Tanınmış hüquqşünas, Qarabağ qazisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov koronovirusla
bağlı tətbiq edilmiş karantin dövründə əhaliyə maddi yardımla bağlı çıxış
etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“KORONAVİRUS deyilən və pandemiya
şəklini almış bu xəstəlik təhlükəli həddə çataraq bizim xalqımızı da ağuşuna
çəkməkdədir. Bütün dünyanı bürüyən bu təhlükədən qorunmaq üçün, dünya dövlətləri
eləcədə, Azərbaycan Respublikası müvafiq tədbirlər görür və görməkdədir.
Vəziyyətin ağırlaşa və nəzarətdən çıxa biləcəyi təqdirdə ölkəmizin əhalisini
olduqca çətin sınaq gözlədiyi də bəllidir. Məhz bu məqsədlə gözlənilən təhlükənin
zərərsizləşdirmək üçün ölkəmizdə haqlı və əsaslı olaraq KARANTİN REJİMİ tətbiq
olunub, əhalinin ölkə daxilində sərbəst hərəkəti məhdudlaşdırılıb. Strateji obyekt
və əhalinin təchizat təşkilatları xüsusi rejimdə fəaliyyət göstərir.
Sözsüz ki, bu tədbirlərin məqsədi ölkə əhalisinə, KORONAVİRUS
pandemiyasının mümkün acı təsirinin zərərsizləşdirilməyinə hesablanıb və hər
bir vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının
tətbiq etdiyi bütün məhdudiyyət və tövsiyələrinə əməl etməlidir. Bu halda, karantinin
ən başlıca tələblərindən biri, əhalinin özünü tədric etməsidir. Bildiyimiz kimi,
Koronovirusla bağlı dünya ölkələri öz funksiyalarını yerinə yetirərək analoji
tədbirlər keçirir və əhalinin özünü tədric prosesinə maddi dəstək verir. Sözü
gedən maddi dəstək müxtəlif formalarda tətbiq edilir.
24 Mart 2020-cu il tarixdən tətbiq
edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin
nəticəsi olaraq əhalinin böyük bir qismi maddi gəlir mənbəyindən məhrum
olmuşdur. Bu siyahıda aztəminatlı ailələr, işsizlər, gündəlik işləyənlər və
sair və sair insanlar vardır. Müəyyən hesablamalara görə ölkəmizdə ümumilikdə 3000000 yaxın
insanın hökumətin maddi dəstəyinə
ehtiyacı yaranmışdır. Bu saydan əsas çətinlik çəkən isə kasıb, aztəminatlı ailələrdi.
Məlumdur ki, bu məsələlərlə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi məşğul olmalıdır ancaq ki, əhaliyə maddi yardımla
bağlı nazir Sahil Babayevin açıqlaması əhalinin ümidlərini puç etmişdir. Cənab
nazir demişdir ki, "Tələbələr, hərbiçilər, adında pay torpaqları olanlar
işsiz hesab edilmir, Birdəfəlik ödənişə bir ailənin iki üzvündə yaranırsa belə,
ödəniş yalnız onların birinə ödəniləcək. Ailənin bir üzvü əmək haqqı alırsa,
digər ailə üzvlərinə yadım edilməyəcək."
Düşünürəm ki, belə yanaşma doğru deyil həm mənəvi həmdə hüquqi baxımdan və
Konstitusiyamıza ziddiyyət təşkil edir. İlk öncə qeyd edim ki, Azərbaycan
Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti sosial yönümlü
dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci bəndində “Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.” göstərilmişdir. Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin
I-ci bəndinə əsasən "Hər
kəsin sosial təminat hüququ vardır.”
Sözsüz ki, araşdırılmalar aparılmalı maddi, sosial vəziyyəti faktiki
ağır olan ailələr, şəxslər ümumiyyətlə isə çətin maddi və sosial durumda olan
Azərbaycan vətəndaşları müəyyən edilməlidir və təxirə salınmadan həmin
insanlara yardım edilməlidir.
Bir daha vurğulayıram ki, bu məsələyə
formal gəlirlərdən baxaraq qərar vermək yanlış olar və faktiki çətin durumda
qalan insanlar ən acı nəticələrin qurbanı ola bilər.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий