Yüksək dövlət postlarına gənclərin təyinatı ilə yaranmış ümidlərimiz təhsil naziri Emin Əmrullayevin timsalında da məhv olur. Emin müəllim dünən çıxışında məktəblərdə pul yığımına növbəti dərs ilindən pilot lahiyə kimi tətbiq ediləcəyini deyib. Bu açıqlamanı şərh etmək istəməzdim çünki, nə cəmiyyətin fikrini sayan var, nə də nəticələri hesablayan. İmam Əli demişkən, söz də Allahın nemətidir-sözü də israf etmək olmaz. Əgər bizi dinləyən yoxdursa, heç danışmağa da dəyməz.
Поиск по этому сайту
суббота, 30 апреля 2022 г.
Qanuniləşdirilən könüllü pul yığımı - ləğv edə bilmədiyiniz rüşvətin gizlədilməsidir. Mən belə anladım Emin müəllim...
среда, 27 апреля 2022 г.
Ermənistanda etirazlar - Paşinyanı devirə bilcəklərmi? Azərbaycanla razılaşmaların taleyi necə olacaq?
Ermənistanda etirazlar davam
edir. Etirazlara və ümumiyyətlə Ermənistanda baş verən proseslərə düzgün qiymət
vermək üçün ilk öncə unutmamalıyıq ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra
faktiki kapitulyasiya aktına imza atmış Ermənistan Baş naziri Nikol Paşinyanın
növbədənkənar keçirilmiş seçkidə qələbəsi faktı özü onu sübut edir ki, erməni
cəmiyyəti bütövlükdə Qarabağ yükündən azad olmaq niyyətindədir və Nikol
Paşinyana dəstək verib. Maştabına görə Ermənistanda həmin dövrlərdə keçirilən
etiraz aksiyaları nisbət etibarı ilə daha böyük idi. Ancaq bu halda da Paşinyan
hakimiyyətini qoruya bildi. Həmin dövrlərdə etiraz aksiyalarına erməni
cəmiyyəti əsasən öz istəyi ilə çıxmışdı.
Ancaq indi vəziyyət daha
fərqlidir, etirazlar kənardan daha doğrusu Rusiya tərəfindən idarə olunur.
Əvvəla qeyd edim ki, Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə son
6 aprel 2022-ci il tarixli Brüssel görüşündən sonra ənənəvi olaraq Rusiyanın
proseslərə müdaxiləsi gözlənilən idi. Brüssel görüşündən dərhal sonra Nikol
Paşinyan və İlham Əliyev arasında əldə edilmiş razılıq sözsüz ki, Moskvanı
narahat etməyə bilməzdi və buna görə də Kreml hakimiyyəti Paşinyanı Moskvaya
təcilli çağıraraq tələsik, aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə
Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edildi. Putin əmin
olmaq istəyirdi ki, Ermənistan, Azərbaycan, Xankəndi bağlı Rusiyanın istəkləri
Paşinyan tərəfindən yerinə yetiriləcəkdir. Paşinyan - Putin görüşü öncəsi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Paşinyana telefon zəngi
vəziyyətin mürəkkəbliyini əyani göstərir. Sözsüz ki, Şarl Mişel də Nikol
Paşinyanla Brüsseldə əldə edilmiş razılaşmanın Putin tərəfindən pozulacağı
ehtimalı ilə onunla bir daha danışmaq məcburiyyətində qalıb.
Əminliklə demək olar ki, Putin
Paşinyandan 19 aprel Moskva görüşündən istədiyini ala bilməyib, yaxud Putin
artıq Paşinyanın ona verdiyi vədlərinə əməl etməyəcəyinə əmindir. Məhz bundan
sonra Rusiya Paşinyanı devirmək üçün proseslərə əlavə güc qatıb. Moskva
görüşündən dərhal sonra Ermənistan sərhədçilərinin Azərbaycana Zəngilan
istiqamətində təxribatı sözsüz ki, Moskvanın sifarişidir. Ermənistanın
sərhədlərinin qorunması və nəzarəti Rusiyanın əlində olması faktı da
təxminimizin əsalı olduğuna inamı artırır. Paşinyanın Moskva səfərindən sonra
etirazların güclənməsinə səbəb olan Qarabağımızla bağlı açıqlamaları Moskva ilə
mühüm razılaşmanın əldə edilməməsini göstərən mənzərədir. Aksioma formasında
özünü sübut edən fakt budur ki, Rusiya heç bir halda Azərbaycan - Ermənistanı
münasibətlərinin normallaşmasında maraqlı ola bilməz. Rusiyanın regionda
mövcudluğu yerlərdə konfliktlərin mövcydluğundan keçir. Deməli, Paşinyan
hakimiyyəti bu mövcudluğa təhlükə yaradır. Ona görə də, Paşinyanın devrilməsi
Rusiyanın maraqlarının təmin edilməsi deməkdir.
Hal-hazırda İrəvanda keçirilən
etiraz aksiyasının liderləri açıq-aşkar Rusiya yönümlü fiqurlardır.
Köçaryan-Sarkisyan tandemi ümumən oynanılmış kartlardır və ermənilərin bu
cütlüyə münasibəti nifrətə bərabərdir olduğu kimi də, imkanları və dəstəkçiləri
də yox səviyyəsindədir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq
direktoru Artur Vanetsyan artıq özü etiraf etdiyi kimi siyasətçi deyil və
təsirli gücə malik ətrafı yoxdur. Rusiya Ermənistanda sarsılmış dayağının
bərpası ümidi ilə hər kəslə razılaşmaq məcburiyyətindədir. Ermənistan Milli
Məclisi spikerinin müavini, Daşnaksutyun partiyasından olan üzvü İşxan
Saqatelyan nə qədər gizlətsə də Rusiyanın sifarişini həyata keçirir. İsxan
Saqatelyan yeni siyasi fiqur kimi müəyyən tərəfdarlar əldə edə bilib, ancaq
etirazların növbəti günlərində səngiməsi ehtimalı da var. Paşinyanın siyasi
iradəsi, dözümü və qətiyyəti olmalıdır ki, bu təzyiqə davam gətirsin. Maraqlı
məqamlardan biri də budur ki, Rusiyanın Ukraynada məğlubiyyəti həm də Paşinyan
hakimiyyətinin işinə yararlıdır və çox güman ki, Paşinyan da bu amilə diqqət
yetirir.
Hər-bir halda kimin Ermənistanda
hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan öz siyasi hədəflərini
realaşdıracaq. Ancaq erməni cəmiyyəti də anlamalıdır ki, revanşist ideyaları
ilə Azərbaycana meydan oxumaq 44 günlük müharibənin artıq Ermənistan ərazisində
görmək arzusuna bərabərdir. Paşinyan isə bu ssenarini dayandıra biləcək yeganə
şəxsdir və çox güman ki, son anda erməni revanşistlər bunu dərk edəcəklər.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
27.04.2022
пятница, 22 апреля 2022 г.
Qafqazı yox, Putin Rusiyanın taleyini düşünsə yaxşıdı
Ermənistan baş naziri Nikol Paşinyanın
Rusiya prezidenti Vladimir Putin ilə növbəti Moskva görüşünü müzakirə etmək
əslində aksioma kimi qəbul edilmiş qənaəti təkrarlamaqdan başqa bir şey deyil.
Məlum idi ki, Azərbaycan
prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel
görüşündən dərhal sonra Putin hökmən Brüssel görüşündən əldə edilmiş nəticəni
pozmaq üçün hərəkət edəcək. Avropada Paşinyanla İlham Əliyev arasında hər görüşdən
sonra Rusiya məhz belə bir addım atıb ki, Ermənistan Azərbaycan yaxınlaşmasını
əngəlləsin. Rusiyanın Cənubi Qafqaz siyasətini anlamaq, proqnoz vermək üçün,
necə deyərlər alim olmaq lazım deyil. Rusiyanın Cənubi Qafqazda mövcudluğu
ancaq konfliktlərin mövcudluğundan keçir və Rusiya da heç bir halda heç bir
konfliltin həllində maraqlı ola bilməz.
O ki, qaldı Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinə, əvvəlki çıxışlarımda qeyd etdiyim kimi,
Rusiya-Ukrayna (Qərb) müharibəsi bitənədək sülh müqavilənin bağlanması
prosesini uzatmaq böyük hədəflərimiz üçün milli maraqlarımıza uyğundur. Yeri gəlmişkən Xankəndi və ətraf ərazilərimizlə bağlı o qədər narahatçılığa
səbəb yoxdur. Hər şey Azərbaycanın planı üzrə gedir.
Qafqazda sülhə təhlükə Rusiyanın
özüdür və Ermənistanla sülh müqaviləsi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir
yəni ki, Ermənistanla sülh müqaviləsi Rusiyanı Azərbaycana qarşı dağıdıcı
siyasətindən çəkindirən deyil. Əslində sülh müqaviləsində Ermənistan daha
maraqlı tərəfdir, ona görə ki, SSRİ vaxtı qanunsuz olaraq Azərbaycan alınaraq
Ermənistana verilmiş torpaqlara hüquq əldə etmiş olur. Azərbaycan dövləti sülh
danışıqlarında maraqlı görünməsi vacibdir və bu realıqda Azərbaycanın siyasi,
diplomatik manevr imkanlarını genişləndirir.
Emənistan Azərbaycan arasında
sülh müqaviəsinin mümkünlüyü və Putinin buna mane olmaq istəyi əslində
Azərbaycanın maraqlarına uyğundur. Çünki, Rusiya -Ukrayna (Qərb) müharibəsinin
Ukrayna və Qərb üçün uğurlu sonluğu mütləqdir və Azərbaycana bu sonluğü
gözləmək isə olduqca vacibdir. Odur ki, Putinin Paşinyana Moskva tapşırığı həm
də Azərbaycanın daha böyük strateji hədəflərini yaxınlaşdıran şərait yaradır.
Putinin özünü ağıllı bilməsi ilə yanaşı Ukrayna inadı bizim işimizə yarayır.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
20.04.2022
Şuşa dünya azərbaycanlılarını Vətən naminə birləşdirəcək
Dünya Azərbaycanlıları Qurultayının türk dünyasının mədəniyyət
paytaxtı olan Şuşada keçirilməsinin həm simvolik, həm də siyasi hədəfləri var.
Qurultay dünya azərbaycanlılarının, diaspor təşkilatlarının Şuşa mənəviyyatının
ətrafında sıx birləşməsinə müsbət təsir edəcək. Şuşanın əzəməti diaspor təşkilatlarının
vətən sevgisini daha da alovlandıracaq.
Diaspor təşkilatları faktiki olaraq dövlət və
xalq maraqlarını təmsil və təmin edən ən effektli vasitədir. Hətta deyərdim ki,
dövlət büdcəsindən maliyyələşən səfirlik, konsulluqlardan da daha səmərəli fəaliyyət
göstərə bilər. Ukrayna müharibəsində başsız qalan azərbaycanlıların taleyini səfirlik,
konsulluq yox diaspor təşkilatları nümunəvi şəkildə həyata keçirtdi. Diaspor təşkilatları
var ki, dünya düzəninə təsir etmə imkanına malikdir. Yəhudi, çin, yunan
diasporları və sair diaspor təşkilatları öz dövlət, xalq maraqlarını dövlətlərinin
xarici işlər nazirliklərindən, səfirliklərindən, konsulluqlarından da çox yüksək
səviyyədə qoruyurlar və hətta yerli hakimiyyət diaspor təşkilatları ilə fəaliyyətini
koordinasiya edirlər.
Diaspor təşkilatları ilə bağlı problemlər də
mövcuddur. Xaricdəki bir çox diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi
şəxslərdir. Azərbaycanlıların diaspor təşkilatlarının pərakəndə şəkildə fəaliyyətləri,
bir təşkilat altında fəaliyyət göstərmək istəyinin olmamasının müxtəlif səbəbləri
olsa da, həmin səbəblərdən ən əsası diaspor təşkilat rəhbərlərinin şəxsi
maraqlarıdır. Birincisi diaspor təşkilatlarının əksər rəhbərləri təşkilatı
qurmaqla azərbaycanlılar içərisində öz fərqliliyin göstərmək, lider olmaq hissləri
və azərbaycanlılar adından mövqe əldə etmək istəyən şəxslərdir. Bəzi diaspor təşkilatları
və rəhbərləri əksər hallarda həmin dövlətin xüsusi orqanlarının təsiri altında
olurlar. Etiraf etmək lazımdır ki, diaspor təşkilatlarının çoxları həmin təşkilat
rəhbərlərinin de-fakto kommersiya təşkilatı funksiyasını yetirməklə bir gəlir mənbəyinə
çevrilib. Məhz göstərdiyim səbəblərdən də müxtəlif ölkələr daxilində yaşayan azərbaycanlıların
diaspor təşkilatları bir təşkilat daxilində birləşməyə meylli deyillər. Təkcə
Rusiyadakı diaspor təşkilatlarımızın nümunəsi ümumi mənzərəni ortaya çıxarır.
Yeri gəlmişkən, jurnalist Fuad Abbasovun həbsi, deportasiyası ilə bağlı hadisələrin
diaspor təşkilatları arasında mübarizənin nəticəsi idi.
V.Dadaşov hesab edir ki, məhz belə
neqativlərin aradan qaldırılması və xaricdə fəaliyyət göstərən bütün təşkilatların
kordinasiya olunaraq fəaliyyət göstərməsi baxımından Şuşaya toplaşan dünya azərbaycanlıları
öz müsbət təklif və töhfələrini verəcək. O, hesab edir ki, Şuşa növbəti dəfə
Dünya Azərbaycanlılarını vətən naminə birləşdirəcək.
19.04.2022
вторник, 19 апреля 2022 г.
Bakı tıxaclarına kimdir günahkar, kimlərin marağı, kimlərin savadsızlığı?
Bakı tıxaclarının və ümumiyyətlə
Azərbaycanda tıxacların 4 (dörd) əsas yaranma səbəbi var.
1-ci, sürücü mədəniyyətsizliyi və
savadsızlığı (bu, da sürücülük təhsilinin müvafiq qaydada verilməməsi və
sürücülük vəsiqəsinin qeyri-qanuni əldə edilməsindən əmələ gəlir).
2-ci, piyada mədəniyyətsizliyi və
məsuliyyətsizliyi (bu, marifləndirmənin zəifliyi və piyadanın həmişə haqlı
olması yanaşmasından formalaşıb).
3-sü, şəhərsalma, yol
infrastrukturunun düzgün qurulmaması, ictimai nəqliyyat sxeminin düzgün təşkil
edilməməsi (bu, tikinti sahəsində özbaşnalıq, mütəxəsislərin qeyri peşəkarlığı,
qeyri peşə sahiblərinin işə rəhbərliyi və daşınmalarda monopoliyanın
mövcudluğundan irəli gəlir).
4-cü, DİN Dövlət Yol Polisinin
mahiyyətinə uyğun xidməti fəaliyyətsizliyi (Dövlət Yol Polisinin yol nəqliyyat
sistemində təhlükəsizliyinin təmin edilməsini hadisələri qabaqlamaq, qaydaların
pozulmasının qarşısını almaq əvəzinə, pozuntulara görə inzibati cərimələrin
tətbiq etməyi əsas vəzifəsi hesab edir).
Sosial, infrastruktur problemi yaradan
səbəblərdən demək olar ki, ölkə üzrə ali təhsil müəssisələrinin çoxunun, bütün
idarə və müəssisələrin paytaxtda yerləşdirilməsi və səlahiyyətlərinin
regionlardan alınaraq baş idarələrdə, nazirliklərdə cəmləşdirilməsi səbəbindən
paytaxtda süni əhali sıxlığı yaradılıb.
Digər çox vacib bir məsələ də yol
nəqliyyat hadisələri zamanı piyadalarla bağlıdır. Belə ki, hüquq-mühafizə
orqanları və məhkəmə piyadalarla bağlı inzibati və cinayət işlərində bir mənalı
olaraq piyadanın marağı tərəfindən çıxış edir və sözsüz ki, bu da öz növbəsində
piyadaların məsuliyyətsizliyinə rəvac verir.
Qənaət ondan ibarətdir ki, tıxacların
ləğvi üçün ilk növbədə sürücü məktəblərin formatına uyğun tam fəaliyyətinin
təşkili, sürücü vəsiqələrini verilməsində qanunun pozulmasına yol verməmək,
əhalinin marifləndirilməsi, şəhərsalma və yol infrastrukturunun qurulmasında peşəkar
mütəxəssislərin cəlb edilməsi, paytaxta süni sıxlığı yaradan amillərin aradan
qaldırılması, sərnişin daşınmasında monopoliyanın ləğvi, Dövlət Yol Polisinin
mahiyyətinə uyğun xidmətinin təmini, yol nəqliyyat hadisələri ilə bağlı işlərə
qanunun aliliyinin tətbiqi nəinki tıxac məsələsini digər əlaqəli vacib
məsələlərin həllinə gətirər.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
18.04.2022
Çoxları “gender bərabərliyi” anlayşının mahiyyətini anlamır Qadın və kişi nədə bərabərdir?
Ailədə kişinin qadına ev işlərinə görə
əmək haqqının ödəməsi təklifinə münasibətim birmənalıdır.
Sözü gedən təklif natamamdı və ümumən
insanlıq, qadın-kişi fəlsəfəsinə zidd yanaşmadır. Əvvəla qeyd edim ki, ədalət
və sosial bərabərlik baxımından həmin o təklifin və ümimiyyətlə çox hallanan
"gender bərabərliyi" deyilən anlayışın dağıdıcı qüvvəsinin tətbiqi yolverilməzdir.
Təkcə bir fakt - əgər kişi ilə qadın bərabər hüquqludurlarsa onda, qadının
(işçi) profilləşdirilməsi hansı məntiqə uyğundur. Ailə anlayışı, könüllülük,
sevgi, bərabərlik prinsipidir, profilləşmə isə sadaladığım prinsiplərin
öhdəliyə çevrilməsidir, yəni məcburətdir - deməli ailə də məcburi və öhdəlikli
ittifaq görünüşü alır. Bu isə o deməkdir ki, ailə anlayışı mahiyyətini dəyişir,
o halda sual ortaya çıxır - belə ailə forması nəyə və kimə lazımdır? Məqsəd ali
insan birliyini - ailə məfununu məhv etməkdirsə, təklif olunan belə qaydaların
tətbiqi o nəticəni verə bilər. Yox əgər, məqsəd o deyilsə onda, evdar qadınlara
dövlət tərəfindən analıq, evdarlıq müavinətlərinin verilməsi ailəyə sosial
dəstəklə yanaşı həm də, ailə bağlılığını gücləndirər və bu üsul
dəstəklənməlidir.
Yeri gəlmişkən, çoxları "gender
bərabərliyi" anlayışının mahiyyətini anlamır. Bu prinsip özündə qadın və kişi arasında bir başa bərabərliyi təbliğ etmir.
Gender bərabərliyi haqqında vikipedik məlumatdan bu fərqi görmək mümkündür:
"Gender bərabərliyi Bəhai
dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və
cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və
sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi
və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai
təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq
etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas
aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri
var."
Odur ki, qadın və kişi, hər
kəs onun üçün həyatda əzəldən müəyyən edilmiş özünəməxsus mahiyyətinə uyğun
funksiyasını yerinə yetirməlidir. Qadın və kişinin
Allahdan, təbiətdən gələn özəlliklərin qorunması, ümumən insanlıq
sivilizasiyasının mühafizəsi deməkdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq,
hüquqşünas
15.04.2022
Zelenski və Putin görüşə bilərmi? Müharibədə fasilə kimə xeyirlidir?
Türkiyə Xarici İşlər naziri
Mövlud Çavuşoğlunun açıqlamasından görünür ki, Ukrayna prezidenti Vladimir
Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşününün təşkili üzərində
işlər gedir. Fikrimcə bu görüşün yaxın zamanlarda baş tutmaşı qeyri-mümkündür.
Sözsüz ki, Ukrayna tərəfi
müharibə onun ərazisində getdiyindən daha çox maraqlı tərəf kimi görünür
hərçənd ki, indiki vəziyyətdə Ukrayna müharibənin dayandırmaq niyyətində deyil.
Ona görə ki, müharibənin ilk günlərində, Ukrayna üçün çətin dövrdə Zelenski
Putinə dəfələrlə şəxsi görüş təklif edərkən Putin buna razılıq vermədiyi halda,
Ukrayna ordusu müharibədə dönüş edib, Rusiyanı məğlub etdiyi halında və Rusiya
sürətlə geri çəkildiyi zamanda müharibəni dayandırmaq Ukrayna maraqlarına
zərbədir çünki, bir sıra ərazilərlə yanaşı, 2014-cü ildən Doneçski, Luqanski
vilayətləri və Krım Rusiyanın hələ işğalındadır. Və müharibənin faktiki gedişi
göstərir ki, Ukrayna ordusu bu əraziləri də azad etmək iqtidarındadır, rus
ordusu isə nə döyüşmək istəyir, nə də döyüşmək bacarmır - bu halda Ukrayna
hansı məntiqlə müharibəni dayandırsın ki?! Baxmayaraq ki, Ukrayna prezidenti
diplomatik və siyasi gedişlər edərək, danışıqlara hər an hazır olduğunu bildirir.
Digər tərəfdən, Ukrayna
prezidenti Zelenskinin NATO-nu sərt tənqid etməyi də əslində Qərbin, NATO-nun
Ukraynaya hərbi və maliyyə köməyini daha da artırmağa yönləndirmək məqsədi
daşıyır və Zelenskinin tənqidi əslində inciklik əlaməti yox, siyasi və hərbi
məqsədlərinin daha genişliyinin əlamətidir. ABŞ prezidenti Co Baydenin və
rəsmilərin Putini müharibə cinayətkarı adlandırması və ümumən Rusiyanı
soyqırımda ittiham etməsinin "geriyə" dönüşü yoxdur və mütləq bu
"partiya" sona qədər oynanılmalıdır ki, Qərbin Rusiya ilə bağlı
planları reallaşsın. Bəllidir ki, və hətta Putinin də qeyd etdiyi kimi, Qərb
müharibənin dayanmasına qətiyyən yol verən deyil. Zelenskinin publik
çıxışlarından asılı olmayaraq, Ukrayna hərbi uğurunu inkişaf etdirərək
ərazilərini işğaldan azad etmək istəyir. Göründüyü kimi, bu müharibədə hər
kəsin öz marağı var: Ukrayna ərazilərini azad etmək, Qərb isə hazırladığı
Ukrayna tələsi ilə Rusiyanı məhv etmək niyyətindədir. Necə deyərlər, NATO və
Qərb üçün Ukrayna Rusiyaya qarşı vasitədir, istəklər ayrı olsa da hədəf
eynidir, hədəf Rusiyadır. Onun üçün də Zelenski və Putin görüşü mümkünsüz
görünür.
Görüşü mümkünsüz edən əsas
amillərə Putinin şəxsi xüsusiyyəti də təsir edir. Belə ki, müharibə öncəsi
Zelenskini aşağılayan və onu prezident yox, "yaxşı aktyor"adlandıran
Putin rəzil halında Zelenski ilə danışıqlara oturmaz, buna Putinin hikkəsi və
qüruru yol verməz. Rusiya ordusunun nüfuzu sıfırlandığı bir vəziyyətdə,
Ukraynada heç bir vacib qələbə qazana bilmədiyi halda, Putin alçatmağa
çalışdığı Zelenskiyə hansı şərtlər irəli sürə bilər ki, necə deyərlər
Zelenskinin isə bəli şərtləri faktiki Rusiyanın kapituliyasiyası tələbidir -
Putin bunu eşitmək istərmi?!
Hər bir halda Ukrayna
prezidenti Zelenski ilə Rusiya prezidenti Putinin görüşünün baş tutacağı müşkül
məsələdir və hətta görüş təşkil olunsa da belə, indiki vəziyyətdə
Rusiya-Ukrayna müharibəsinin dayandırılacağının ehtimalları yox dərəcəsindədir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
14.04.2022
Rusiya Ukrayna müharibəsinin son mərhələsi, dünyanı hansı nəticə gözləyir? Azərbaycanın əsas hədəfi – PROQNOZ
Sözsüz
ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın özü üçün fəlakətə
çevrildi. Bəli, Rusiya göründüyü kimi, daha doğrusu təqdim edildiyi kimi, güclü
dövlət deyil və məhvə məhkumdur. İnkaredilməz faktdır ki, Rusiya-Ukrayna
müharibəsi əslində Qərb-Rusiya müharibəsidir və hədəf Rusiyanın məhz özüdür.
Rusiya Ukrayna tələsinə öz xüsusiyyətlərinə uyğun salındı və Rusiya Ukrayna anbisiyası
ilə həm Qərbi öz sərhədlərindən çəkindirmək, həm də keçmiş sovet
respublikalarına mütləq nəzarətini bərpa etmək niyyətində idi. Ukraynada Rusiya ordusunun vəziyyəti faciəvi şəkil
aldıqca Putin özünü daha da aqressiv aparacaq, müharibə cinayətlərini
genişləndirəcək, amma bu xətlə Rusiya onun üçün cızılmış xətti, taleyi dəyişə
bilməyəcək.
Rusiya -
Ukrayna müharibəsi həlledici fazaya keçib. Əvvəla qeyd edim ki, Qərb Rusiyanı
elə bir vəziyyətə saldı ki, Moskva müharibədən çıxa və ziyanın yarısından geri
qayıda bilmədi. 10 mart Rusiya-Ukrayna danışıqlarının Antaliya görüşünə qədər
faktiki Rusiya Ukraynada öz ordu gücünün yarıdan çox hissəsini itirmişdi və bu
görüşdən müharibədən çıxmağa bəhanə, səbəb əldə etmək istəyirdi. Ancaq, Qərb müharibənin dayanmasına haqlı olaraq imkan
vermədi və Rusiya məcbur edildi ki, hərbi gücünün son ehtiyatlarından istifadə
edib təmiz müdafiəsiz hala düşsün.
Rusiyada
məğlubiyyətini etiraf edib, Ukraynanı tərk etmək əvəzinə növbəti səhvini
buraxdı və ordusunun son qalıqlarını səfərbər edib müharibənin növbəti fazasına
başladı və Qərbə də məhz bu lazım idi hansı ki, Putin hikkəsindən Rusiyanın
özünə qarşı istifadə olundu.
Növbəti
mərhələ Rusiyanın ordu qalıqlarını məhv etməklə, müharibəni Rusiya ərazisinə
keçirməkdir. İlk növbədə Donbasın azad edilməsi plandadır. Krımın azad edilməsi
isə Putin hakimiyyəti dövründə nüvə silahından istifadəyə gətirə bilər. Bu
ehtimallara əsasən, Krımın azad edilməsi Putinin hakimiyyətdən getməsindən
sonrakı vaxta saxlanılır. Rusiyanın Ukraynada rüsvayçı məğlubiyyəti, Donbasın
azad edilməsi, müharibənin Rusiya ərazisində hiss edilməsi, rus aliqarxların və
siyasi elitasının düşdüyü real vəziyyət, ölümcül iqtisadi durğunluq və böhran
Putin hakimiyyətinin bir mənalı sonunu gətirəcək. Sözsüz ki, Putin devrildikdən sonra salamat qalarsa,
harada olsa da müharibə cinayətkarı kimi mühakiməsi tam mümkündür. Yekun olaraq
qeyd edim ki, Rusiya Ukrayna tələbindən çətin slamat buraxılsın və Rusiyanın
indiki əraziləri daxilində mövcudluğu çox böyük sual altındadır.
Rusiyanın
Ukrayna müharibəsində tam zəifləməsini Qərb və NATO ilə yanaşı gözləyən digər
ölkələr var ki, bir başa Rusiyaya qarşı müharibə edəcək. Bu sırada Yaponiya birinci yerdədi, Çin də Rusiyaya
qarşı pusquda duran əsas ölkələrdən biridir. Avropa istiqamətində isə, bir sıra
dövlətlərin sərhədlərin də dəyişəcəyi ehtimalı da çox yüksəkdir.
Çanaqqala zəfərinin
yüzilliyi ərəfəsində özünü büruzə verən və həmin o müəyyənləşdirilmiş yeni
düzən yekun mənzərəni formalaşdırır. Yeni düzənin "osu" isə türk, anqla-sakson
sütunudur.
O ki, qaldı
Xankəndində və ətraf ərazilərimizdə olan ruslara, Moskvanın Azərbaycanda
Xankəndində yeni-yeni təxribatlara əl atmaqla hakim olduğunu göstərməyə
çalışacaq və Rusiya son nəfəsədək daha böyük təxribatlar törədəcəyi şübhəsizdir.
Rusiya Azərbaycanın istəklərinə qarşı çıxmaq imkanlarından məhrumdur,
Azərbaycan Xankəndi və ətraf ərazilərlə bağlı istəklərini yaxın zamanlarda
reallaşdıracaq, ancaq hədəflərimiz tarixi ərazilərimiz kimi, daha böyükdür.
Rusların Qarabağdan nəinki, ümumən Cənubi Qafqazdan getməsi mütləq prossesdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
politoloq
12.04.2022