Tanınmış
hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov koronovirusla bağlı maraqlı çıxış etmişdir Həmin çıxışı olduğu
kimi oxucularımıza təqdim edirik.
“Dünyanı
cənginə bürümüş və insanlığı sınağa çəkən COVİD-19 epidemiyasına qarşı mübarizə
aparan doğma vətənimizdə bu məsələyə bəzi
qurumların, tanınmış şəxslərin laqeyd münasibəti həqiqətən çox məyusedicidir.
Baxmayaraq ki, çoxlu vətəndaşlarımız və sadə insanlar bu epidemiyaya qarşı mübarizə fonunda əsl
insanlıq nümunəsi göstərmiş, çətin maddi duruma düşən ailələrə maddi və mənəvi
dəstək olmaqla bu epidemiyaya qarşı mübarizədə öz töhfələrini vermişdir. Yeri gəlmişkən,
ölkə Prezidenti Cənab İlham Əliyev belə insanları yüksək qiymətləndirmis və onlara öz təşəkkürünü bildirmişdir.
Lakin,
bəzi qurumlar da var ki, bu məsələdə nə hökumətimizə nədə, əhaliyə
heç bir dəstək göstərmədiyindən
haqlı olaraq qınaq obyektinə çevrilmişdir. Heç bir maliyyə xərci çəkmədən,
ölçüyə gəlməz dərəcədə gəliri olan, az qala İNVESTİSİYA BANKları qədər varlı və
maddi imkanlara malik Qafqaz Müsəlmanları İdarəsi özünü yuxuya vermiş, ölkəmizdə baş verənlərə
biganəlik nümayiş etdirir. Narahat edici fakt da odur ki, tanınmış şəxslərin koronovirusa
qarşı mübarizə ilə dağlı QMİ-nin sədri Allahşükür Paşazadəyə müraciətləri də
cavabsız qalıb. Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin, DGTYB
MŞ-nın üzvü, şar-yazar, uzun müddət Bakı İslam Universitetinin müəllimi olmuş,
ilahiyyatçı və dinşünas alim Tural İrfan şəxsən mətbuat vasitəsi ilə QMİ sədrinə müraciət edərək onunda
Pandemiyaya qarşı mübarizəyə qoşulmağa dəvət etmişdir lakin, QMİ-dən və onun sədri
Allahşükür Paşazadədən heç bir səs çıxmayıb. Sözsüz ki, Dövlətimizin və
xalqımızın bu çətin durumunda, tarixi sınaq qarşısında birləşərək imkanlarımızı
bu bəlaya qarşı mübarizəyə sərf etməliyik. Bu məsələdə biganəlik, “hacıqara”lıq etmək ən son həddir.
Yardım etmək, dərdə şərik olmaq həm dini həmdə, insani baxımdan alqışa
layiqdir. Bu yaxınlarda mətbuatdan tanıdığım, əsl vətəndaş mövqeyi və nümunə
göstərən Kamil Zeynalınln "hacı"lar barədə dediklərini də doğru
sayıram. Bu barədə heç belə açıqlamada vermək istəməzdim sadəcə, deyim ki, ölkəmizdə
hacılar kifayət qədər özlərinə mənfi obraz yaradıblar və bu baxımdan Kamil
Zeynallı tam haqlıdır. Qeyd edim ki, ölkəmizdə azda olsa nümunəvi və
"hacı" adına layiqli insanlarımız vardır.
COVİD-19 yəni, KORONAVİRUS adlanan və pandemiya şəklini almış bu
epidemiya, əsl həqiqətdə çoxlu mətləbləri açdı-bu mətləblərdən biridə, Qafqaz
Müsəlmanları İdarəsinin, müsəlmanların idarəsinin olmaması və sadəcə QMİ-nin
dini sahədə monopolist bir kommersiya təşkilatı olduğu bir daha sübut olundu.
Yeri
gəlmişkən, bir hüquqşünas kimi deyim ki, hüquqi baxımdan Qafqaz Müsəlmanları
İdarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş
hüquqi şəxsdir yəni, digər dini qurumlar kimi, eyni təsis formasında eyni
hüquqa malikdir və digər dini qurumlardan heç bir üstün inzibati hüquqa malik
deyil. Ölkəmizdə, İcra Hakimiyyəti orqanlarına aid Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsi inzibati hüquqa malikdir və digər dini qurumlar kimi də, Allahşükür
Paşazadənin sədri olduğu Qafqaz Müsəlmanları İdarəsi də məhz, sözü gedən Dövlət
Komitəsinin tabeliyi və nəzarətindədir.”
SNN NEWS-Haber
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий