Ermənistan baş naziri Nikol Paşinyanın
Rusiya prezidenti Vladimir Putin ilə növbəti Moskva görüşünü müzakirə etmək
əslində aksioma kimi qəbul edilmiş qənaəti təkrarlamaqdan başqa bir şey deyil.
Məlum idi ki, Azərbaycan
prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel
görüşündən dərhal sonra Putin hökmən Brüssel görüşündən əldə edilmiş nəticəni
pozmaq üçün hərəkət edəcək. Avropada Paşinyanla İlham Əliyev arasında hər görüşdən
sonra Rusiya məhz belə bir addım atıb ki, Ermənistan Azərbaycan yaxınlaşmasını
əngəlləsin. Rusiyanın Cənubi Qafqaz siyasətini anlamaq, proqnoz vermək üçün,
necə deyərlər alim olmaq lazım deyil. Rusiyanın Cənubi Qafqazda mövcudluğu
ancaq konfliktlərin mövcudluğundan keçir və Rusiya da heç bir halda heç bir
konfliltin həllində maraqlı ola bilməz.
O ki, qaldı Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinə, əvvəlki çıxışlarımda qeyd etdiyim kimi,
Rusiya-Ukrayna (Qərb) müharibəsi bitənədək sülh müqavilənin bağlanması
prosesini uzatmaq böyük hədəflərimiz üçün milli maraqlarımıza uyğundur. Yeri gəlmişkən Xankəndi və ətraf ərazilərimizlə bağlı o qədər narahatçılığa
səbəb yoxdur. Hər şey Azərbaycanın planı üzrə gedir.
Qafqazda sülhə təhlükə Rusiyanın
özüdür və Ermənistanla sülh müqaviləsi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir
yəni ki, Ermənistanla sülh müqaviləsi Rusiyanı Azərbaycana qarşı dağıdıcı
siyasətindən çəkindirən deyil. Əslində sülh müqaviləsində Ermənistan daha
maraqlı tərəfdir, ona görə ki, SSRİ vaxtı qanunsuz olaraq Azərbaycan alınaraq
Ermənistana verilmiş torpaqlara hüquq əldə etmiş olur. Azərbaycan dövləti sülh
danışıqlarında maraqlı görünməsi vacibdir və bu realıqda Azərbaycanın siyasi,
diplomatik manevr imkanlarını genişləndirir.
Emənistan Azərbaycan arasında
sülh müqaviəsinin mümkünlüyü və Putinin buna mane olmaq istəyi əslində
Azərbaycanın maraqlarına uyğundur. Çünki, Rusiya -Ukrayna (Qərb) müharibəsinin
Ukrayna və Qərb üçün uğurlu sonluğu mütləqdir və Azərbaycana bu sonluğü
gözləmək isə olduqca vacibdir. Odur ki, Putinin Paşinyana Moskva tapşırığı həm
də Azərbaycanın daha böyük strateji hədəflərini yaxınlaşdıran şərait yaradır.
Putinin özünü ağıllı bilməsi ilə yanaşı Ukrayna inadı bizim işimizə yarayır.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
20.04.2022
Комментариев нет:
Отправить комментарий