Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi
haqqında fərmanı ilə bağlı tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun fikirlərini
oxucularımıza təqdim edirik.
“Ümumiyyətlə Dövlət idarəetmə
sistemi qanunverici hakimiyyət,
icraedici hakimiyyət və məhkəmə hakimiyyətindən ibarətdir. Məhz məhkəmə
hakimiyyəti ölkədə hər bir sahədə ədaləti aşkar edən, qoruyan əsas üç
hakimiyyət orqanlarından ən əsasıdı və dövlətin onurğa sütunudur. Həqiqətən
də məhkəmə sistemində böyük problemlər
var. Ədalətsizlik hakim olan cəmiyyətdə dövlətçilik sarsılır. Bu sahədə
İslahatların aparılması vacibdir və bu islahatlar təxirə salınmaz vəziyyətdədir.
Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı
məhkəmə sistemindəki problemlərin həllinə imkan yaradıb.
Məhkəmə sistemində islahatlar
deyəndə, fikrimcə bu məsələyə kompleks şəkildə yanaşılmalıdır, hüquq mühafizə orqanları ilə məhkəmə sistemində bərabər
şəkildə islahatlar aparılmalıdır. İlk öncə qanunların icra edilməsində yaranan
maneələr aradan qaldırılmalıdı. Bildiyimiz kimi, qanunların icra edilməsinə nəzarət
edən nadzor orqan məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq
de-fakto qanunverici hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə
səlahiyyətləri çərçivəsində müdaxilə edə bilmir. Hətta bəzi icra edici
orqanlarda müstəqil şəkildə istintaq idarələri yaradılıb. Ədliyyə Nazirliyi tərkibində
Gömrük Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq
müstəqil fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində
deyil. Bu hal təbii olaraq korrupsiyaya şərait yaradan amildir. Bunun üçün prokurorluq
orqanlarının səlahiyyətləri genişləndirilməli, praktik olaraq qanunverici, icra edici və məhkəmə
hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri tam bərqərar olmalıdır.
Prokurorluq ancaq nadzor funksiyası yerinə yetirilməlidir. Ən vacib şərtlərdən
biridə budur ki, prokurorluqdan bəzi funksiyalar o cümlədən dövlət ittihamçısı
funksiyası və idarəsi ayrılmalı müstəqil
fəaliyyəti təşkil olunmalıdır və ona da
digər orqanlara olduğu kimi məhz
prokurorluq nadzorluq etməlidir.
Vəkillik və hüquq müdafiəsi sahələrində dəyişikliklər aparılmalıdır, vəkillərin səlahiyətləri genişlənməlidir, məsələn vəkillərə ifadə almaq hüququ verilməlidi, eyni zamanda da nümayəndəlik institutu bərpa olunmalıdır, həmçinin vəkillər
kollegiyasının alternativi yaradılmalıdı, bu hüquqi şəxs kimi fəaliyyət göstərən
təşkilatlar ola bilər. Qısası vəkillər kollegiyasının monopoliyasına son verilməlidi.
Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini
tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır İlk növbədə
hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi
yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı araşdırmaya şikayətçi
və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma
aparılmalıdır. Məhkəmələr və hakimlər
haqqında Azərbaycan Respublikasının
Qanunun 111-ci maddəsinə əsasən
hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən
edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən
sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə
artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs
vermə mexanizmi dəyişdirilməlidi və
Şuraya ictimai nəzarət mexanizmi yaradılmalı
və bu üzvlər bir dəfədən artıq təkrar
seçilməməlidirlər.
Hesab edirəm ki, Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi
haqqında fərmanının icrası zamanı yuxarıda qeyd etdiyim məqamların nəzərə
alınması məhkəmə sistemində əsaslı müsbət dəyişikliklərə səbəb ola bilər. Bu məqsədlə
də yuxarıda qeyd olunan dəyişikliklər barədə layihələr hazırlayıb Milli Məclisə
təqdim etmişəm. Ümid varam təkliflərimiz nəzərə alınacaq”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий