Tanınmış hüquqşünas, hərbi ekspert, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşovun Türkiyə Respublikasının Suriya ərazisində
apardığı “Sülh çeşməsi” adlı hərbi əməliyyatın Beynəlxalq hüquqa uyğun olub-olmadığı barədə "Cümhuriyyət TV" və "Talk TV" kanalına verdiyi açıqlamanı oxucularımıza təqdim edirik.
“Türkiyə Respublikasının Suriya ərazisində
apardığı “Sülh çeşməsi” adlı hərbi əməliyyata
Beynəlxalq hüquq baxımından müxtəlif yanaşmalar var. Bir dövlətin silahlı qüvvələrinin digər dövlətin
ərazisinə girməsi və hərbi əməliyyat
aparması əsasən iki halda Beynəlxalq hüquqa uyğun hesab edilir. Birinci
hal odur ki, bir dövlətin və ya bir qrup dövlətin silahlı qüvvələrinin
digər dövlətin ərazisinə girməsi yerli liqnitim
hakimiyyətin qarşılıqlı razılaşması əsasında
yəni, dəvəti əsasında baş verirsə bu təcavüz hesab edilmir. İkinci, bir dövlətin
və ya bir qrup dövlətlərin silahlı qüvvələrinin digər dövlətin ərazisinə girməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qətnaməsinə əsasən baş verirsə
bu da eyni ilə təcavüz hesab edilmir. Bu
baxımdan Türkiyənin silahlı qüvvələrinin Suriya ərazində girməsi bir sıra qərb,
eləcədə bir neçə müsəlman ölkələrinin fikrincə Beynəlxalq hüquqa ziddir.
Ancaq, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin normalarına əsasən Türkiyənin silahlı qüvvələrinin Suriya ərazində
girməsi Beynəlxalq hüquqa uyğundur və bu müdaxiləni heç cürə təcavüz
adlandırmaq olmaz.
Əvvəla, qeyd etmək lazımdır
ki, Suriya Ərəb Respublikası Türkiyə Respublikası ilə həmsərhəd olan cənub ərazilərinə
siyasi nəzarətini itirmiş və həmin ərazilər bir sıra dövlətlər tərəfindən
terror təşkilatı kimi tanınmış PKK, PYD, YPQ kürd qruplaşmasının nəzarətindədir. Bu terror qruplaşmaları Türkiyə dövlətinin ərazi bütövlüyünün
pozulması hesabına kürd dövləti yaratmaq
fikrindədir. Kürd PKK, PYD, YPQ terror qruplaşmaları Türkiyənin
Suriya ilə həmsərhəd bölgələrində
qanunsuz silahlı birləşmələr yaratmış, həmsərhəd
ərazilərin əhalisinə təhlükəyə çevrilmişdir. Türkiyəyə qarşı silahlı mübarizə
aparır, terror aktları törədir və Türkiyə dövlətinin ərazi bütövlüyünün, siyasi
müstəqilliyinin təhlükəsinə çevrilmişdir.
Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “Birləşmiş Millətlər Təşkilatının
bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə
və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədlərinə uyğun olmayan hər
hansı bir şəkildə güc tətbiq etməkdən və ya güc tətbiq etməkdən çəkinirlər;”
Bildiyimiz kimi, Suriya Ərəb Respublikası müstəqil dövlət kimi BMT-nin
üzvü olsa da Türkiyə ilə həmsərhəd ərazilərində siyasi nəzarəti itirmişdir və həmin
ərazilər PKK, PYD, YPQ terror qruplaşmalarının nəzarətində olduğundan Suriya
bir dövlət kimi Türkiyənin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə təhlükəyə çevrilmişdir
və Suriya bir dövlət kimi yaranmış vəziyyətə görə hüquqi və siyasi məsuliyyət
daşıyır. Göründüyü kimi Türkiyə Suriya ərazisindən
gələn və onun ərazi bütövlüyünə, siyasi müstəqilliyinə təhlükədən qorunmaq məcburiyyətindədir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər bir dövlət özünü müdafiə hüququna
malikdir. Bu baxımdan Türkiyə silahlı qüvvələrinin Suriyada apardığı hərbi əməliyyatlar
Beynəlxalq hüquqa tam uyğundur və bu hüquq Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin tərkib hissəsidir”.
SNN NEWS-Haber
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий