İraq Kürdüstanı,
İspaniya Kataloniyası... 2017-ci ilin buraxılmış şansı
2017-ci ildə beynəlxalq aləmdə konkret olaraq İraq Kürdüstanında
İspaniya Kataloniyasında baş vermiş
ardıcıl geosiyasi və siyasi proseslərdən Azərbaycan yararlana bilmədi. Niyə?
Qeyd etmək vacibdir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik
Şurasının 22 sentyabr 2017-ci il tarixli qərarında İraq dövlətinin ərazi
bütövlüyü dəstəkləndi və 25 sentyabrda İraq Kürdüstanının keçirəcək olduğu
referendum regiona qeyri-sabitlik və gərginlik gətirəcəyi elan olunmuşdu.
25 sentyabr 2017-ci ildə İraq Kürdüstan muxtariyyətinin mərkəzi Bağdad
hökumətin razılığı olmadan keçirdiyi müstəqillik referendumu demək olar ki,
bütün dünya ölkələri tərəfindən dəstəklənmədi və qınandı.
Dünya aparıcı ölkələrinin hadisəyə kəskin mövqedən çıxış etmələri diqqəti
cəlb etdi. Bütün Avropa ölkələri rəsmi qaydada İraq Kürdüstanındakı separatizmi
pislədilər, İraq dövlətinin ərazi bütövlüyünü dəyişməz olduğunu elan etdilər. Hətta
ABŞ və Rusiya Ərbilin Bağdadın razılığı
olmadan keçirdiyi müstəqillik referendumunun nəticələrini tanımadıqlarını bəyan etdilər baxmayaraq ki, öncədən həm ABŞ
həmdə Rusiya İraq kürdlərinə dəstək verirdilər. Regionun aparıcı dövlətləri
Türkiyə və İran Masud Bərzaninin özbaşına mərkəzi İraq hökumətinin razılığı
olmadan separatist xarakterli referendum aktını kəskin pisləyərək İraq
Kürdüstanına hərbi müdaxilə edəcəklərini dilə gətirərək rəsmi Bağdad hökumətinə
hər tərəfli yardımçı olacaqlarını da elan etdilər.
İraq Kürdüstan muxtariyyətinin
lideri Masud Bərzani təkləndiyindən və Kürdüstanın
İraq tərkibində muxtariyyətinin ləğvinin qarşısının almaq məqsədi ilə əvvəlcə
“İşid”lə mübarizə zamanı əldə etdiyi etnik tərkibi turkamanlardan ibarət olan
neftlə zəngin Kərkük əyalətindən çıxaraq mərkəzi İraq hökumətinə təhvil verdi.
Sonradan təzyiqlərə tab gətirməyən İraq
Kürdüstan muxtariyyətinin lideri Masud Bərzani
istefaya getdi.
İraq Kürdüstan muxtariyyətinin
separatist addımları kürd xalqına ağır nəticələr verdi. Ən başlıcası o idi ki,
İraq dövlətinin parçalanmasını arzulayan və planlaşdıran az sayda bəzi dövlətlərin vədlərinə sahib durmaması kürdlərin müstəqillik inamını sındırdı.
Ikincisi muxtariyyətin nəzəratində olan digər əraziləri itirdilər və bu ərazilərlə
birlikdə muxtariyyətin büdcəsinin 60% təşkil edən neft gəlirlərindən məhrum oldular, muxtariyyətin beynəlxalq əlaqələri
mərkəzi Bağdad hakimiyyəti tərəfindən nəzarətə götürüldü və yeganə çıxışı olan
Türkiyə ilə əlaqələr daha da ağırlaşdı. İraq
Kürdüstan muxtariyyətinin separatist istəyi belə cəzalandırıldı.
2017-ci ildə dünyada baş vermiş hadisələrdən ən başlıcası İspaniyanın
Kataloniya əyalətində separatist meylli regional hökumətin keçirdiyi müstəqillik
referendumudur. Qeyd edək ki, 01 oktyabr
2017-ci il tarixdə İspaniyanın Kataloniya əyalətində mərkəzi Madrid hakimiyyətinin razılığı
olmadan regional yerli hökumətin müstəqillik
referendumu keçirdi. 27-si oktyabrda isə Kataloniya regional parlamenti müstəqillik
elan etdi. Mərkəzi Madrid hakimiyyəti Kataloniyada müstəqillik ideyasının
aparıcı qüvvəsi Kataloniyanın regional rəhbəri Puçdemon vəzifəsindən azad
edildi, regional parlament dağıdıldı və bir başa Madriddən idarəetmə tətbiq
olundu. Separatist liderlərə qarşı cinayət
işi açıldı, çoxlu sayda vəzifəli şəxslər həbs edildi. Puçdemon başda olmaqla və bir neçə separatist İspaniyadan qaçaraq
Belçikaya sığındılar.
İspaniya Kataloniyasının mərkəzi
Madrid hakimiyyətinin razılığı olmadan
müstəqillik referendumu keçirməsi və müstəqilliyin elan etməsi ABŞ, Rusiya,
Çin, Almaniya və sair ölkələr dünya ölkələri tərəfindən kəskin tənqid edildi,
İspaniyanın ərazi bütövlüyü dəstəkləndi.
