Bildiyimiz kimi, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi
yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi
təsdiqini tapmışdır. Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər
olmuşuq belə ki,
Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir, Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır.
Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir.

İslamdan əvvəl
hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər və
bu bayramın ən aşağısı 5000 ildən yuxarı tarixə malik olması da çoxlu tarixi mənbələrə
əsaslanır.
Məlumdur ki,
Novruz bayramı təbiətin oyanma, canlanma prosesi dövrünə qədəm qoymasının təntənəli
qeyd edilməsidir. Maraqlısı da budur ki, elmi araşdırmalara görə Böyük Azərbaycanın yerləşdiyi ərazinin təbiəti
məhz mart ayının 21-dən oyanır, Novruz bayramındakı kimi göstərilən təbiət
hadisələri məhz Azərbaycan təbiəti ilə paralellik təşkil edir və dünyanın heç
bir ərazisində təbiətin oyanması məhz Azərbaycandakı kimi dəqiqliklə üst-üstə
düşmür. Fərqli təbiətə malik türk
xalqlarının eləcədə digər xalqların yaşadığı areallarda da təqvimə görə Novruz
bayramının Azərbaycan xalqının keçirdiyi Novruz bayramının qaydalarına uyğun
olaraq qarşılanması, qeyd edilməsi faktı da sübut edir ki, Novruzu bir bayram
olaraq dünya xalqlarına məhz qədim Azərbaycan türkləri bəxş etmişdir.
2009-cu il
sentyabrın 30-da Azərbaycan
Respublikasının təqdimatı əsasında
Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil
edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2010-cu il fevralın
23-də keçirdiyi 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan
edilib.
Bununla da Novruzun bir başa Azərbaycanla bağlılığı təsdiqini tapmış və bu qürur verici faktdır.
Bununla da Novruzun bir başa Azərbaycanla bağlılığı təsdiqini tapmış və bu qürur verici faktdır.
Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə
sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə
siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz
azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin
xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik
tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə
qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də danılmazdı.
Azərbaycan
xalqının hal-hazırda da yaşadığı areala antropoloji bağlılığı elmi aksiomadır,
Novruzun bizim Azərbaycan xalqının arealına aid olduğunu isə təbiət elmləri
sübut edir. Bu da onu göstərir ki, Novruz bizim təkcə təbiətlə bağlı bayram
deyil, Novruz bizim qədim tariximizin canlı şahidi, yaşadığımız arealın Azərbaycan
türklərinə aid olmasının qeyri- maddi mədəni sübutudur. Novruzu sevək, qoruyaq, yaşadaq və özümüz
yaşayaq.
Novruz Bayramımız mübarək əziz həmvətənlər!
Vüqar Dadaşov
Hüquqşünas, AJB-nin üzvü, publisist, Qarabağ Qazisi
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий