"Azərbaycan dövlətinin və xalqımızın
ictimai, siyasi həyatında söyüş, təhqir ritorikasının tətbiqi və bu halın adiləşməsi
normal düşüncəli insanları narahat edən prosesdir. Xalqımızın mental dəyərlərinə,
adət ənənəsinə zidd olan söyüş, təhqir
ritorikası milli kimliyimizi şübhə altına alaraq, fundamental insanlıq dəyərlərinə
xələl gətirən ən zərərli haldır. Əxlaq və tərbiyə normalarını istisna edən bu
ritorika əslində ayrı-ayrıqda şəxsindən, sosial statusundan, dini mənsubiyyətindən, siyasi baxışından və
mövqedən aşlı olmayaraq ümumilikdə xalqa və cəmiyyətin özünə dağıdıcı təsir edən
ən mənfi xüsusiyyətdir. Mübarizənin söyüş və təhqir ritorikası, zəiflik,
arqumentsizlik və qərəzin sübutudur. Dövlət rəhbəri xalqın və dövlətin hüquqi təmsilçisi
olduğundan onun təhqiri bütün xalqın təhqiri deməkdir. Eləcədə sosial vəziyyətindən,
partiya mənsubiyyətindən, baxışından, milliyyətindən, dini etiqadından aşlı
olmayaraq hər hansı bir şəxsin təhqiri əsla yol verilməzdir. Odur ki, Qazax
Ziyalılar Klubu söyüş və təhqir ritorikasından istifadəni qətiyyətlə pisləyir və
onu Azərbaycan xalqının milli dəyərlərini və kimliyini məhv edən hal, virus
hesab edir.
Qazax Ziyalılar Klubu, Azərbaycan
Respublikası cəmiyyətinə və doğma vətənimizlə əlaqəli hər bir kəsə müraciət edərək
tərəfləri söyüş və təhqir ritorikasından bir mübarizə vasitəsi kimi istifadə
etməməyə çağırır və ümid edir ki, tərəflər müraciətimizi eşidəcək, mübarizəni
sivil qaydalarla etik və əxlaq normalarına uyğun olaraq aparacaqlar.
Hörmətlə,
Qazax Ziyalılar Klubu"
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий