Поиск по этому сайту

понедельник, 20 апреля 2020 г.

Adını gizli saxlayan şəxs kənd camaatının bütün borcunu bağlayıb

Əslən Yardımlı rayonundan olan publisist-şair Əsədulla Sadıqov  Facebook  səhifəsində  çox maraqlı paylaşım edib, həmin yazını olduğu kimi təqdim edirik.

  " Yardımlının ən dilbər guşələrindən biri də Dəryavar kəndidir.Dəryavar kəndini və onun zəhmətkeş camaatını mən yaxşı tanıyıram.Çünki çoxlarının da bildiyi kimi mən müəllimliyə başladığım gün 22 yaşımda həmin kəndə məktəb direktoru təyin edildim.Həmdə elimin dəyərli ağsaqqal ziyalısı,o vaxt Təhsil şöbəsinin müdiri Aydın müəllim Əbilovun əmri ilə.Təcrübəsiz vaxtlarım idi,Aydın müəllim mənə həmişə arxa dayaq olub düzgün yol göstərdi.Dəryavar əhalisi ilə qısa müddət ərzində qaynayıb qarışdım.Hamısının hörmətini qazandım.Allah baş üstədir onlar da mənə həmişə hörmət edib,ehtiramımı saxladılar.Ən nəhayət 15 il həmin kənddə işlədim.Xeyir şərlərində iştirak etdim.Demək olar ki,hamının evində düz çörək kəsdim və indi də hamısı ilə isti münasibətim var.Dünyasını dəyişənləri Allah rəhmət eləsin,yaşayanlara da can sağlığı versin.Onların xeyir işlərinə həmişə sevinən bir şəxsəm.

Dəryavar doğulduğum Bürzünbüldən sonra ikinci doğma kəndimdir.Son vaxtları korona bəlasının tüğyan etdiyi vaxt imkanlı şəxslər hörmətli prezidentimizin təşəbbüsünə qoşularaq imkanları daxilində ehtiyacı olanlara maddi yardım göstərirlər.19 aprel 2020 ci ildə Dəryavar kənd məktəbinin direktoru,yaxın dostum Ramiz müəllim mənə zəng edib dedi ki,müəllim siz xeyriyyə işlərində həmişə təşkilatçı olmusuz,yaradlcı,qələm əhli kimi həmişə belə işləri işıqlandırırsız.Sizə bir şad xəbər verim ki,bütün kənd əhalisinə yardım edilib.Deməli bu iş belə olub.Köryədi kənd sakini Cabir Adişovun mərkəzi yolun kənarında ərzaq marketi var.O cümlədən Dəryavar əhalisidə ümumilikdə bu marketdən həm nağd,həmd nisyə formada alış-veriş edirlər.Deməli dünən adının üzə çıxmasını və açılmasını istəməyən dəyərli bir yurddaşımız həmin marketin sahibi Cabir müəllimlə gizlincə əlaqə saxlayaraq bildirib ki, Dəryavar xalqının sizin nisyə dəftərinizdə nə qədər borcu varsa hesablayıb mənə deyin.Və məlum olub ki,Dəryavar camaatının həmin marketə 6 700 yəni hardasa 7000 (yeddi)minə qədər verəcəyi var.Və ,,naməlum,,xeyriyyəçi həmin pulu verərək bütün borcu bağlayıb.O kənddən olmasamda inanın sevincimin həddi hüdudu yoxdur.İki gündür Dəryavarlılar toy bayram içində olmaqla həmin vətənpərvər oğula dua edirlər.Bəli Azərbaycanın belə qeyrətli oğulları olduqca bu vətən basılmaz inşallah. 
Mən də bütün Dəryavarlılar adındam,bir ziyalı kimi,publisist kimi,bütün rayon ziyalıları adındam,şəxsən Yardımlılar və bütün Azərbaycan xalqı adından adının çəkilməsini gizli daxlayan bu xeyriyyəçi Azərbaycan oğluna səmimi təşəkkürümü bildirirəm.
Var olun qeyrətli ELOĞLU.

Əsədulla Sadıqov-müəllim,publisist-şair."


  SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий