Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov,
Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğalına dair
yazısında maralı məqamlara toxunmuşdur. Həmin yazını oxucularımıza təqdim edirik.
“28 may 1918-ci ildə müstəqilliyini qazanmış Azərbaycan
Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ilə Bolşevik Rusiyası tərəfindən işğal nəticəsində
süqut edir. Rusiyanın AXC işğalı namərdcəsinə və xəyanətkarçaşına realaşır. Belə
ki, Azərbaycan ərazilərinə soxulan Cəllad Andranikin rəhbərliyi ilə erməni daşnak
ordusu Azərbaycan ərazilərində Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı
qırğınlar törədirdi.
Azərbaycan Milli Ordu hissələri erməni daşnaklarına
qarşı 1918-ci ilin yayından 1919-cu ilin payızına qədər davam etmiş döyüşlər
aparmış və yalnız 1919-cu ilin sentyabrında Azərbaycan AXC Milli Ordusunun hissələri erməni daşnak
ordusunu Şuşa və Zəngəzurdan qovmuşdu lakin, 1920-ci il martın 22-23-də Qarabağda
hökumət əleyhinə Ermənistan hökuməti tərəfindən
hazırlanan və qızışdırılan iri qiyamdan sonra Dronun komandanlıq etdiyi daşnak
qoşunları növbəti dəfə Qarabağı ələ keçirməyə cəhd göstərirlər. 1920-ci ilin
aprel ayının əvvəli Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda, Zəngəzurda erməni təcavüz və
işğalının qarşını almaq məqsədi ilə Dövlət Müdafiə Komitəsi qarşıdan gələn 1
may 1920-ci il çağrışçılarının və 30 yaşına qədər şəxslərin Milli Orduya səfərbərliyini
elan edir və erməni təcavüz və qiyamının yatırılması üçün Qarabağa yeridir. Ölkənin digər ərazilərində isə çox az sayda silahlı qüvvələr qalır.
Bolşevik Rusiyası bu vəziyyətdən xaincəsinə
istifadə edərək 1920-ci il 28 aprel saat
00:05 radəsində dövlət sərhədini pozaraq Samur çayı üzərindəki körpünü keçərək 70
minlik XI Qırmızı Ordu, öndə "III
İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant
olmaqla Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə təcavüz edir. Təcavüz edən ordu
ilə birlikdə Azərbaycanda bolşevik Anastas Mikoyan və sapı bizdən olan Qəzənfər
Nusabəyovda var idi. Barmaq sayında olan sərhədçilərimiz son nəticəni bilsələr də
döyüşə atılır və qəhrəmancasına müqavimət göstərirlər. Qısa bir zamanda sərhədçilərimizin
müqavimətini qıran bolşevik ordusu
Yalamaya doğru hərəkət edir və tarixə “Yalama döyüşü” kimi düşən döyüş baş
verir. Azərbaycan ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin və könüllülərə
rəhbərlik edən Həmdulla Əfəndinin rəhbərliyi ilə 350 nəfər 70 minlik orduya
qarşı döyüşə atılırlar. Nəticə məlum olsa da Azərbaycan əsgər və könüllüləri Qızıl
Orduya və rus desantına çox ağır itkilər verməyə məcbur edir, XI Qırmızı
Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu
döyüşdə öldürülür. Bakını dənizdən mühasirə salan rus hərbi dəniz donanma qüvvələri
və Bakıya girən XI-ci Qızıl Ordu təcavüzü və işğalı nəticəsində Azərbaycan Xalq
Cümhuriyyəti süqut edir.
Həmin dövrdə də Leninlə Atatürk arasındakı isti münasibətlərin
mövcudluğu və gizli danışıqlarının olduğu da artıq məlumdur və belə bir sövdələşmənin
mövcudluğunu təsdiq edən çoxlu elmi
araşdırma materialları var. Bəzi tarixçilərin fikrincə, Bolşevik Rusiyasının Azərbaycan
Xalq Cümhuriyyətinə verdiyi məlumata əsasən Qırmızı Ordu Azərbaycan ərazisindən
keçərək Türkiyə ərazisinə getməli idi, Türkiyə tərəfi isə bu məlumatı təkzib
etməmişdi. AXC Milli Ordusunun Qarabağda olduğundan və Qırmızı Ordunun guya
Türkiyə ərazisinə keçəcəyi məlumatı fonunda Qırmızı Ordunun Azərbaycanı işğal
etməyi reallaşa bildi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bolşevik Rusiya
İmperiyasına Azərbaycan (AXC) təxminən
150 000 kv. km ərazi ilə daxil edilir. Azərbaycan xalqının, dövlətçiliyinin
qəsdinə durmuş Rusiya Sovet dövründə də məkrli planlarını davam etdirir və Azərbaycan
ərazilərini əsasən Ermənistan, Gürcüstan və Rusiya arasında bölüşdürür. 1991 oktyabr ayının 18-də rəsmən yenidən müstəqilliyini
əldə etmiş Azərbaycan, sovet-bolşevik
imperiyasının tərkibindən 86600 kv. km ərazi
ilə çıxır. Sovet-bolşevik birliyinə 1920-ci il 28 aprel tarixində zorla
qoşulduğumuz və 150000 kv. km əraziyə
malik olduğumuz halda ərazilərimizin
yarısını itirirmiş olduq. Müstəqilliyimizin ilk dövründə Rusiyanın bir
başa dəstəyi və hərbi yardımı ilə Ermənistan Azərbaycan Respublikasının Dağlıq
Qarabağ və ona bitişik 7 rayonunu, təxminən
20% ərazimizi işğal etdi. Müharibə bitməyib, Azərbaycan xalqı hökmən öz
torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyümüzün bərpa olunacağı şübhəsizdir
ancaq ki, bu gün faktiki olaraq, Azərbaycanın
Beynəlxalq hüquqla tanınan 86600 kv. km ərazisindən təxminən 71000 kv. km ərazisi
qalmışdır.
Qəlb ağrıdan isə odur ki, biz bir xalq olaraq bu
tarixi hadisələrdən nəticə çıxarmırıq. Rusiya Prezidenti V.V. Putin “Rossiya1” TV kanalına verdiyi
müsahibəsi, Rusiyanın Azərbaycan müstəqilliyinə
daimi təhlükəsinin mövcudluğunun
sübutudur. Putin müsahibəsində bildirmişdir:
“SSRİ-nin
dirçəldilməsi qorxusu postsovet məkanında tədricən aradan qaldırılır, bu barədə
açıq danışmaq lazımdır: Keçmişin hansısa fobiyasının, SSRİ-nin, sovet
imperiyasının dirçəlməsi ilə bağlı qorxunun aradan qalxması onu göstərir ki,
səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anlayıblar. Birləşmənin
özünə yol açacağı qaçılmazdır”
Göründüyü
kimi üstümüzdən qara buludlar çəkilmir. Bu vəziyyətdən bir xalq olaraq nəticə çıxarmırıq, tariximizi
öyrənmirik, təbliğ etmirik, laqeyd münasibət bəsləyirik, baş vermiş tarixi
hadisələrə siyasi və hüquqi qiymət verməkdən çəkinirik. Çox narahat edici fakt
odur ki, hələdə 1918-1920-ci illər Azərbaycan xalqının əldə etdiyi və bu gün
varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin (Parlamentdə çoxluğa görə Müsavat
hakimiyyəti adlanan) fədailərinin qəhrəmanlığını, uğurunu görməməzlikdən
gəlirik, bəzən onlara düşmən damğası vuran rus şovinizmin alətlərinə çevrilirik. Fəxri xiyabanda AXC hakimiyyətinin bir sıra düşmənlərinə heykəllər
qurulub və bu heykəllərə tamamı ilə məqsədli yanlış məlumatlar yerləşdirilib.
Bəli, bu heykəllər bolşevik-sovet dövrünün heykəlləri və dövr tarixidir. Ancaq
ki, hər bir yerdə bu kimi məlumatlar yenilənməli, həmin dövrün real tarixi,
müstəqilliyimizin işğal edilməsi barədə məlumatlar da yerləşdirilməlidir. Bu
görəcəyimiz işlərin zərrəsidir. Sadəcə heç nəyi unutmamalı və tarixi nəticə
çıxarmalı, 28 aprel 1920-cu ildə baş vermiş işğala hüquqi və siyasi qiymət
verməliyik ki, başımıza yeni işğallar gəlməsin-Putin yeni imperiyanın yaradılacağına
anons verdi...”
Комментариев нет:
Отправить комментарий