi. Elçin
Şıxlı tədbir təşkilatçılarına təşəkkür edərək,
atası barədə xatirələrindən, ələxsus da İsmayıl Şıxlının iki böyük
romanından, "Dəli Kür", "Öləm Dünyam" və digər romanlarından
danışdı. Romanlar barədə geniş izah verən Elçin Şıxlı atasının sonucu romanı
olan "Ölən dünyam" əsərinin necə ərsəyə gəlməsini, çox böyük təəssüf
hissi ilə atasının romanın kitab formasını görə bilmədiyini, ancaq atasının
qırx mərasimində hazır etdiklərini dedi.
Sonra söz Şərq
qəzetinin baş redaktoru Akif Aşırlıya verildi. Akif Aşırlı İsmayıl Şıxlıdan iki
dəfə müsahibə aldığını bildirərək dedi ki: "O dövrdə hadisələr çox qaynar
idi. Əslində hər bir deputat istəyirdi ki, jurnalistlər ondan müsahibə alsın.
Amma jurnalistlər məhz İsmayıl müəllimdən bircə kəlmə münasibət öyrənmək istəyirdi".
Növbəti
çıxışçı Dövlət Televiziyasının əməkdaşı Avdı Qoşqar oldu. Avdı Qoşqar İsmayıl
Şıxlının yaxşı yazıçı, əsl ziyalı olmaqla bərabər onun həm də gözəl pedaqoq
olduğunu xüsusi ilə vurğuladı.
Tədbirdə
iştirak edən "Qazax Xeyriyyə" İctimai Birliyinin idarə heyətinin üzvü
Rəfail İncəyurd çıxış edərək ziyalılıq məsuliyyətindən danışdı. İsmayıl
Şıxlının əsl ziyalı simvolu olduğunu bildirdi.
Sonra, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər
Qoşalı Qazax Ziyalılar Klubunun fəaliyyətindən və İsmayıl Şıxlı
yaradıcılığından geniş danışdı
Tədbirdə
iştirak edən xanımlardan ilk olaraq söz
filologiya üzrə fəlsəfə doktoru Natavan Dəmirçioğluna verildi. İndiyə qədər də
bu mövzuda geniş çıxışları olan Natavan Dəmirçioğlu çox geniş və əhatəli
formada İsmayıl Şıxlı yaradıcılığı və şəxsiyyəti barədə danışdı. İsmayıl
Şıxlının ictimai fəaliyyətindən də bəhs edən Natavan Dəmirçioğlu xalq
yazıçısını "həm də yazmamağı bacaran, yazmayaraq da yazıçı ola bilən
yazıçı" adlandırdı.
Söz
publisist Səbinə Yusifə verildi. Səbinə Yusif
AYB Qazax Zona filialının sədri Barat Vüsalın məşhur "İsmayıl
Şıxlını mən hardan alım?" şeirini söylədi.
Aşıq Dərya
saz ifası ilə çıxış edərək, Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvü Tural
İrfanın İsmayıl Şıxlıya həsr etdiyi şeiri söylədi. İfa çox böyük maraqla
qarşılandı.
İfadan sonra
Tural İrfan müəllifi olduğu şeirin davamını və İsmayıl Şıxlının imperiyaya
qarşı sərgilədiyi mövqedən danışdı.
Tədbirin
aparıcısı Sərxan Carçının bildirdiyinə görə yubileyə üzrlü səbəbdən gələ bilməyən,
salamlarını göndərən bir çox insan var idi. Sərxan Carçı hamısının salamını tədbir
iştirakçılarına söyləyərək Bakı Dövlət Universitetinin Qazax Filialının kafedra
müdiri, professor Hüseyn Xəlilovun tədbir üçün yazdığı mətni oxudu.
Söz Qazaxdan
tədbirə gəlmiş Göyəzən qəzetinin baş redaktoru Elçin İsmayıla verildi. Elçin
İsmayıl tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək təəssüratlarını
bölüşdü.
Sonra tədbir
iştirakçılarından Pərvanə Mikayılova, şairə Svetlana Zeynalova, jurnalist Şəhla
Hüseynova və Rəsmiyyə Çinay çıxış etdilər.
Gənc
kinoşünas Ceyhun Mirzəli, şair Vəli Xramçaylı da öz fikirlərini bildirdilər.
Sonda isə
Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvləri Vüqar Dadaşov, Rəşad Mahmud və
Tural İrfan öz fikirlərini qonaqlarla bölüşdülər.
Tədbir Elçin
Şıxlının son sözü ilə yekunlaşdı.
Ümumi xatirə fotosu çəkildi.
SNN NEWS-Haber
Ümumi xatirə fotosu çəkildi.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий