Son vaxtlar ölkə mediasında Azərbaycan səhiyyə
sistemində haqlı narazılıqlar barəsində,
eləcədə həkim səhlənkarlığı haqda məlumatlara
çox rast gəlirik. Ancaq ki, unutduğumuz və əməyini layiqincə qiymətləndirə bilmədiyimiz nümunəvi həkimlərimiz də var.
Bu
gün isə Hipokrat andına sadiq, əlləri şəfalı, savadlı həkimlərimizin birindən, həkim
ginekoloq Vəfa xanım İsgəndərlidən söhbət açacayıq. Hal hazırda Vəfa xanım
Abşeron Rayon Poliklinikasında həkim ginekoloq vəzifəsində xidmət göstərir.
İsgəndərli Vəfa Elçin qızı Laçın rayonun Bozlu
kəndində ziyalı ailəsində anadan olub. Atası
mərhum İsgəndərov Elçin Abbas oğlu çox savadlı,
hörmətli və Respublika miqyasında tanınmış həkimlərimizdən olub, 1989-2012-ci
tarixlərdə Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib,
2000-ci il tarixdə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına
layiq görülüb. Sözün həqiqi mənasında Elçin həkim böyük nüfuz sahibi, ağır təbiətli,
xeyirxah, ziyalı adına tam layiq bir şəxs olub.
Elçin
həkimin yadigarı Vəfa həkim atasının yolunu davam etdirərək 1992-ci il tarixdə Azərbaycan Tibb
Universitetinə daxil olub, 1998-ci ildə təhsilini bitirib. Həkim fəaliyyətinə Laçın
rayonunun Ağcabədi rayonunda məcburi köçkünlərin Taxta Körpü qəsəbəsində
yerləşən tibb müəssisəsində ağır şəraitdə əmək fəaliyyətinə başlayıb və 5 ildən
artıq orada məcburi köçkünlərə tibbi xidmət göstərib sonra, Abşeron Rayon Poliklinikasında
həkim fəaliyyətini davam etdirib. Hal-hazırda da həmin müəssisədə həkim ginekoloq
vəzifəsində əhalinin xidmətindədir. Vəfa həkim sözün həqiqi mənasında ailələrə xoşbəxtlik
gətirən, övladsız ailələri uşaq həsrətindən xilas edən, ailələrə sevinc göz
yaşları nəsib edən əlləri şəfalı, üzü nurlu, xilaskar bir həkimdir. Şöhrəti
bütün Respublikaya yayılmaqda olan Vəfa həkim qəbul otağı qarşısında növbələr
gözləyən hər bir xanımı heç bir təmənnası olmadan, iş vaxtından aslı olmayaraq
qəbul edər, onların ümidin doğruldan fədakar,
zəhmətkeş və çoxlarına nümunə olan, mərhum atasının adına layiqli həkimdir. Vəfa xanım elə bir sahədə xidmət
edir ki, ən başlıcası bu həm xalqımızın genefondunu qoruyur, ölkəmizin
demoqrafik vəziyyətini yaxşılaşdır və hər bir gənc ailəyə sevinc bəxş edir. Vəfa
xanım bir həkim kimi, öz peşə borcunun öhdəsindən şərəflə, əzmkarlıqla gəlir və
imumən dövlətçiliyimizə və xalqımıza xidmət edir.
Vəfa xanım yaxşı həkim olmaqla yanaşı həmdə,
nümunəvi azəri xanımdır, ailəlidir, 3 gözəl və ağıllı uşaq anasıdır.
Ailəsi ilə milli mental dəyələrimizi göz
bəbəyi kimi qoruyan ailə nümunəsidir.
Yüksək
əxlaq və tərbiyə sahibi olan Vəfa xanım eyni zamanda təvazökar, imanlı bir insandı,
“mən nə edirəm Allahın izni ilə edirəm” deyir.
Vəfa xanım kimi həkimlər Azərbaycan səhiyyəsinin
ağır yükünü çiyinlərində çəkən tək-tək həkimlərdir. Məhz Vəfa xanım kimi həkimlərin
sayəsində bu gün Azərbaycan səhiyyəsi yaşamaqda və dirçəlməkdədi. Əlbəttə ki,
Azərbaycan səhiyyəsində olan çatışmamazlıqlarla yanaşı, səhiyyəmizə, xalqımıza
layiqincə xidmət edən həkimlərimiz barədə məlumatlı olmağımız ümumi məqsədimizə
xidmət etməlidir.
Bu şərəfli və məsuliyyətli işdə Vəfa xanımın timsalında əsl həkimlərimizə şəfalı əllər, səbir, uğurlar can sağlığı və xoşbəxtlik arzu edirik.
Bu şərəfli və məsuliyyətli işdə Vəfa xanımın timsalında əsl həkimlərimizə şəfalı əllər, səbir, uğurlar can sağlığı və xoşbəxtlik arzu edirik.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий