Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 03.04.2019-cu
il tarixli Fərmanının icrası ilə bağlı işlər görülməkdədi. Məlum Fərmanın
icrası ilə bağlı tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
publisist Qarabağ Qazisi Vüqar Dadaşov fikirlərini oxucularımıza təqdim edirik.
“Ümumiyyətlə, Dövlət idarəetmə sistemi qanunverici
hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətindən ibarətdir. Məhz
məhkəmə hakimiyyəti ölkədə ədaləti aşkar
edən, qoruyan əsas üç hakimiyyət orqanlarından ən vacibidir və dövlətin onurğa sütunudur. Həqiqətən də
məhkəmə sistemində böyük problemlər var. Ədalətsizlik hakim olan
cəmiyyətdə dövlətçilik sarsılır. Bu sahədə İslahatların davam etdirilməsi
vacibdir və bu islahatlar təxirə salınmaz halda həyata keçirilməlidi. Ölkə
Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı
məhkəmə sistemindəki problemlərin həllinə imkan yaradıb. Cənab Prezidentin sözü
gedən Fərmanının imzalamasından artıq 1 ilə yaxın vaxt keçir və həmin fərmanla
bağlı vacib işlər görülüb.
Məhkəmə-hüquq sistemində ilk struktur yenilənmə məhz kommersiya
məhkəmə sisteminin yaranması oldu. Əvvəlki çıxış və müsahibələrimdə
bildirmişdim ki, hüquqi şəxslərin
münasibətlərinin həlli üçün bu tip ixtisaslaşmış məhkəmələrə ehtiyac var idi
ancaq, fikrimcə ayrıca Məhkəmə sisteminin yaradılmasına ehtiyac yox idi. Hesab
edirəm ki, kommersiya mübahisələrinin həlli üçün müvafiq inzibati-iqtisadi
məhkəmələrin nəzdində ixtisaslaşdırılmış
bölmə və ya şöbənin yaradılması kifayət edərdi. Əvvəla, ayrıca kommersiya
məhkəmələrinin yaradılması, saxlanması, təminatı dövlət büdcəsinə yükdür, effekti isə ümumi
məhkəmə sistemindən yuxarı ola bilməz çünki, məsələnin həllinə ancaq kompleks yanaşma şəklində nail olmaq
olar.
Məhkəmə sistemində islahatlar deyəndə, fikrimcə bu məsələyə geniş
yanaşılmalıdır yəni, prokurorluq sistemində, hüquq mühafizə
orqanlarında, məhkəmə sistemində, vəkillik- hüquq müdafiəsi sahəsində və məhkəmə sistemində eləcədə hakimlərin
fəaliyyət sistemi ilə paralel şəkildə islahatlar aparılmalıdır. Vətəndaşların
məhkəmə orqanlarına müraciətləri asanlaşdırılmalıdı. Məhkəmə qərarlarının icrasının tam təmini üçün icra orqanlarının
səlahiyyətləri genişləndirilməlidir.
Bildiyimiz kimi, qanunların icra edilməsinə nəzarət edən nadzor orqan
məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq de-fakto qanunverici
hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə səlahiyyətləri
çərçivəsində müdaxilə edə bilmir. Hətta bəzi icra edici orqanlarda müstəqil
şəkildə istintaq idarələri yaradılıb. Ədliyyə Nazirliyi tərkibində Gömrük
Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq müstəqil
fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində
deyil. Bu hal təbii korrupsiyaya şərait
yaradan amillərdən olmaqla , eləcədə pərakəndəlik, vahid idarəçilik olmadığından nəzarətsizliyə (nadzor) səbəb
ola bilir. Təkrarçı və demək olar ki, müstəqil fəaliyyət göstərən müxtəlif
istintaq idarələrin dövlət büdcəsinə
yükdür həmdə, artıq məmur ordusudur. Bunun həli üçün prokurorluq orqanlarının
səlahiyyətləri genişləndirilməli, praktik olaraq qanunverici, icra
edici və məhkəmə hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri faktiki tam
bərqərar olmalıdır. Prokurorluq ancaq nadzor funksiyası yerinə yetirilməlidir.
Ən vacib şərtlərdən biridə budur ki, prokurorluqdan bəzi funksiyalar, o
cümlədən, dövlət ittihamçısı funksiyası və idarəsi ayrılmalı
müstəqil fəaliyyəti təşkil olunmalıdır və ona da digər orqanlara
olduğu kimi məhz prokurorluq nadzorluq etməlidir.
Vəkillik və hüquq müdafiəsi sahələrində dəyişikliklər aparılmalıdır,
vəkillərin səlahiyyətləri genişlənməlidir
məsələn, vəkillərə ifadə almaq hüququ
verilməlidi, eyni zamanda da nümayəndəlik institutu bərpa olunmalıdır,
həmçinin vəkillər kollegiyasının alternativi yaradılmalıdı, bu hüquqi
şəxs kimi və ya digər formada fəaliyyət göstərən təşkilatlar ola bilər. Qısası,
vəkillər kollegiyasının monopoliyasına son verilməlidi.
Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin
fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır İlk
növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət
qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb
edilməsi bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb
olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və
hakimlər haqqında Azərbaycan Respublikasının
Qanunun 111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam
icraatının başlanmasına səbəblərdən biri kimi fiziki və hüquqi
şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika
olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi təcrübədən
sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin
sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdı. Məhkəmə hüquq
şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi
dəyişdirilməlidi və Şuraya ictimai nəzarət mexanizmi
yaradılmalı və bu üzvlər bir dəfədən artıq təkrar
seçilməməlidirlər.
Məlum olduğu kimi qanuni qüvvəsini almış məhkəmə qərarlarının
icra edilməsi sahəsində müəyyən dəyişiliklərə ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan
dövlətinin məqsədi Azərbaycan
Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyümuzun qorunması
kimi ülvi niyyət və məqsədlərlə yanaşı və eləcə də
-
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini
təmin edir,
-Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Azərbaycan Respublikası
Konstitusiyası, Maddə 16), yəni Azərbaycan
Respublikasının Konstitusiyasına görə Azərbaycan
Respublikası sosial dövlət kimi müəyyən edilmişdir.
Dövlətimizin sosial siyasəti xəstə və
qayğıya ehtiyacı olanlara, əhalinin yaşlı təbəqəsinə pensiya və sosial müavinətlər
təyin etməklə onların layiqli həyat səviyyəsini təmin etməkdir. Bu baxımdan ilk
öncə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.2-ci və 65.4-cü maddələrinə
dəyişikliklərin edilməsi barədə layihə
ünvanlanmış və həmin layihəyə əsasən 43.1.2-ci maddədə “tələbin borclunun əmək haqqına,
pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi” kimi göstərilən məcburi
icra tədbirinin pensiyaya, təqaüdə aid edilməməsi təklif olunur. Eyni zamanda
da 65.4-cü maddəyə də analoji dəyişikliyin edilməsi təklif olunur. Bu qanunun qəbul edilməsi sosial ədalətin
qorunması, borcu yarada biləcək təşkilatların pensiyaçılara, təqaüdçülərə, az təminatlı
ailələrə qarşı məsuliyyətli yanaşmasına
səbəb olacaq. Eyni zamanda da borclular yeganə yaşayış yerindən məhrum
edilməməsinə son verilməlidi.
Qeyd
edilənlərlə yanaşı icra orqanlarına axtarış, şəxsi yoxlama kimi səlahiyyətlər verilməlidi.
İcra orqanları, İcra ilə bağlı ərazi üzrə sahə müvəkkilinin iştirakı olmadan vəzifə
borclarını yerinə yetirmək imkanlarına malik olmalıdırlar.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий