Поиск по этому сайту

вторник, 3 сентября 2019 г.

KXCP-də nə baş verir?

  Oktay Gülalıyev öz Facebook səhifəsində  KXCP-də baş verənlər barədə söz açıb. Həmin yazını oxucularımıza təqdim edirik.
   "Mirmahmud Mirəlioğlunun yarıtmaz fəaliyyəti nəticəsində KXCP- nin rəhbrliyində təmsil olunan sonuncu gənc, partiyanın MNTK- nın axırıncı üzvü (digər üzvlər fəaliyyətini dayandırıb- red), cumhuriyyətçi araşdırmaçı Serxan Carçı da təşkilatdan istefa verib. Təbii ki, Sərxan bəy istefasının səbəblərini açıqlayıb və bu açıqlamada partiyada yaranan aclnacaqlı durum geniş qeyd olunur. Mirəlioğlunun KXCP- nin dağıdılması və siyasi səhnədən silinməsi istiqamətində apardığı uzun müddətli fəaliyyət, mübariz, cumhuriyyətçi insanların təşkilatdan didərgin salınması daha bir işıqlı gəncimizin bu partiya ilə yollarını ayırmağa məcbur edir. Əgər 2000- ci ildən bəri KXCP- ni tərk edənlərin siyahısını tutsaq uzun bir siyahı alınar. Heyf, gözümüzün qarşısında böyük bir Elçibəy təşkilatı, milli qurum hakimiyyətin və ölkə xaric bizi istəməyən qüvvələrin marağına uyğun şəkildə dağıdılıb məhv edilməkdədir...

Partiya ilə bağlı son baş verənlərə diqqət edəndə (mübariz insanların, gənclərin partiyadan uzaqlaşdırılması, qadınlara hücum edilməsi, hakimiyyətə yarınan siyasətin sərgilənməsi və s.) birmənalı şəkildə deməyə əsas verir ki, Mirəlioğlu çox ustaqlıqla böyük və dağıdıcı bir planı yerinə yetirməkdədir. Onun xüsusən gəncləri, qadınları, ziyalıları partiya rəhbərliyindən uzaqlaşdırmaq, təşkilatı dişsiz vəziyyətə gətirməsi birbaşa Elçibəyin ideoloji siyasi xəttinə, mübarizə ruhuna zidd, hakimiyyətin maraqlarına isə tam uyğundur.

Elçibəy deyirdi ki, bir mübarizənin önündə gənclər və xanımlar gedirsə o mübarizə hökmən qələbə ilə nəticələnəcək. Mirəlioğlu isə bütün gücü ilə gəncləri və qadınları KXCP- dən uzaqlaşdırmaqla məşğuldur. Bütüh bunları görməzlikdən gələn bir para insanlar da heç nədən çəkinmədən ondan aldıqları direktə uyğun olaraq Mirəlioğlunu "Elçibəyin varisi", "inqilabın lideri" və s. kimi boş, mənasız epitetlərlə bəzəyirlər...

Baxın, son günlər onu bir az tənqid etməyimizlə bağlı kimlər bizə cavab verir? Partiyadan getmiş, cəmiyyətdə heç bir nüfuzu olmayan, əqidəsi və iradəsi qeyri- sabit adamlar, eləcə də hakimiyyət mediası. Təbii ki, bu mediaya Əli Həsənovun kurasiyasında olan mətbuat rəhbərlik edir. Nəyin, niyə baş verdiyini bilmək üçün doğurdanmı alim olmaq lazımdır? Görün özünə hörmət edən bir müxalifət partiyası, lideri və ya mətbu orqanı Mirəlioğlunu müdafiə edirmi, onu yaxına buraxırmı? Təbii ki yox!

Dəyərli dostumuz Sərxan Carçının istefa fikirləri, tələbləri həqiqət olsa da biz bu addımı ona yaraşdırmırıq. Mübarizə sona qədər aparılır. Bizim davamız Elçibəyin, xalqın milli təşkilatını xalqımıza qaytarmaqdır. Onun hizmətində durmağa görəvləndirməkdir. Ölkəmizi bu bataqlıqdan çıxarmaqdır. Ümid edirəm ki, Sərxan bəy istefa qərarından geri çəkiləcək və biz mübarizəmizi bir yerdə qələbəyə doğru aparacayıq. O qələbə haqqın və millətin qələbəsi olacaq!"
  SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий