Tanınmış
hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov ziyalılarla bağlı maraqlı çıxış edib.
Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Artıq cəmiyyətimizdə
“ziyalı”nın kim olduğu barədə yanlış təəssürat yaranıb, daha doğrusu “ziyalı” oz mahiyyətindən
kənar düşüb. Ziyalı kimdir? Bu təbəqəyə kimləri aid etmək olar? Əvvəla “ziyalı”
nə təhsil səviyyəsi nədə ki, tutulmuş mövqe deyil. “Ziyalı” düşüncə tərzidir.
İlk növbədə ziyalı tərəf müqabilinə hörmətlə yanaşan və onu dinləmək qabiliyyətli və nəticə çıxarmaq qabiliyyətli şəxsdir. Əsl ziyalı çox həssasdır,
heç vaxt heç kəsi alçaltmaz, kobudluq etməz, paxıllıq etməz və heç kəsə özünə
arzulamadığını arzulamaz. Bütün pisliklər
genetik quruluşuna zidd olan şəxslər ziyalıdır.
Ziyalı o şəxs
deyil ki, klassik ədəbiyyatı bilsin, klassik rəssamlıqdan anlayışı olsun, muzeyləri
gəzsin, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Bütün bu deyənlər əsas
şərt deyil. Qeyd edilənlər ziyalıya xas olsa da, əsl ziyalı bilikli və elmli, gözəl görüntülü və maneralı
insan deyil. Ziyalı qəlbi geniş və qəlbən varlı ətraf dünyaya biganə qalmamaq, yeni
bilikləri mənimsəmək və mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi
anlayışı yüksək olan zəkalı şəxsdir. Ziyalı şəxsin borcu onu əhatə
edən cəmiyyətə biganə olmamağı və insanlara xeyirxahlıq hissidir. Deməli ziyalılıq
düşüncə tərzidir. Qeyd edilənlər dən kənar düşüncəyə malik, hər hansı bir mövqe
tutan, təhsilli, titullar və medallara sahib adamlar ziyalı sayılmır.
Əsl ziyalı hər
bir cəmiyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması, dövlət və dövlətçiliyin
saxlanılması üçün dayaq nöqtəsi və qoruyucu immunitetdir. Ziyalı canlı bir orqanizm olan dövlətin və
xalqın refleks xüsusiyyətidir, ziyalı xalqın və dövlətin mayakıdır.
Çox təəssüf
ki, doğma vətənimizdə ziyalılar bir təbəqə
kimi yox olmaqdadır və özlərini xalqın ziyalısı kimi hiss edənlər xalqımızın
milli, mənəvi dəyərlərinə, adət ənənələrinə və bizi bir millət edən identik quruluşumuzun
tərkib hissəsi olan mentalitetimizə edilən təhdidlərə qarşı reaksiya vermirlər.
Dövlət və dövlətçiliyimizə, suverenliyimizə, sosial rifahımıza təhlükə yaradan
hallara münasibət bildirmirlər. Sovet dönənimdə belə, repressiyalara baxmadan Əhməd
Cavad, Şıxəli Qurbanov, Hüseyn Cavid, Xudu Məmmədov, Mikayıl Müşfiq və adlarını
saymadığım digər Azərbaycan oğulları əsl ziyalı kimi xalqın önündə idilər və
bir mayak kimi xalqa istiqamət verirdilər. Müstəqilliyimiz dövrümüzdə isə tam əksinə
olan proseslər baş verməkdədir. Milli, mənəvi dəyərlərimiz məhv edilir, ərazi
bütövlüyümüz pozulub, dövlətə və xalqa xidmət yaltaqlıqla əvəz olunub. Budumu
ziyalılıq?! Mənə məlum olan qədər deyə bilərəm ki, özlərini ziyalı sayan ara
sıra cəmiyyətimizdə baş verən neqativ hallara münasibət bildirən demək olar
yoxdur əgər ki, hörməli Rəşid Mahmudovu və çox az olsa da belə səsini
eşitdiyimiz Çingiz Abdulayevdən və adını çəkmədiyim və bir əldə olan barmaq
sayından artıq olmayan şəxslərdən başqa. Ara sıra Fazil Mustafa da Milli Məclisdə
öz vəzifə borcunu yerinə yetirməyə çalışır. Bəs qalanları, həmin yox kimi görünən,
susan “ziyalı”lar niyə ziyalı adına iki əlli yapışıblar?!
Həqiqətən
etiraf etmək lazımdır ki, həm bir xalq olaraq həmdə bir dövlət olaraq Azərbaycan
cəmiyyətinin əsl ziyalıya ehtiyacı var, Azərbaycan xalqı əsl ziyalı
axtarışındadır, imamlar susuz səhrada su axtaran kimi. Allah xalqımızı və dövlətimizi
qorusun”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий