Поиск по этому сайту

понедельник, 23 сентября 2019 г.

Abşeron rayonunda İ.Nəsimiyə həsr edilmiş tədbir keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Bu sərəncamın işığında 28 sentyabr, saat 12:00 da Abşeron Tarix-Diyarşünaslıq Muzeyi və Qazax Ziyalılar Klubunun birgə təşkilatçılığı ilə həmin muzeydə " İmadəddin Nəsimi dünyası" mövzulu tədbir keçiriləcəkdir. Tədbirə bir sıra mədəniyyət-incəsənət və ədəbiyyat xadimləri dəvət olunub. Tədbirdə iştirak sərbəstdir.
  SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий