Türkiyə S400 ZRK-ni qəbul etdi
Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Türkiyənin S400 ZRK-ni tədarük etməsinə münasibət bildirib. Həmin çıxışı oxucularımıza təqdim edirik.
"Bu gün ABŞ-nın bütün təzyiqlərinə baxmadan Türkiyə Rusiya istehsalı olan S400 RZK-ni tədarük etdi. Əlbətdə Türkiyə Prezidenti R.T. Ərdoğan böyük siyasi risk etməklə Türkiyənin müstəqil dövlət olduğunu və qərarlarında ancaq Türkiyənin maraqlarının təmin edilməsi baxımından vacib siyasi iradə nümayiş etdirdi. Türkiyə NATO-nun üzvü olması ilə əlaqədar hərb sənaye və döyüş standartları məhz alyansın normalarına uyğunlaşdırılmışdı və bu uyğunlaşdırma Türkiyəni ABŞ və NATO-dan aslı vəziyyətə salmışdı. Türkiyənin bu addımı ilə Türkiyə öz milli müdafiəsi imkanlarını artırmaqla, müdafiə sisteminin alternativini yaradaraq həmdə siyasi və hərbi manevr imkanları əldə etdi. Əslində Türkiyə ABŞ-nın təzyiq və təhdidlərini iqnor etməklə həmdə Türkiyənin beynəlxalq nüfuzunu artırmış oldu, Prezident Ərdoğan siyasi iradə göstərməklə türk yenilməzliyini bir daha nümayiş etdirdi.
Əlavə olaraq qeyd edim ki, Türkiyə Rusiya anlaşması həmdə eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir, əvvala Türkiyə-Rusiya barışığını təmin edən Azərbaycan öz siyasi dividendini əldə etdi. Türkiyə Azərbaycanın hərbi müttəfiqi olduğundan Türkiyənin əldə etdiyi S400 ZRK həndə Azərbaycanın müdafiəsinin təmin edən vasitə kimi qiymətləndirilməlidir. Eləcədə Türkiyə Prezidenti R.T. Ərdoğan siyasi iradə göstərməklə bir daha sübut etdi ki, Türkiyə müstəqil və şanlı hərb tarixinə malik yenilməz bir xalq və dövlətdir, Ərdoğan özü isə çox sevilən və iradəli bir türk lideridir"
Комментариев нет:
Отправить комментарий