BMT-nin baş katibi Antonio Qutereş Kataloniya konfliktinin İspaniyanın
daxili işi olduğunu bəyan etdi.
Kataloniya regional hakimiyyətinin separatçı istəyi separatşı meyilli
liderlərin regional hakimiyyətdən uzaqlaşmasına və təmizlənməsinə, Madriddən
birbaşa idarəetmənin tətbiqinə səbəb oldu.
İraq Kürdüstanında və İspaniya Kataloniyasında baş verən hadisələr
dünya dövlətlərinin separatizmin nə qədər təhlükəli olmasını xatırladaraq,
başqa dövlətlərin ərazi bütövlüyünü şübhə altına alan separatist qüvvələrə dəstək
verən dövlətləri düşünməyə məcbur etdi. ABŞ-da, Rusiyada, Çində, Fransada,
İspaniyada, İtaliyada ümumiyyətlə bütün dövlətlər separatizmin ancaq keçmiş SSRİ ərazisində, şərqdə deyil bütün
dünya və güclü dövlətlərin təhlükəsinə mənbə olduğu bir daha göstərdi. Bu
durumda dünya dövlətləri separatizmin hər bir halda büruzə verməsinin qarşısını
almağa israrlı olduğunu göstərdi.
Bəs biz bu şəraitdən niyə
yararlana bilmədik?!
Yadımıza salaq ki, keçmiş DQMV Azərbaycanın Respublikasının tərkib
hissəsi olmaqla SSRİ-nin dəstəyi və Ermənistanın
hərbi müdaxiləsi nəticəsində “müstəqillik
referendumu” keçirilmiş “müstəqilliyi”
elan edilmiş Azərbaycan Respublikasının həm tarixi həmdə siyasi ərazisidir. Hansı ki, dünyanın heç bir
dövləti və beynəlxalq təşkilatı həmin “müstəqilliyi” tanımamışdır. Üstəlik Dağlıq Qarabağ ətrafı 7 (yeddi) rayonumuz erməni separatistləri və Ermənistan
ordusu tərəfindən işğal edilmişdir. Bir milyondan artıq etnik azərbaycanlılar öz
tarixi torpaqlarımızdan qovulmuş, Ermənistan ordusu və erməni separatçıları tərəfindən
etnik azərbaycanlılara qarşı dünya dövlətlərinin tanıdığı soyqırımları törətmişlər.
Erməni separatistləri və Ermənistan Respublikası dövlət qoşunları Azərbaycan
Respublikasının beynəlxalq təşkilatların və dövlətlərin beynəlxalq səviyyədə
tanıdıqları ərazilərimizin işğal faktı 25 ildir ki davam edir. BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 822 (1993), 853 (1993), 874 (1993) və
884(1993) saylı Qətnamələri ermənilər tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionundan və işğal edilmiş ətraf rayonlardan dərhal çıxarılması
tələb olunsa da dünyanın ən ali beynəlxalq təşkilatın qətnamələri icra edilmir.
Beynəlxalq hüquq və beynəlxalq siyasi vəziyyət Azərbaycan dövlətinin
lehinə olduğu halda niyə Azərbaycan öz ərazilərini hərb yolu ilə azad etmək istəmədi?
Hesab edirəm ki, bu istəyin qarşısını alan Rusiyadır. Əvvəla qeyd edim
ki, SSSR-nin birinci və sonuncu prezidenti M.S. Qarbaçov Qarabağ məsələsində Rusiyanın gələcək
siyasətini müəyyənləşdirdi və bu istiqamət Rusiya prezidenti B.N. Yelçin tərəfindən daha da sərt və açıq şəkildə
erməni separatizmini və Ermənistanı dəstəkləməklə ermənilərin Azərbaycan ərazisini
işğalına başlıca amil oldu. Bir mənalı olaraq Qarabağ konfliktinin həlli bu gün
Rusiyadan aşlıdır.
D. Tramp administrasiyasının aşıqlaması
Qarabağ məsələsinin Rusiya təsir dairəsində olmasını bir daha təstiqlədi.
Rusiya XİN S. Lavrovun “Qarabağ Azərbaycanın daxili problemi deyil” açıqlaması
Qarabağ konfliktində Rusiyanın gizli
olmayan maraqlarını bir daha xatırlatdı.
Ermənistan-Rusiya
rəsmi hərbi əlaqələri 29.12. 1991-ci ildə “Dostluq, əməkdaşlıq və
təhlükəsizlik” müqaviləsi ilə başlamışdır.
Ermənistan
və Rusiya arasında 21.10. 1994-cü ildə imzalanan müqaviləyə əsasən Rusiyaya
Gümrü və İrəvanda olmaqla iki hərbi baza qurmuşdur.
2010-cu
ildə isə Rusiya-Ermənistan ikitərəfli müdafiə müqaviləsinin Gümrüdə Rusiya hərbi bazasının icarə müddəti
2044-cü ilə qədər uzadılmışdır.
Ermənistan
Rusiyanın təklif və təşkil etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatına
15.05.1992-ci il MDB üzv dövlətlərinin
Daşkənddə imzaladığı müqavilə əsasında daxil olmuşdur.
14.11.2016-cı ildə isə V.V. Putinin imzaladığı sərəncamla
Rusiya-Ermənistan birgə qoşun birliyi yaratmışdır.
Rusiya ilə Ermənistan arasında
ikitərəfli hərbi müqavilə və KTM-nin şərtləri, Ermənistan dövlət sərhədinin
Rusiya nəzarətində olması, Qafqazda
yeganə rus hərbi bazalarının Ermənistanda yerləşməsi və eyni zamanda Ermənistan
iqtisadiyyatının tam şəkildə Rusiya nəzarətində olması de fakto Ermənistanın
Rusiyanın əyalətinə çevirmişdir. Qarabağ
konflikti Rusiyanın Zaqafqaziyada olmasını təmin edən və Zaqafqaziya dövlətlərinə
əsasən də Azərbaycan və Ermənistana təsirinin zəmanətidir. Odur ki, Qarabağ konfliktinin bu
gün ki vəziyyətdə faktiki olaraq dondurulmuş halda saxlanılması ancaq və ancaq
Rusiya maraqlarına xidmət edir.
Ancaq ki, beynəlxalq aləmdə situasiya dəyişkən olur, müttəfiqlər tərəflərə,
tərəflər müttəfiqə çevrilir. Suriya məsələsi bu hala əyani sübutudur. Rusiyanın
şərqi Ukrayna və işğal etdiyi Krıma görə
beynəlxalq sanksiyalara məruz qalması, Rusiyanın Suriya problemində əsl həqiqətdə
NATO müttəfiqlərinin və koalisiyanın hədəfinə çevrilməsi, MDB və KTM dövlətləri
arasında fikir ayrılıqları, Ermənistanın
Avropa ittifaqı ilə assosiasiya müqaviləsinin imzalaması, Ermənistanda faşist erməni
cəlladlarının qəhrəman elan edilməsi, erməni faşizminin dövlət siyasətinin təbliği, Ermənistanda rusofobiyanın və antirus meyllərinin
pik həddə çatması Rusiyanın Ermənistanı cəzalandırmaq fikrinə salmışdı. Bu
fonda Azərbaycanla Rusiya arasında həm dostuq hədə ticarət əlaqələrinin yüksək
olması, eyni ilə beynəlxalq arenada Rusiyanın təklənməsini əngəlliyən Azərbaycan
xarici siyasəti, çoxlu beynəlxalq məsələlərdə həmfikir olması və bu günə kimidə Aİ-lə assosiasiya müqaviləsi
imzalamayan Azərbaycanın Qarabağ məsələsində şanslarının yüksək olmasının
sübutudur. Azərbaycanda rus dilinə və rusdilli əhaliyə və onların inanclarına olan isti münasibət, ikinci dünya müharibəsinin
tarixinin qorunması Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına qarşı amillərdəndir.
Həmdə Azərbaycan enerji resurslarına malik iqtisadi və siyasi cəhətdən dayanıqlı, Qafqazın ən böyük dövləti və güclü
ordusuna malikdir. Azərbaycanın dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə ilə hərbi müqavilə imzalayan
dövlətdir.
Qeyd edilənləri Rusiya nəzərə alaraq Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ konfliktində neytral vəziyyətdə olacaqdı, əgər Azərbaycan
müharibə yolu ilə Qarabağı azad etmək uşun hərbi əməliyyatlara başlasaydı
Rusiya heç bir halda Azərbaycan dövlət ərazisinə müdaxilə etməyəcəkdi. Azərbaycanın
Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaması Rusiyanın maraqlarına qısa müddətli olsa da xidmət edəcəkdi,
bununla Rusiya Ermənistanı cəzalandırmaqla Ermənistanın dövlət kimi mövcudluğunun
qarantı olduğunu əyani sübut edəcəkdi.
Dünya dövlətləri Azərbaycanın Qarabağda başladığı hərbi əməliyyatlarına
münasibəti İraq Kürdüstanı və İspaniya Kataloniyası fonunda susqunluqla müşahidə
ediləcəkdi. Ermənistanı dəstəkləyən və Qarabağ və ətraf rayonların işğalında
xüsusi xidməti ilə seçilən İran dövlətin Suriyada apardığı əməliyyatlar fonunda
Tramp administrasiyasının İranı hər hansı bəhanə ilə cəzalandırmaq istəyi İranı
Ermənistana yardım fikirlərindən yayındıracaqdı. Bununla da Azərbaycan Qarabağ
məsələsində böyük irəliləyişə bəlkə də konfliktin tam həllinə nail olacaqdı. Odur
ki, 2017-ci ilin bizə verdiyi tarixi şansı qiymətləndirə bilmədik!
Dadaşov Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas
Комментариев нет:
Отправить комментарий