Rusiya yaranışından mahiyyətinə uyğun olaraq indi də qardaş saydığı Ukrayna xalqına cəhənnəm zülümü yaşadır. Dəhşət ondadır ki, cəhənnəmin də dində göstərilmiş qaydaları, sərhədləri var, ancaq bu Rusiyanın vəhşiliyinin heç bir sərhəddi, qırmızı xətti yoxdur. XXI-ci ərdə Rusiya bütün insani, hüquqi, dini qaydaları saymazyana və fəxrlə pozaraq müstəqil dövlətə təcavüz edir, yerli hakimiyyəti silahla devirmək və onu öz düşündüyü kimi yaşamağa məcbur cəhd göstərir. İstəyini həyata keçirmək üçün inkvizisiya, soyqrım, terror və sair ağılasığmaz vəhşilildən istifadə edir.
Heç kim inciməsin, Rusiyanın davranışları vəhşi təbiətin ən amansız heyvanı QİYENA-KAFTAR-la tam eynilik təşkil edir. Qiyena nə qədər əzazil və nifrətə layiqdirsə Rusiya da o nifrətə o qədər layiqdir. Yeri gəlmişkən, Putinin bir başa müdaxiləsi ilə Belarusiyada hakimiyyəti zorla ələ keçirmiş qeyri leqitim Lukaşenko isə "Cəngəlliklər kitabı"ndakı vəhşi Şirxanın çaqqalına tam oxşar fiqurdur. Hakimyyətini saxlamaq üçün şeytanla belə saziş bağlamaqdan çəkinməyir.
Xülasə, Rusiya elə bir oyuna girib ki, çətin bu oyundan salamat çıxsın. Putin hakimiyyətinin sonluğuna, Rusiyanın parçalamnasına heç bir şübhə yoxdur və bu geriyədönməz prosesdir. Rusiya göründüyü kimi güclü olmadığı haqqında hələ 2015-ci ildən deyirəm, yazıram (Məqamı gəlmişkən, cənab prezident sağ olsun "Qənimətlər parkı" ən çox sevdiyim yerlərdən biridir). Fikir verin, Ukraynada "1945-ci ilin silahı" ilə vuruşman Putin uduzduğunu anlayan kimi, dünyaya nüvə qorxusunu gəldi. Bəzi dövlətlər antirus koalisiyasına qoşulmaqdan çəkindi və hətta antirus sanksiyalara qoşulmayacağını bəyan etdi.
Əvvəla özünü ağıllı sayanlara deməyim odur ki, Rusiyaya dəstək verən ölkələrin əksəriyyəti Belarusiya, Venesuela kimi, diktator rejimlərdir, bu bir. İkincisi isə, futbolda belə bir qanunauyğunluq var, əgər sən şansından istifadə edib qol vurmursansa-tezliklə onda sənin qapına qol vurulacaq. Həyat da, siyasət də belədir, düşmüş şansdan istifadə etmək hüquq yox vəzifədir. Tarix Rusiyanı elə bir tələyə salıb ki, rus şovinizmindən, vəhşiliyindən, hegemonluğundan, amansızlığından dünyanın xilas olmaq şansı yaranıb. Dünyanın bəzi ölkələri, rəhbərləri bu şansı düzgün qiymətləndirə bilmir və hətta antirus sanksiyalarına qoşulmaqdan belə çəkinir.
Liderlik, siyasi iradə daxili hissdir, bu xüsusiyyətləri insana tutulan heç bir vəzifə, mövqe verə bilməz. O ki, qaldı ruslarla danışıqlara ümid edənlər, bu məsələ özü-özünü aldatmaqdan başqa bir şey deyil...
Məgər 1994-cü ildə Rusiya və Qərb Ukraynaya nüvə silahından imtina müqabilində ona təhlükəsizlik, toxunmazlıq qarantiyası verməmişdimi?! Elə, rus sülhməraləları Qarabağda da öhdəlikərinin tam əksinə gedirlər və cənab prezident İlham Əliyev də buna qəti etirazını bildirməmişdimi?! Ruslarla danışığın su üzərində yazıya mütanasibliyi elmi aksiomadır və bunu mən kəşf etməmişəm.
Nə isə - qiyena tələdərir, onu tələdən çıxarmağa çalışanların istəyi baş tutarsa həmin şəxslər uzağı Şirxanın yanında çaqqal vəzifəsinə ümid edə bilərlər. Şirxanı da quyruğuna bağlanmış Ukrayna alovu məhv edəcək, bunu bilsəniz yaxşıdır.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
02.03.2022
Комментариев нет:
Отправить комментарий