Tanınmış hüquqşünas, Qarabağ Qazisi,
AJB-nin üzvü Vüqar Dadaşov jurnalistika ilə bağlı fikirlərini bölüşüb, həmin
yazını oxucularımıza təqdim edirik.
“ Ölkəmizdə və ümumiyyətlə dünyada baş
verən siyasi ictimai proseslərin işıqlandırılması jurnalistlərin bir başa peşə borcudur. Sözsüz
ki, hər peşədə olduğu kimi jurnalistika da dinamik inkişaf prosesi gedir və bu proseslə
ayaqlaşan çox az sayda jurnalistlərimizin olduğunu da etiraf etmək lazımdır.
Heç kəsə gizli deyil ki, bəzi jurnalistlər əllərində olan media vasitəsindən hansısa məqsədə
görə istifadə edir. Mətbuat orqanı var ki, hansısa məmura, işbaza xidmət edir əlbəttə
ki, heçdə “sevgi” əsasında yox. Təsəffür ki, bəzi mətbu orqanların fəaliyyətinə nəzər
salanda görürük ki, “müəyyənləşdirilmiş”
qurum, məmur, işbaz haqqında heç bir məlumat və ya xəbər buraxmır və dondurulmuş “susqunluq” qarşı tərəf hesabına
“yağlanır”. Nə olar ki, etiraf etsək Azərbaycanda neytral mövqe sərgiləyən mətbu
orqan və jurnalist çox-çox az saydadır.
Demək olar ki, əksər mətbu orqan, jurnalist kiminsə yazan əlinə, danışan dilinə çevrilib və
“müəyyənləşdirilmişlərin” müdafiəsinə və imicinə xidmət edir. Bu, əslində
gülünc bir halı ortaya gətirib. Əsl “jurnalistikanın” necə olacağından xəbərsiz
insanlar mətbu orqanlarında özünün şəxsi reklamı ilə məşğul olur, özünü mətbu
vasitədə ön plana verir, baş vermiş hadisə barədə məlumatı “köşə” yazısı kimi təqdim
edir.
Yeri gəlmişkən, Azərbaycan Jurnalistlər
Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı “köşə” yazısı barədə yazdığı fikirləri sizinlə bölüşmək istərdim:
“Əslində , Qərbdə bizim köşə yazısı dediyimizə redaktor yazısı deyirlər. Hərçənd
bu o demək deyil ki, həmin yazını nəşrin redaktoru yaza bilər. İşin məğzi odur
ki, redaksiya həmin yazıdakı mövqeni tam
olaraq bəyənir və dəstəkləyir, daha bizdə riyakarcasına demirlər ki, “bu fikirlər
yalnız və yalnız müəllifindir”. Bəli, həqiqət budur ki, bu gün bəzi “jurnalistlər”
köşə yazılarının əsl mahiyyəti itiriblər.
Mətbu vasitələrdə gedən yazılarda çoxlu
texniki, orfoqrafik, bədii və qrammatik səhvlərlə yanaşı əxlaqi, sosial, siyasi
baxımdan xalqımıza, dövlətimizə zərərli və təhlükəli mövzuda məlumatlar
adi hal alıb. Elçin Şıxlının “Sükutdan sitat” adlı kitabından oxuduğum bir maraqlı məlumatı
diqqətinizə çatdırmaq istəyirəm: “La Stampa” qəzetinin saytı yazır ki, Stalin
“Pravda”nın redaktorluğunu edəndə hətta
Leninin 47 yazısını bəyənmədiyindən çapa verməyib. Lenin də onun redaktor işini
çox bəyənirmiş... Əslində isə
Stalin çoxlarının hələ də anlamadığı bir həqiqəti qavramışdı-naşirlik və
redaktorluq edən kəs yazı müəllifindən daha çox hökmə və hakimiyyətə malikdir”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий