Tanınmış
hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Qarabağ qazisi
Vüqar Dadaşov 5 martda Moskvada Rusiya-Türkiyə Prezidentləri R.T. Ərdoğanla
V.V. Putinin görüşün barədə fikirlərini oxucularımıza təqdim edirik.
“27 fevralda
Rusiyanın dəstəklədiyi və faktiki idarə etdiyi “Suriya rejiminə tabe qüvvələrin” Türkiyənin Suriyanın İblib bölgəsində hərəkət edən hərbi kolonuna hücum
nəticəsində 33 türk əsgəri həlak olur 32
türk əsgəri yaralanır. Türkiyə dərhal “Bahar qalxanı” əməliyyatına start verir.
Nəticədə, Türkiyə
hərbi qüvvələri 28 fevraldan Mart ayının 5-nə qədər Rusiyanın Suriyada yerləşən bölmələrinə məxsus 3 ədəd
S 300 hava hücumundan müdafiə sistemini, 160 tankını, 100 ədəd BMP, 3 ədəd qırıcı
təyyarə , 3 ədəd dron , 2 ədəd Pantsır S , 3 ədəd S 300 HHM sistemləri və 3400
rus, fars və ərəb qarışıq heyətdən ibarət “Suriya rejiminə tabe qüvvələri”nın əsgərləri məhv edilir.
Türkiyənin hərbi üstünlüyü faktı qarşısında qalan Rusiya Prezidenti V. Putin atəşkəs
əldə etmək və lider kimi nüfuzunu qorumaq məqsədi ilə Türkiyə prezidenti
Ərdoģanı Moskvaya dəvət edir. R. T.
Ərdoğan V. V. Putinin düşdüyü siyasi və psixoloji vəziyyəti nəzərə alaraq onun
dəvətini qəbul edir və Moskvaya səfər edir. 5 martda həmin görüş Moskvada, Kremldə baş
tutur, ümumilikdə həmin görüş tetatet və heyət ilə birlikdə görüş 7 saata yaxın
çəkir. Rusiya Prezidenti görüşdən
sonrakı Prezidentlərin açıqlamaları zamanı V. Putin R.T. Ərdoğanla özünün
şəxsi isti münasibətin olduğunu bildirdi.
Həmçinin, Rusiya Prezidenti "Suriya ordusu ciddi itkilər verib
" deyə Türkiyənin qələbəsini təsdiqlədi eləcədə, V. V. Putin R. T.
Ərdoğana dəvəti qəbul edib gəldiyinə görə iki dəfə təşəkkür etdi.
Türkiyə bu qarşıdurmadan hərbi qələbə ilə yanaşı siyasi və diplomatik
uğur da əldə etdi: Türkiyə hərbi yolla götürdüyü Suriyanın Idlib deyilən
bölgəsini sonuncu danışıqlarla rəsmiləşdirdi.
Yeri gəlmişkən, bütün dünya , hətta rus generalları da Türkiyənin qələbəsindən
etiraf etməli oldular. Maraqlısı isə odur ki, Rusiyanın aqitasiya maşını
hesab olunan «РОССИЯ 24» dövlət TV kanalının bölgə üzrə xüsusi hərbi
jurnalisti E. Poddubnıy Suriyadan bir neçə dəfə canlı efirdə
ayrı-ayrı vaxtlarda türklərin qələbəsini və üstünlüyünü dəfələrlə etiraf
etdi.
7 günlük savaş həmdə Türkiyənin müasir hərbi texnologiyasının güclü
inkişaf etdiyini sübut etdi. Müasir texnologiya ilə təchiz edilmiş türkiyə
istehsalı olan dronları, Rusiyaya məxsus
Suriyanın hava məkanını qoruyan S 400 , S 300 və Pantsır S sistemləri qeydə ala
bilmədi və həmin dronlar məşhur havadan müdafiə sistemlərini məhv etdi.
Rusiyaya məxsus 3 qırıcı təyyarənin vurulması da Türkiyənin bu savaşda
texnoloji cəhətdən də dünya hərb sənayesinin liderlərindən olduğunu sübut etdi.
Müharibə tarixinə ilk dəfə türklər tərəfindən tətbiq edilən “dron sürü
hücumu” hərb tarixinin yeni səhifəsi
oldu.
Rusiya, Suriyada, Türkiyə-Rusiya qarşıdurmasının acı nəticələrinin
gizlədilməsi naminə Türkiyə ilə danışıqlara getdi və faktiki olaraq türklərin hərb
yolu ilə tutduqları ərazilərin türkiyə nəzarətinə verilməsini diplomatik
danışıqlar nəticəsi kimi göstərmək istəyi və bununla da Rusiyanın məğlub
edilməz obrazını qorumaq istəyir. Məhz bu səbəbdən də Rusiya Türkiyə-Rusiya
qarşıdurmasının nəticələrini əks etdirən foto, video görüntülərinin yayılmaması
barədə xahişi başa düşüləndi.
O ki, qaldı Türkiyə və Rusiya Prezidentlərinin görüş məkanına, bildiyimiz
kimi, Putin Ərdoğanı Rusiya çariçası II
Yekaterinanın heykəli önündə və Bolqarıstanın Osmanlı hökmranlığından azad
edilməsini əks etdirən statuyunun qarşısında qəbul etmişdir. Bu faktın özü sübut edir ki, Rusiyanın Suriyadakı 7 günlük
qarşıdurması ruslarda bir inamsızlıq, ümidsizlik və məğlubiyyət hissi yaratmış və bu boşluğu doldurmaq üçün ruslar tarixə
müraciət etməklə, tarixi yada salmaqla ruslarında türklər üzərində qələbələrinin
olduğunu, “tarix təkrarlana bilər” deyimini xatırlatmaq istəmişlər. Bununla da
türkləri danışıqlarda mülayim mövqe tutmağa sövq etməyə çalışmışlar. Rusiya və Türkiyə Prezidentlərinin Moskvada,
Kremldə görüş yeri və interyerlə bağlı olaylar Suriyada Rusiyanın Türkiyə
qarşısında aciz qalmasının psixoloji nəticəsinin təzahürüdür.
Xatırladım ki, Rusların Qara dənizə çıxışı uğrunda başladığı 1768-1774-cü
illər ilk Rus-Türk müharibəsi II Yekaterinanın dövründə baş vermiş, rusların qələbəsi
ilə başa çataraq “Kiçik Qaynarca” müqaviləsi bağlanmış və ruslar Qara dənizdə
ticarət və hərbi donanma saxlamaq hüququ əldə etmişlər. Bununla yanaşı İndiki Krımın bir hissəsi Rusiya
İmperiyasının tərkibinə keçmişdir. 1783-cü ildə isə Krımın qalan hissəsi də
Rusiya İmperiyasının tərkibinə qatılmışdır. Qara dənizə çıxış və Krımın işğalı
məhz II Yekaterinanın adı ilə bağlıdır.
II Yekaterinanın heykəli ilə yanaşı, interyer 1877-1878-ci illər Rus-Türk müharibəsi nəticəsində
Bolqarıstanın Osmanlı hökmranlığndan azad edilməsinə həsr edilmiş statuyu ilə bəzənməsidir. Osmanlı Türkiyəsinin məğlubiyyəti nəticəsində
1878-ci ildə bağlanmış “San Tefano” müqaviləsinə əsasən Osmanlı İmperiyası
Bolqarıstan üzərində hökmranlığını itirir. Xatırladaq ki, görüş 5 marta
keçirilirdi, 3 mart isə Bolqarıstan Osmanlı hökmranlığından
tamamilə azad olunduqdan sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş
Günü" olaraq qeyd olunur.
Göründüyü kimi Rusiya Prezidenti
V. V. Putin Türkiyə Prezidenti R. T. Ərdoğanı II Yekaterinanın heykəli önündə və
3 mart "Bolqarıstanın Qurtuluş Günü"nə
həsr edilmiş statuyu qarşısında
qarşılaması Türkiyəyə Rusiyanın da Türkiyə üzərində qələbələrinin
olduğunu xatırlatmaqla Türkiyə ilə Suriyada atəşkəs əldə etmək istəyinin və
Suriyadakı Türkiyənin uğurunun psixoloji təsirinin sübutudur. Ruslar Suriyadakı
acı reallığı kompensasiya etmək üçün keçmiş qələbələrindən işarə ilə danışdılar.
Rusların ısə özlərinin yaxşı bir məsəli var: “У кого что болит, тот о том и
говорит” yəni, kimin harası ağrıyırsa, oda ondan danışar.”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий