Korrupsiyaya necə qalib gəlmək olar?
Hüquqşünas Vüqar Dadaşövdan təklif
Korrupsiyaya qarşı səmərəli mübarizənin
hüquqi təşkili barədə tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovun
maraqlı təklifləri ilə çıxış etmişdir. Həmin
çıxışı oxucularımıza təqdim edirik.
“Ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli
şəkildə aparılması üçün bu sahədə qanun normalarının təkmilləşdirilməsi, eləcə də qanunlara müəyyən dəyişikliklərin
edilməsi vacibdir. Əvvəla qeyd edim ki, korrupsiya dövlətin ümumi inkişafını əngələyəm
ən böyük maneədir. Bu maneə dövlətimizin iqtisadi gücünü zəiflədir, xalqımızın
sosial rifahını dözülməz həddə çatdırır, təhsilimizi bərbad günə qoyur, səhiyyəmizi
yarıtmaz edir, ədalət mühakiməsini əhəmiyyətsiz hala salır və ümumiyyətlə elə
bir sahə yoxdur ki, ora mənfi təsir etməsin. Korrupsiya ilk növbədə xalq və
dövlət vəhhdətini, xalqın dövlətə inamını və etibarını sarsıdır, bununla da dövlətçiliyimiz təhlükə altına
düşür. Məhz buna görə də son vaxtlar ölkə
başçısının müxtəlif sahələrində korrupsiyanın aradan qaldırılması üçün
imzaladığı sərəncam, fərmanlar, tapşırıqlar eləcədə digər səyləri korrupsiyanın
təhlükəli həddə olduğuna əyani sübutdur.
Hesab edirəm ki, korrupsiyaya qarşı
mübarizə kompleks şəkildə aparılmalıdır.
Əhalini maarifləndirmə ilə bərabər qanun normaların təkmilləşdirilməsi və dəyişikliklər
edilməsi, struktur islahatların aparılması müsbət effekt verə bilər. Təklif etdiyim proqram aşağıda
göstərdiyim mahiyyətdən ibarətdir:
1.
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq dəyişiliklər
edilməlidir. Belə ki, bu qanunda dövlət qulluqçularının rəhbər vəzifələrində fəaliyyət
müddəti müəyyən olunmayıb. Hesab edirəm ki, dövlət qulluqlunda rəhbər vəzifələrə
müəyyən konkret müddətə (məsələn 5 illik) təyin olunmalıdır. Şəxsin ardıcıl
seçilməsi qadağan edilməlidir. Eləcədə
Dövlət qulluqçusunun fəaliyyət
dövrünün inzibati və cinayət məsuliyyəti
müddətsiz hesab edilməlidir.
2.
“Korrupsiyaya qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda da “Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi
şəxslərin məsuliyyətə cəlb edilmə müddəti müddətsizdir” hissəsi
əlavə edilməıidir. Həmçinin korrupsiyada şübhəli bilinən şəxsin və onun
ailə üzvlərinə məxsus əmlak barədə işə məhkəmədə baxılana qədər mülki
prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməlidir.
3.
Azərbaycan Respublikası
Cinayət Məcəlləsinə aşağıdakı müvafiq dəyişikliklər edilməlidir. Korrupsiya ilə
bağlı cinayətlər dəyərindən aşlı olmayaraq ən ağır kateqoriyalı cinayət hesab
edilməli və ən əsası isə “müddətin keçməsi
ilə bağlı cinayət məsuliyyətindən azad etmə” korrupsiya ilə bağlı yəni, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 308, 309, 310, 311, 312, 313, 314-cü maddəsinə
nəzərdə tutulmuş qanun pozuntularına şamil edilməməlidir.
4.
Vəzifəli şəxslərin fəaliyyət
dövrünün zəmanəti, həmçinin hüquqi şəxslə
bərabər vəzifəli şəxsin müddətsiz məsuliyyəti müəyyən olunmalıdır.
5.
Əhalinin kütləvi informasiya
vasitələri ilə, televiziya, sosial media və sosial şəbəkələrin vasitəsi ilə
hüquqi maarifləndirmə sistemli şəkildə təşkil olunmalıdır.
Hesab edirəm ki, təkliflərin qəbul
edilməsi dövlət qulluqçusunun və dövlət büdcəsindən maliyyələşən təşkilatlarını rəhbər vəzifələrini müddətli təyinatı
həmin şəxslərin məsuliyyətinin artmasına səbəb olacaq. Müddətli təyinat eyni
zamanda da vəzifəli şəxsin “klanlıq“, “qohumluq”, “qrup” yaratmasını əhəmiyyətsiz
edəcək. Yeni rəhbərlik zamanı buraxılmış qanun pozuntusunun aşkar edilməsi ehtimalı, vəzifəli şəxsi qanun
pozuntusundan və korrupsiya meyllərindən çəkindirəcək. Vəzifə “alqı-satqısı”
aktuallığını itirəcək. Korrupsiyanın ən ağır kateqoriyalı cinayət hesab edilməsi
və cinayət məsuliyyətinə cəlb etmə müddətinin müddətsizliyi cinayət əməlinin
dövründən aşlı olmayaraq hər an aşkar edilməsi ehtimalı korrupsionerin
“iştahasını” vuracaq. Vəzifəli şəxsin fəaliyyət dövrünün zəmanətinin müddətsizliyi
vəzifəli şəxsin gördüyü və rəhbərlik etdiyi sahədə məsuliyyətinin və iş keyfiyyətinin
yüksəlməsinə səbəb olacaq.
Korrupsiyaya qarşı səmərəli mübarizənin
aparılması üçün tərəfimdən hazırlanmış “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununa, “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə
müvafiq dəyişikliklər edilməsi barədə təkliflərim layihə şəklində Milli Məclisə
təqdim edilmişdir və ümid varam ki, verdiyim təkliflər Milli Məclisdə nəzərə
alınacaq və qanunlara müvafiq dəyişikliklər
ediləcəkdir”
14.06.2019
Комментариев нет:
Отправить комментарий