Поиск по этому сайту

пятница, 24 апреля 2020 г.

Vüqar Dadaşov: Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm

İlk öncə pandemiyaya çevrilmiş koronovirus  adlanan bu xəstəlikdən dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına  baş  sağlığı verirəm, Allah səbr versin, ölənlərimizə isə Allahdan rəhmət eləsin.  Xəstələrimizə Allahdan şəfa diləyir, bu xəstəliklə mübarizə aparan həkimlərimizə  isə  ehtiramımı və minnətdarlığımı bildirirəm.

Dünyanı cənginə alan bu Koronovirus pandemiyası,  bizə bir xalq və dövlət olaraq bir çox məqamları açdı. Ölkəmizdə
-səhiyyə sistemində,
-əhalinin məşğulluğu sahəsində,
-əhalinin sosial vəziyyəti barədə,
-xarici təchizat  asılılığımızın fəsadları kimi problemlər özünü göstərdi.
 Beynəlxalq məsələlərdə isə, qloballaşmanın əsl mahiyyəti  və zərəri, böyük dövlətlərin məkrli planlarının mümkünlüyü  artıq inkar edilməz fakt kimi qəbul olundu.

Mənəvi baxımdan isə, koronovirus pandemiyası insanlarda Allaha inam, haqq və ədalət, bərabərlik, bir -birinə yardım və kömək, varlı-kasıb münasibətləri  və sair bu kimi əxlaqi və mənəvi  dəyərləri önə çıxardaraq, insanları düşünməyə məcbur etdi.

Ölkə başçısından gizlədilmiş və Pandemiya nəticəsində  gizlədiləsi artıq mümkün olmayan  problemlərin həllinə başlanıldı. Cənab Prezidentimiz səhiyyə sistemində çatışmamazlıqların  aradan qaldırılması üçün tədbirlər görərək, daxili resurslarımız hesabına ölkə əhalisinin tibbi məhsullarla təchizatı qısa bir zamanda təmin edildi. Elə Sumqayıtda tibb məsullarının istehsalı zavodunun açılışı və istifadəyə verilməsi qeyd edilənlərə  sübutdur. Həm yeni iş yerləri açıldı həmdə, ölkənin xaricdən aşlılığı aradan qaldırıldı.  Ölkədə, əhalinin məşğulluğunda problemlinin mövcudluğu, real işsizlərin sayı, tətbiq edilən formal “məşğul şəxs" anlayışına yeni baxışı gündəmə gətirdi. Bu problemlinin aradan qaldırılması və əhalinin məşğulluğunu təmin etmək üçün ölkə Başçısı Cənab İlham Əliyev küllü miqdarda vəsait ayırdı və mövcud iş yerlərinin saxlanılması, yeni real iş yerlərinin açılması və sosial problemlərin həllinə yeni yanaşmalarla tədbirlərə başlanıldı. Karantin dövründə gəlirlərini itirən işçilərə və sahibkarlara  dövlətin maddi dəstəyi görülmüş tədbirlərin bir hissəsidir.  Eləcədə, vergi ödəyicilərnə güzəştlərin tətbiqi bu qəbildən olan işlərdəndir.

Az təminatlı ailələr və insanların sosial vəziyyətində problemlərin olduğu da ortaya çıxdı və bu məsələlərin həllinə dair tədbirlərə başlanıldı və bu kateqoriyaya aid olanların yeni meyarlarının müəyyən edilməsi və mexanizmi barədə işlərə başlanıldı.
Karantinlə bağlı İzolyasiya və özünü tədric etmə zamanı  rabitə, internet-kommunikasiya sistemində vəziyyətin qənaətbəxş olmadığı da aşkar olundu. Sözsüz ki, bu məsələnin də həllinə başlanıldı və qısa zamanda azda olsa irəliləyişlər hiss olunmaqdadır.

Haqq üçün, qeyd etmək lazımdır ki, dünya gücləri kimi tanınan böyük dövlətlərlə müqayisədə dövlətimiz, pandemiya ilə bağlı vəziyyəti daha professional şəkildə nəzarətə götürə bildi və şükür Allaha ki, ölkəmizdə  koronovirus pandemiyasının  ağır fəsadlar verməyi əngəlləndi. Bu çox sevindirici haldır və bütün görülmüş qabaqlayıcı tədbirlərə görə ölkə rəhbərinə Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm.

O ki, qaldı Qloballaşmanın məqsədi və zərəri barədə, hələ mən 2019-cu ilə müəllifi olduğum “Mənim düşüncəm” adlı kitabımda fikirlinimi bölüşmüşəm və bir daha qeyd edim ki, “Qloballaşma, əslində dövrümüzün bir siyasi vasitəsi kimi başqa ölkələri “zəbt etmək”, iqtisadi və siyasi dünya hökümranlığına hesablanmış və həyata keçməkdə olan ideyadır. (“Mənim düşüncəm” adlı kitabdan)”  Bu baxımdan “idarə olunan epidemiyalar” qlobalistlərin istifadə edə biləcəyi vasitə ola biəcəyi şübhə doğurmur. Sözsüz ki, seçimlə idarə olunan və müəyyən ərazilərə yayılan xəstəliklərin  müəyyən hədəfləri var... Nəticə budur, biz bir xalq və dövlət olaraq ancaq özümüz öz qeydimizə qala bilərik, ölkə daxili tələbatlarımızı daxili resurslarımız hesabına təmin etməli xarici asılılığı aradan qaldırmalıyıq. Nəhayət ki, bir birimizə dəstək olmalı, xalq olaraq birləşərək dövlətimizi  gücləndirtməliyik ki, dünya tarixində izimiz və yerimiz daima olsun.
   Allah xalqımızı qorusun!

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist  

    SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий