Sözsüz
ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın özü üçün fəlakətə
çevrildi. Bəli, Rusiya göründüyü kimi, daha doğrusu təqdim edildiyi kimi, güclü
dövlət deyil və məhvə məhkumdur. İnkaredilməz faktdır ki, Rusiya-Ukrayna
müharibəsi əslində Qərb-Rusiya müharibəsidir və hədəf Rusiyanın məhz özüdür.
Rusiya Ukrayna tələsinə öz xüsusiyyətlərinə uyğun salındı və Rusiya Ukrayna anbisiyası
ilə həm Qərbi öz sərhədlərindən çəkindirmək, həm də keçmiş sovet
respublikalarına mütləq nəzarətini bərpa etmək niyyətində idi. Ukraynada Rusiya ordusunun vəziyyəti faciəvi şəkil
aldıqca Putin özünü daha da aqressiv aparacaq, müharibə cinayətlərini
genişləndirəcək, amma bu xətlə Rusiya onun üçün cızılmış xətti, taleyi dəyişə
bilməyəcək.
Rusiya -
Ukrayna müharibəsi həlledici fazaya keçib. Əvvəla qeyd edim ki, Qərb Rusiyanı
elə bir vəziyyətə saldı ki, Moskva müharibədən çıxa və ziyanın yarısından geri
qayıda bilmədi. 10 mart Rusiya-Ukrayna danışıqlarının Antaliya görüşünə qədər
faktiki Rusiya Ukraynada öz ordu gücünün yarıdan çox hissəsini itirmişdi və bu
görüşdən müharibədən çıxmağa bəhanə, səbəb əldə etmək istəyirdi. Ancaq, Qərb müharibənin dayanmasına haqlı olaraq imkan
vermədi və Rusiya məcbur edildi ki, hərbi gücünün son ehtiyatlarından istifadə
edib təmiz müdafiəsiz hala düşsün.
Rusiyada
məğlubiyyətini etiraf edib, Ukraynanı tərk etmək əvəzinə növbəti səhvini
buraxdı və ordusunun son qalıqlarını səfərbər edib müharibənin növbəti fazasına
başladı və Qərbə də məhz bu lazım idi hansı ki, Putin hikkəsindən Rusiyanın
özünə qarşı istifadə olundu.
Növbəti
mərhələ Rusiyanın ordu qalıqlarını məhv etməklə, müharibəni Rusiya ərazisinə
keçirməkdir. İlk növbədə Donbasın azad edilməsi plandadır. Krımın azad edilməsi
isə Putin hakimiyyəti dövründə nüvə silahından istifadəyə gətirə bilər. Bu
ehtimallara əsasən, Krımın azad edilməsi Putinin hakimiyyətdən getməsindən
sonrakı vaxta saxlanılır. Rusiyanın Ukraynada rüsvayçı məğlubiyyəti, Donbasın
azad edilməsi, müharibənin Rusiya ərazisində hiss edilməsi, rus aliqarxların və
siyasi elitasının düşdüyü real vəziyyət, ölümcül iqtisadi durğunluq və böhran
Putin hakimiyyətinin bir mənalı sonunu gətirəcək. Sözsüz ki, Putin devrildikdən sonra salamat qalarsa,
harada olsa da müharibə cinayətkarı kimi mühakiməsi tam mümkündür. Yekun olaraq
qeyd edim ki, Rusiya Ukrayna tələbindən çətin slamat buraxılsın və Rusiyanın
indiki əraziləri daxilində mövcudluğu çox böyük sual altındadır.
Rusiyanın
Ukrayna müharibəsində tam zəifləməsini Qərb və NATO ilə yanaşı gözləyən digər
ölkələr var ki, bir başa Rusiyaya qarşı müharibə edəcək. Bu sırada Yaponiya birinci yerdədi, Çin də Rusiyaya
qarşı pusquda duran əsas ölkələrdən biridir. Avropa istiqamətində isə, bir sıra
dövlətlərin sərhədlərin də dəyişəcəyi ehtimalı da çox yüksəkdir.
Çanaqqala zəfərinin
yüzilliyi ərəfəsində özünü büruzə verən və həmin o müəyyənləşdirilmiş yeni
düzən yekun mənzərəni formalaşdırır. Yeni düzənin "osu" isə türk, anqla-sakson
sütunudur.
O ki, qaldı
Xankəndində və ətraf ərazilərimizdə olan ruslara, Moskvanın Azərbaycanda
Xankəndində yeni-yeni təxribatlara əl atmaqla hakim olduğunu göstərməyə
çalışacaq və Rusiya son nəfəsədək daha böyük təxribatlar törədəcəyi şübhəsizdir.
Rusiya Azərbaycanın istəklərinə qarşı çıxmaq imkanlarından məhrumdur,
Azərbaycan Xankəndi və ətraf ərazilərlə bağlı istəklərini yaxın zamanlarda
reallaşdıracaq, ancaq hədəflərimiz tarixi ərazilərimiz kimi, daha böyükdür.
Rusların Qarabağdan nəinki, ümumən Cənubi Qafqazdan getməsi mütləq prossesdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
politoloq
12.04.2022
Комментариев нет:
Отправить комментарий