Türkiyə Xarici İşlər naziri
Mövlud Çavuşoğlunun açıqlamasından görünür ki, Ukrayna prezidenti Vladimir
Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşününün təşkili üzərində
işlər gedir. Fikrimcə bu görüşün yaxın zamanlarda baş tutmaşı qeyri-mümkündür.
Sözsüz ki, Ukrayna tərəfi
müharibə onun ərazisində getdiyindən daha çox maraqlı tərəf kimi görünür
hərçənd ki, indiki vəziyyətdə Ukrayna müharibənin dayandırmaq niyyətində deyil.
Ona görə ki, müharibənin ilk günlərində, Ukrayna üçün çətin dövrdə Zelenski
Putinə dəfələrlə şəxsi görüş təklif edərkən Putin buna razılıq vermədiyi halda,
Ukrayna ordusu müharibədə dönüş edib, Rusiyanı məğlub etdiyi halında və Rusiya
sürətlə geri çəkildiyi zamanda müharibəni dayandırmaq Ukrayna maraqlarına
zərbədir çünki, bir sıra ərazilərlə yanaşı, 2014-cü ildən Doneçski, Luqanski
vilayətləri və Krım Rusiyanın hələ işğalındadır. Və müharibənin faktiki gedişi
göstərir ki, Ukrayna ordusu bu əraziləri də azad etmək iqtidarındadır, rus
ordusu isə nə döyüşmək istəyir, nə də döyüşmək bacarmır - bu halda Ukrayna
hansı məntiqlə müharibəni dayandırsın ki?! Baxmayaraq ki, Ukrayna prezidenti
diplomatik və siyasi gedişlər edərək, danışıqlara hər an hazır olduğunu bildirir.
Digər tərəfdən, Ukrayna
prezidenti Zelenskinin NATO-nu sərt tənqid etməyi də əslində Qərbin, NATO-nun
Ukraynaya hərbi və maliyyə köməyini daha da artırmağa yönləndirmək məqsədi
daşıyır və Zelenskinin tənqidi əslində inciklik əlaməti yox, siyasi və hərbi
məqsədlərinin daha genişliyinin əlamətidir. ABŞ prezidenti Co Baydenin və
rəsmilərin Putini müharibə cinayətkarı adlandırması və ümumən Rusiyanı
soyqırımda ittiham etməsinin "geriyə" dönüşü yoxdur və mütləq bu
"partiya" sona qədər oynanılmalıdır ki, Qərbin Rusiya ilə bağlı
planları reallaşsın. Bəllidir ki, və hətta Putinin də qeyd etdiyi kimi, Qərb
müharibənin dayanmasına qətiyyən yol verən deyil. Zelenskinin publik
çıxışlarından asılı olmayaraq, Ukrayna hərbi uğurunu inkişaf etdirərək
ərazilərini işğaldan azad etmək istəyir. Göründüyü kimi, bu müharibədə hər
kəsin öz marağı var: Ukrayna ərazilərini azad etmək, Qərb isə hazırladığı
Ukrayna tələsi ilə Rusiyanı məhv etmək niyyətindədir. Necə deyərlər, NATO və
Qərb üçün Ukrayna Rusiyaya qarşı vasitədir, istəklər ayrı olsa da hədəf
eynidir, hədəf Rusiyadır. Onun üçün də Zelenski və Putin görüşü mümkünsüz
görünür.
Görüşü mümkünsüz edən əsas
amillərə Putinin şəxsi xüsusiyyəti də təsir edir. Belə ki, müharibə öncəsi
Zelenskini aşağılayan və onu prezident yox, "yaxşı aktyor"adlandıran
Putin rəzil halında Zelenski ilə danışıqlara oturmaz, buna Putinin hikkəsi və
qüruru yol verməz. Rusiya ordusunun nüfuzu sıfırlandığı bir vəziyyətdə,
Ukraynada heç bir vacib qələbə qazana bilmədiyi halda, Putin alçatmağa
çalışdığı Zelenskiyə hansı şərtlər irəli sürə bilər ki, necə deyərlər
Zelenskinin isə bəli şərtləri faktiki Rusiyanın kapituliyasiyası tələbidir -
Putin bunu eşitmək istərmi?!
Hər bir halda Ukrayna
prezidenti Zelenski ilə Rusiya prezidenti Putinin görüşünün baş tutacağı müşkül
məsələdir və hətta görüş təşkil olunsa da belə, indiki vəziyyətdə
Rusiya-Ukrayna müharibəsinin dayandırılacağının ehtimalları yox dərəcəsindədir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
14.04.2022
Комментариев нет:
Отправить комментарий