Поиск по этому сайту

воскресенье, 15 сентября 2019 г.

Rəşad Mahmud “Qazax Ziyalılar Klubu”nun fəaliyyəti barədə müsahibə verib



Qazax Ziyalılar Klubunun  həmsədri, yazıçı-publisist Rəşad Mahmud "Nöqtə" ictimai-siyasi, hüquqi qəzetinə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

-Xoş gördük, Rəşad bəy!
- Xoş gördük.

-Rəşad bəy, təsis etdiyiniz Qazax Ziyalılar Klubu haqqında nə deyə bilərsiniz?

- Məlum olduğu kimi Qazax Ziyalılar Klubunun yaranması zəruri ehtiyacdan doğan bir məsələdir. Çünki ölkədə kifayət qədər ziyalılarımız var və bu ziyalıları lazımınca təbliğ etmək vacibdir. Qazax rayonu da tarixən ziyalılar, alimlər, mütəfəkkirlər yetirmiş bir rayondur. Biz özümüz də yaradıcı insanlarıq, hərəmizin kifayət qədər kitablarımız-əsərlərimiz var. İstədik ki, rayon ziyalılarının timsalında ölkəmizin müxtəlif yerlərdindən olan, xaricdə yaşayan, ucqa bölgələrimizdə olan ziyalıları, istedadlı adamları da bu klubun vasitəsi ilə birləşdirək, təbliğ edək, görüşlərini, yubileylərini, kitab təqdimatlarını təşkil edək. Bu amalla Qazax ziyalılarının timsalında bütün ziyalılarımızı təbliğ etmiş olarıq. Şükür Allaha ki, Klubumuz yüksək səviyyədə xoş qarşılandı cəmiyyət təəfindən. Qazaxın demək olar ki, bütün tanınmış ziyalıları bizi dəstəklədilər, uğurlar dilədilər. Təsis olunan kimi bir neçə mötəbər tədbir də keçirmişik. Ölkə başçısı cənab Prezidentin sərəncamı ilə 2019 cu il həm Nəsimi ili, həm də İsmayıl Şıxlının 100 illik yubileyi ili elan edilib. Bu fərman həqiqətən də təqdir ediləsi fərmandır. Biz də bu fərmana müvafiq olaraq Qazax Ziyalılar Klubunun təşkilatçılığı ilə "Nəsimi və irfan" mövzusunda tədbir keçirdik. Görkəmli alimlər, ziyalılar, mədəniyyət və incəsənət, ədəbiyyat adamlarını bir yerə topladıq, Nəsiminin xalqımıza verdiyi böyük dəyərdən, onun simasının parlaqlığından bəhs etdik. 13.19.2019 cu ildə Atatürk Mərkəzində xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyini qeyd etdik. Tədqiqatçılar, alimlər iştirak etdi, yüksək səviyyədə onu yad etdik. Yəni bizim amalımız ölkəmizin bütün tarixi şəxsiyyətlərini, tanınmış simalarını, ziyalılarını daha geniş və əhatəli olaraq təbliğ etməkdir. Mədəni-tarixi abidələrimizə bu gün birinci xanım hörmətli Mehriban Əliyeva tərəfindən xüsusi diqqət-qayğı göstərilir. Biz də həmin tarixi abidələrimizi və bu abidələrdə aparılan təmir-bərpa, quruculuq işlərini təbliğ etmək, digər abidələrimizin də bərpasına diqqət çəkmək, həmin yerlərlə bağlı yazılar, kitablar yazmaq, yazanları təbliğ etmək məqsədi daşıyırıq.

-Rəşad bəy, neçə nəfər üzvünüz var və müraciət edənlər varmı?

- Bəli, kifayət qədər müraciət edənlər var. Çünki son zamanlar sanki ziyalı sözünə, mədəni söhbətə, ədəbi məclislərə insanlarda böyük ehtiyac yaranıb. Demək olar ki, yüzə yaxın üzvümüz var. Bu şəxslər içində alimlər, tanınmış adamlar, gənc yazarlar, şairlər və digər peşə sahibləri də var. Əslən qazaxlı olmayanlar da bizə üzv ola bilirlər. Çünki bizim məqsədimiz ayrı-seçkilik və regionbazlıq yox, əsl ziyalılara xidmətdir. Ziyalı isə təkcə bir regiona-rayona yox, bütün xalqa məxsusdur. Bu yaxınlarda görkəmli bir nəslin nümayəndəsi, əsl ziyalı və kübar xanım Sevda Qocayevanın üzvlüyünü və idarə heyətinə qəbul etdik. İlahiyyatçı-jurnalist Bəxşeyiş Qarabağlının ali məclis sıralarına qatılmasına razılıq verdik. Rayondan kifayət qədər edilən müraciətləri də idarə heyəti olaraq dəyərləndiririk. Gənclər, əsasən yaradıcı insanlar daha çox müraciət edirlər. Onlar da istəyirlər ziyalılarla bir məclisdə, bir toplumda təmsil olunaraq təcrübə qazansınlar, ədəbi yaradıcılıqlarını işıqlandırsınlar.

- Siyasətə qarışırsınızmı?

- Bilirsiniz, biz ədəbi-mədəni, ictimai klubuq. Bizim fəaliyyətimiz ancaü xalqımıza-dövlətimizə xidmətdir. Siyasət bir az fərqli şeydir. Bizim nizamnamədə də göstərilib ki, biz ancaq ədəbi-mədəni, ictimai əlaqələr qurur, ziyalı mövqeyinə xidmət edirik. Təbii ki, dövlət dəyərlərinə, qanunlara riayət etmək hər birimiz üçün vacibdir. Ölkə başçısı dövlətin atributudur. Bu gün biz bəzən rastlaşırıq ki, özünü ziyalı, savadlı sayan bəziləri qarayaxma ilə məşğul olurlar, hər şeyi qara göstərməyə çalışırlar. Hətta son zamanlar sosial şəbəkələrdə ölkəmizin əleyhinə təhqiramiz ifadələr işlədirlər. Biz qətiyyən belə xoşagəlməz işlərin əleyhinəyik. Çünki əsl ziyalı mədəni, əxlaqlı, təmkinli və müdrik olmalıdır. Radikal insanları, təsirə düşərək ölkəmiz, ölkə başçımız əleyhinə addım atan şəxləri düşdükkləri çirkin təsirlərdən qopararaq ədəbiyyata, mədəniyyətə, incəsənətə, ziyalı-ağsaqqal sözü dinləməyə sövü etmək də bizim əsas prinsiplərimizdəndir. Söyüş bu xalqa yaraşmayan şeydir. İndi yekə kişilər sosial şəbəkələrə çıxıb söyüş söyürlər. Biz belə işlərin əleyhinə təbliğat aparırıq. O cür məkrli qüvvələrin əlaltısına çevrilərək xaricdə və regionda ölkəmizin imicinə xələl gətirənləri biz öz klubumuz vasitəsi ilə islah edəcəyik,  boş-boş, lazımsız işlərlə məşğul olub, radikal fikirlərə, söyüş maşınına qoşulmuşları biz Klubumuz vasitəsi ilə düz yola, haqqa-ədalətə, mədəniyyətə, vətəni sevməyə, xalqa hörmət etməyə, dövlətə dəstəyə, ölkəyə və ölkə başçısına hörmətə səsləyirik.
Ziyalılarımızın, elm-mədəniyyət adamlarımızın tövsiyyələr, təcrübəsi, ustadlığı bizim üçün tərbiyəvi əhəmiyyət daşıyır və bu dəyəri biz digərlərinə də ötürmək istəyirik. Gənclər sosial şəbəkələrdə söyüş-təhqir eşitməkdənsə, xoşagəlməz işlərə meyllənməkdənsə ziyalı məclisində vətənə-xalqa xidmət etsinlər.


- Tədbirlərə dəvət alırsınızmı?

- Desəm ki,  artıq çatdıra bilmirik, yəqin ki, inanarsınız. İnanın, iki gün əvvəl eyni gündə üç böyük tədbirdə iştirak etdik. Təbii ki, bəzən çatdıra bilmirik hamımız iştirak etməyə. Amma hər bir halda idarə heyətindən ən azı bir neçə üzvümüz iştirak edir bütün tədbirlərdə. İki gün əvvəl millət vəkili hörmətli Qənirə Paşayevanın təşkil etdiyi, Atatürk Mərkəzində keçirilən, Çanaqqala zəfərinə həsr edilmiş bir tədbirdə iştirak etdik. Kitablaşma etdik. Biz yzarlara kitablarımızdan verdik, onlar bizə bağışladı... Sonra həmin gün öz tədbirimiz oldu. Oradan da Qənirə xanımın dəvəti ilə qardaş Türkiyədən gəlmiş bir yazarın Azərkitabda keçirilən kitab təqdimatına getdik. Çox gözəl bir tədbir oldu.
Yəni tədbirlərə, təqdimatlara, ədəbi məclislərə saysız dəvətlər alırıq. Çalışırıq hamısında iştirak edək. Tutaq ki, bir neçə gün əvvəl Rəşid Behbudov adına Teatrda keçirilən dövlət tədbirində Xalq yazıçımız Nəriman Həsənzadə klubumuzun həmsədri, yazar Tural İrfanın soyqırımlar haqqında yazmış olduğu "Kamikadze1" sənədli romanı haqda çıxış edib, yüksək məziyyətlərindən söz açıb. Lakin təəssüf ki, nə Tural bəy özü , nə də biz o tədbirə gedə bilməmişdik. Yəni, qayğılarımız da çoxdur, bəzən çatdırmaq olmur. Amma böyüklərin, ziyalıların tövsiyyə və bizə dəyər verməsi bizi daha da ruhlandırır.
Ümidavaram ki, indən belə daha da faydalı işlərlə məşğul olacağıq.

-Müsahibəyə görə çox sağ olun.
- Siz sağ olun, klub adından sizə də təşəkkür edirəm.

Sədaqət Əliyeva
"Nöqə" qəzetinin müxbiri

SNN NEWS-Haber



Комментариев нет:

Отправить комментарий