Ölkədə
din sahəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi kifayət qədər önəmli işlər
görür, islahatlar aparılır, kolleclər açılır. Hətta İlahiyyat İnstitutunun
açılması da arzulanan hadisələrdəndir. Dini radikalizm, xurafatçılıq,
təriqətçilik, məzhəb ayrıseçkiliyi yaradan qüvvələr zərərsizləşdirilir və
tarixi, milli mənəvi ənənələrimizə müvafiq şəkildə inanclı insanlarımız öz
ibadətlərini edir, dini mərasimlərini normal şəkildə icra edirlər. Lakin
təəssüf ki, bəzi xaricdə təhsil alan şəxslər dini qütbləşmə yaratmağa
meyllənərək təhsil aldıqları ölkənin siyasi düşüncələrindən təsirlənir,
çıxışlarında milli əxlaqımıza, mentalitetimizə, bəzən də qanunlarımıza zidd
ifadələr işlədir, gənclərin tərbiyəsinə xələl gətirir, ifata varırlar. Bu
şəxslər təəssüf ki, bəzi hallarda hansısa gizli əllərin təsiri nəticəsində
rəsmi şəkildə dini vəzifə daşıyan adamlardan da olurlar. Azərbaycanda
qeyri-ənənəvi din və təriqətlərin yayılması xalqımızın din dünya görüşünə
ziddir. Məsələn, vəhhabi-sələfilik, nurçuluq, süleymançılıq, mehdiçilik,
yəmaniçilik, şiraziçilik kimi cərəyanlar tarixən ölkəmizdə olmayıb. İndi
hansısa xarici qüvvələrin İslam dünyasını parçalamaq siyasətinin tərkib hissəsi
kimi ortaya atdığı və lazım gələndə də həmin ölkədə qarışıqlıq salmağa xidmət
etmək amaclı təriqət, məzhəb və cərəyanların yayılmasına münasibət mənfidir və
buna yol vermək də olmaz. Müharibə şəraitində yaşayn xalq olaraq dövlətimizin
təhlükəsizliyini göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqilliyin ilk illərində
xaricdən müxtəlif dini təriqətlər boşluq hiss edərəkhumanitar dəstək adı ilə
müəyyən qədər əhaliyə nüfuz edə bildilər və el dilində "vəhhabi"
adlanan sələfi cərəyanı yarandı, xaricə təhsilə tələbələr göndərildi, məscidləri
açıldı və sairə... Səudiyyə ərəbistanında ilk təhsil alıb gələn sələfi qeyri
ənənəvi dini cərəyanının ilk təbliğatçılarından olan Qamət Süleymanov bu
əqidəni yaymağa başladı. Xalqımız üçün yad olan, vaxtilə Osmanlı dövlətini
parçalamaq üçün İngiltərə kəşfiyyatı tərəfindən əsası qoyulmuş bu dini-siyasi
cərəyan istər sünni, istərsə də şiə məzhəbli yerli əhali üçün bu gün də
ikrahdoğurucudur. Qamət Süleymanov zaman keçdikcə məsciddə yetişdirdiyi
gəncləri Səudiyyə Ərəbistanına "təhsil" almağa yolladı, onlar da şalvarı
gödək, saqqalı uzun halda geti qayıdaraq təbliğata girişdilər. Səudiyyədə
yetişən bu cərəyan Britaniya və qərbin daima dəyişən siyasi maraqlarına xidmət
etdiyi üçün onların təsirində olan oralı alimlər də mütəmadi olaraq fərqli
fətvalarla gündəmə gəlməyi bacarırlar. Beləliklə oxuyub gerii dönən Mədinə
Universiteti məzunları özündən əvvəl oxuyub gələn köhnə məzunlarla çox zaman
ixtilafa girir, onların fikirləri ilə razılaşmır, onları tənqid edir və bəzən
də bir-birlərini xəvariclikdə, təkfirçilikdə, həddadilikdə, hizbçilikdə ittiham
edirlər. ( Adı çəkilən ifadələr Sələfi-vəhhabi təriqətinin daxilində yeni
yaranmış qollardır). İndiki halda öz aralarında bir neçə qola bölünərək hərənin
öz qəbul etdiyi imamı, başçısı vardır demək olar ki. Qamət Süleymanov isə demək
olar ki, bölünərək onu qəbul etməyənlərin hər birini müxtəlif ittihamla tənqid
edir və tərəfdarlarıa odan uzaq olmağı məsləhət görür. Qamət Süleymanov və onun
tərəfdarları onu "şeyx" adlandırırlar. Qeyd edək ki, şeyxlik və ya
şeyxulislamlıq rəsmi-dini titul olduğu üçün o ancaq Qafqaz Müsəlmanları
İdarəsinin sədrlərinə verilir. Ölkəmizdə isə rəsmi bir şeyx var, o da Bütün
Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə həzrətləridir. Qamət Süleymanovun
adamları isə qeyri-rəsmi olaraq öz başçılarını şeyx adlandırırlar, Süleymanov
özü də bundan xoşhal olur və etiraz etmir. Şeyx sözü ərəbcə olub, pirani,
qocaman, ağsaqqal mənalarındadır. Lakin istilah baxımından bu ad dini titula
çevrilib və yalnız Şeyxulislamlıq dərəcəsi olanlara deyilir. Ölkəmizdə hər təsadüfi
adama şeyx deyilməyib. Axund Hacı Mirəziz özünün "İslami söhbətlər"
kitabında qeyd edir ki, şeyxlik ən ali dini rütbələrdən biri olub ancaq dahi və
tanınmış, xalq tərərindən sevilən-seçilən şəxslərə verilə bilər. Şeyx Nizami,
Şeyx İbn Sina, Şeyx Molla Qələm kimi şəxslərə şeyx deyiblər və onlar bu adı
haqq ediblər. Habelə ölkəmizdə uzun illərdir xalqımızın xidmətində duran,
ölkəmizin mövqeyini hər zaman, hər yerdə müdafiə edən, dünyada böyük nüfuza
malik olan QMİ sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə kimi şeyximiz var.
Digərlərinin özünü qondarma şəkildə şeyx adlandırması özündən müştəbehlikdən
savayı bir şey deyil. Qeyd etdiyimiz kimi Qərb dünyası, əsasən də Böyük
Britaniya İslam dünyasını bölmək, müsəlmanların birliyini zədələyərək onları
üz-üzə qoyub zəiflətmək naminə həm sünni aləmində iş aparır, həm də şiə
aləmində fəaliyyətdən qalmır. Yuxarıda qeyd etdiyimiz kimi, sünni dünyasının
ittifaqını dağıtmaq, özündən özünə qarşı çıxan qrup yaratmaq üçün Britaniya
vəhhabiliyi təsis etdi və onun fəaliyyəti nəticəsində kifayət qədər İslam
dünyasını zəiflədə bildi. Lakin şiə aləmini də zəiflətmək, içəridən növbəti
nifaq ocağı yaratma
q üçün
ələ alınası fiqur axtarışına çıxdı və nəhayət ki, tapdı. Sadiq Şirazi adlı din
alimini fərqli, radikal, mühafizəkar, bir az da xurafatçı fikirlərlə mötədil
şiəliyə qarşı qoydu. Habelə son zamanlar təfriqənin ziyanını görərək, kənar
məkrlilərin hiyləsini anlayaraq vəhdətə gəlmək, qardaşlaşmaq istəyən sünni-şiə
dünyasını yenidən qana çalxamaq üçün yaratdığı bu Şiraziçi cərəyanını sünnilərə
qarşı daha qatı-radikal, barışmaz şəkildə köklədi. Beləliklə Qərb, sünnilərin
içindən vəhhabi cərəyanını quraraq o cərəyan vasitəsi ilə həm sünniləri, həm də
şiələri vurdu. Eyni zamanda şiələrin içindən də Şiraziçi qrupunu yaradaraq bu
cərəyan vasitəsi ilə həm şiələri, həm də sünniləri vurdu. Qeyd edim ki, hər iki
cərəyan qarşı tərəfi açıq-aşkar kafir hesab edir. İndi vəhhabiliyin nümayəndəsi
Qamət Süleymanov fəaliyyət göstərirdi, özünə də şeyx titulu vermişdi ki, əks
tərəfin "şeyx"i də peyda oldu. Suriyada həmin Şirazinin dini
mərkəzində10 ildən artıq təlim-təhsil almış, özünü şeyx, əllamə, höccətul İslam
vəl müslimin adlandıran Hacı Cavid Məmməov 2012 ci ildə "Hicab
aksiyası"nda həbs olunub, evindən silah və xarici valyuta tapıldığına görə
məhkum olunmağına baxmayaraq Əjdərbəy məscidinə (Göy məscid) axund təyin edildi
2015 ci ilin oktyabr ayının 13 də. Bu şəxs böyük ehtimalla təqiyyə (təhlükə
zamanı özün və əqidəsini gizlətmə) edərək hansısa yolla məhkumluqdan sonra
ölkənin və paytaxtın ən böyük və nüfuzlu məscidlərindən birinə rəhbər təyinatı
ala bilib. O zamandan bu yana təbliğat aparır və Suriyada aldığı "təhsili"
burada tətbiq edir. Şirazi və dünyadakı Şirazi mədrəsələri, hədəfləri ancaq
digər müsəlmanlar olduğu üçün təhsillərini və təbliğlərini də elə qurublar ki,
bütün araşdırmalar və kitablar sərf qarşı tərəfin ifşa edilməsinə, təkfir
edilməsinə xidmət edir. Özünü şeyx adlandıran Cavid Məmmədov yutub vasitəsi ilə
yayınladığı əksər çıxışlarında məzhbəçilik təmayüllərini fundamental
radikalizmə kökləyərək digər məzhəbin müqəddəs hesab etdiyi, inam bəslədiyi
nöqtələrə toxunur, öyrəndiyi metdolar vasitəsi ilə təriqət ayrı-seçkiliyinin
gizli əsaslarını inşa edir. Özü üçün düzəltdirdiyi möhüründə " Əhli bayt
xadimi Şeyx Cavid əs Salyani əş Şami" yazan Cavid Məmmədov özünü həm şeyd
kimi, həm də Şama (Dəməşq-Suriya) məxsus alim kimi qələmə verir. Əgər Qamət Süleymanova
yalnız öz tərəfdarları şeyx deyirlərsə, Cavid Məmmədov isə özü öz möhüründə
bunu göstərməklə iddia edir. Kəbin kəsdiyi və yazdığı kağızlarada həmin möhürlə
təsdiq də gətirir. Şiraziçilərin əsas məskəni Britanıyadır. Orada onların
mərkəzləri, çoxsaylı telekanalları, geniş imkanları vardır. Şeyx Cavidin
oradakı rəhbərlərlə əlaqələrinin nə dərəcədə olmasını deyə bilmərik, ancaq əsas
olan odur ki, ideya və əqidə bağlılığı davam edir. Bu ilki Məhərrəmlikdə aşura
günü İmam Hüseyndən danışmaq əvəzinə kəbin-talaq məsələlərindən danışması da
məclis iştirakçılarında ayrı bir təəccüb doğurubmuş... Xütbələrində və ona
ünvanlanan suallı müraciətlərə verdiyi cavablarda kifayət qədər qanuna, əxlaqa
zidd məqamlar vardır. Məsələn, azyaşlı, südəmər körpə uşaqla cinsi əlaqəyə girmək
haqqındakı suala müsbət cavab verərək bu işin icazəli olmasını bildirir, hətta
başqa adamların adlarını çəkərək fikrini əsaslandırmağa da çalışır. Bu
iyrəncliyə din adı qoyub, özünü də Şeyx adlandıran Cavid Məmmədovların, Qamət
Süleymanovların fəaliyyəti görəsən kimə və kimlərə lazımdır...
Uşaqbazlığı
açıq-aşkar təbliğ edərək guya İslam dininin də buna icazə verdiyini deyən bir
şəxsi din alimi kimi xalqa sırıyanlar hansı məqsədi güdür görəsən?
Gənclərimizin, gələcəyimizin təhsil, tədris, idman, mənəvi dəyərlərə bağlılıq,
vətənpərvrərlik üzərində bərqərar olaraq müasir tələblərə uyğun savadlı
vətəndaş olmalarına belələri əngəl törədirlər. Ümidvarıq ki, xaricdə təhsil
alanları dini işlərə təyin edərkən yüz ölçüb bir biçmək məsəli unudulmayacaq və
bu kimi halların qarşısı alınacaqdır.
Elvin
Məmmədov
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий