Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov hərb xalqı kimi tarixi keçmişimizdən danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
"Əzəli Azərbaycan
torpaqları indiki sərhədlərimizdən çox-çox geniş bir
əraziyə malik olduğu çoxlarına bəlli faktdır. Şimalda sərhədlərimiz (Rusiya)
Dərbənddən başlayaraq cənubda (İran) Həmədana qədər, şimal-qərbdə isə indiki
Gürcüstanın Borçalı mahalına qədər geniş bir ərazini əhatə edirdi. İndiki
Ermənistan dövləti bütövlükdə tarixi Azərbaycan torpaqlarında Rusiya
imperiyasının uzaq və yaxın şərqdən xristianların, milliyyətcə erməni olanların
köçürülməsi nəticəsində yaradılmışdı. Ümumilikdə tarixi əzəli Azərbaycan
torpaqlarının sahəsi 410 min kvadrat kilometrdən çox olmuşdur.
12 oktyabr
1813-cü il tarixdə Rusiya Imperiyası ilə Qacarlar (İran) dövləti arasında
bağlanan Gülüstan müqaviləsinə görə tarixi Azərbaycan torpaqları Rusiya və İran
arasında bölünmüşdür. Bu müqavilənin şərtlərinə görə Şimali Azərbaycan
xanlıqları İrəvan və Naxçıvan Xanlıqlarından başqa bütün xanlıqlar Lənkəran,
Şirvan, Bakı, Gəncə, Qarabağ, Şəki Rusiya İmperiyasına verilib.
İkinci Rusiya-İran
müharibəsi nəticəsində 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmən çay
müqaviləsinə əsasən Azərbaycanın Araz çayının şimalındakı bütün əraziləri
Rusiyaya, cənubundakı ərazilər isə İrana verilərək aralarında bölürlər.
1918-ci il 28
mayda elan olunmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
ərəfəsində şimalı azərbaycanlıların bütövlüklə yaşadıqları ərazilər 150 min kv.
km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana
gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində ermənilərə güzəşt
edilərək əzəli Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldı.
Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin sahəsi 113,9 min kv. km ərazini
əhatə edirdi. Azərbaycan
Xalq Cümhuriyyətinin müstəqilliyi 1920-ci il aprelin 28-de beynəlxalq hüquq
normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində
pozularaq işğal olundu və müstəqilliyimiz itirildi.
Sovet
İttifaqı dövründə isə əlavə olaraq ümumilikdə 27.9 min kv. km ərazilərimiz
Rusiyaya, Ermənistana və Gürcüstana arasında bölüşdürülmüşdür.
XX əsrin axırında
Azərbaycan yenidən müstəqilliyinə qovuşdu, ancaq biz Sovetlər ölkəsinə 113,9
min kv. km ərazi ilə daxil olduğumuz halda Sovetlər birliyini 86,6 min kv. km
ərazi ilə tərk edərək müstəqillik əldə etdik. Hal-hazırda Azərbaycanın ərazisi 86,6 min kvadrat
kilometrdir. Əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Birləşmiş
Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınan torpaqlarımızın 20 faizini
işğal ediblər, 1988-1993-cü illərdə
işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal
tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı,
Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) və Qağlıq Qarabağı ətrafındakı 7 (yeddi)
rayon yəni, Laçın rayonu: işğal tarixi - 18 may 1992 -ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993 -cü il, ərazisi - 1936 km2; Ağdam
rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2; Cəbrayıl rayonu:
işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2; Füzuli rayonu: işğal
tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2; Qubadlı rayonu: işğal tarixi
- 31 avqust 1993-cü il, ərazisi - 826 km2; Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993 -cü
il, ərazisi - 707 km2 sahəli ərazilərimiz işğal edilmişdi.
Ermənistanın
buraxdığı xəritələrdə Dağlıq Qarabağı, ümumiyyətlə Kür çayının cənub
hissəsindəki bütün ərazilərimiz qədim Ermənistan torpaqları kimi göstərirlər.
Ancaq və ancaq
XX-ci əsrdə ermənilər etnik azərbaycanlılara qarşı dörd dəfə: 1905-1907-ci il soyqırımı,
1918-ci il mart soyqırımı, 1992-ci il fevralın 17-si Qaradağlı soyqırımı və
1992-ci il fevralın 26-si Xocalı soyqırımları törədiblər.
İndiki İran isə
Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilmir və hər zaman indiki
Azərbaycana, Şimalı Azərbaycan torpaqlarına iddialarından əl çəkmirlər. İşğalçı
Ermənistanla müttəfiqlik etməklə Azərbaycan müstəqilliyinin itirilməsinə
çalışırlar.
Nəzarətimiz
altında olmayan bütün əzəli Azərbaycan torpaqlarında Azərbaycan xalına mənsub
toponimlər dəyişdirilir, tarixi mənbələr məhv edilir və həmin ərazilər başqa
xalqların adlarına saxtalaşdırılır.
Azərbaycan xalqı
bir bayraq altında Eldənizlər, Qaraqoyunlu və Ağqoyunlular dövlətləri kimi
dünya tarixində möhtəşəm iz buraxmışdır. Səfəvilər dövlətinin dövründə isə
vahid Azərbaycan dövləti yaradılmış və bütöv Azərbaycan torpaqları birləşdirilmişdir.
Tariximizin şanlı
səhifələri hərb elminə yüksək diqqət və özünü tanıma və bir xalq kimi fərqliliyimizin
qoruyub saxlamaq istəyi dövründə yazılmışdır.
Sonrakı
dövrlərdən başlayaraq biz bir xalq və dövlət kimi torpaqlarımızı itirə-itirə
gəlirik, bəs buna səbəb nədir? Biz nəyi düz etmirik axı?
Bu sualın cavabı
çoxdur, ancaq hesab edirəm ki, başlıca problem bizim milli özünü tanimada,
təfəkkürümüzdə, vətənpərvərliyimizdə, unutqanlığımızda nəhayət ki, milli ideologiyamızın olmamasındadır.
İlk növbədə sadalanlar yetişən nəslin tərbiyəsində prioritet olmalıdır. Bütün
bunların isə təbliği ilk növbədə ailələrdə, sonrada orta ixtisas məktəblərində
lazımı qaydada effektiv şəkildə yetişən nəsilə aşınmalıdır. Məktəblərin bu
məsələlərdə məsuliyyəti daha genişdir. Sovet dönəmində “İbtidai hərbi hazırlıq”
adlandırılan dərslərin müstəqillik dövrümüzdə məktəblərdə keçirilən indi
“Gənclərin çağırışa qədər ki hazırlığı” adlandırılan dərslərə laqeyd münasibət
göz qabağındadır belə ki, dərslər axır saatlara salınmaqla əyani vəsaitlərin
olmaması və heç bir xüsusi şəraitin yaradılmaması fonunda aparılması dediklərimin
təsdiqidir. Eyni zamanda dərs vəsaitlərinin “kasıblığı” çoxlu sual doğurur.
Orta məktəblərdə hərb hazırlığının ilk dərs saatlarında keçirilməsinin
vacibliyi, hərb tariximizin öyrənilməsi, qəhrəmanlarimizin, sərkərdələri mizin
təbliği, dərs vəsaitlərinin zənginliyi, dolğunluğu və məktəblərin maddi
təminatı strateji istiqamət olmalıdır. Orta məktəbin hər bir şagirdi oğlanlar
vətən əsgəri, qızlar isə tibb bacisi qismində cəmiyyətimizə hazırlanmalıdır.
Eyni zamanda
milli fərqliliyimizin, ana dilimizin qorunub saxlanılması, tarixi ərazilərimizin
bərpası, milli mənsubiyyətimiz, türkçülüyümüz, müstəqil dövlətçiliyimizin və
milli ideologiyamızın əsası olmalıdır. Tariximizdən göründüyü kimi başımıza
gələnlərin təkrarlanmaması üçün, torpaqlarımızın itirilməsinin qarşısını almaq
üçün, xalqımızın qorunması üçün, dövlətçiliyimizin və müstəqilliyimizin daimi
yaşamağı üçün hərb xalqına çevrilməyimiz tarixi zərurətdir"
SNN NEWS-Haber