Putinin Ukrayna avantiyurasının
təhrikçisi sözsüz ki, ilk növbədə Rusiya adlı dövlətin tarixi işğalçılıq
mahiyyətidir. Qərb Rusiyanın işğalçılıq, Putinin isə "bandit"
xüsusiyərlərindən istifadə edərək Rusiyanı illərlə hazırlanmış Ukrayna tələsinə
çəkə bildi və hansı ki, Rusiyanın bu tələdən salamat çıxması qeyri mümkündür.
Putini Ukrayna tələsinə
şirnikləndirən onun cavabsız və cəzasız qalan əsas üç uğurlu hərbi-siyasi
müdaxiləsi və təcavüzüdür.
Əvvəlcə Rusiya tərəfindən Krımın
ilhaqı, ardınca Doneçck və Luqansk vilayətlərin işğalı, sonra Belarusiyada
prezident seçkilərində qalib gəlmiş Tixanovskayanı devirərək Lukaşenkonu
hakimiyyətə qaytarması və ən nəhayət Qazaxıstanda faktiki dövlət çevrilişi
edərək Nursultan Nazarbayevin real hakimiyyətdən uzaqlaşdırılması Putinə
"ona hər şey olar" illüziyası yaratdı.
Qazaxıstanda yanvar çevrilişi ilə
Putin əslində Böyük Turan ideyasına zərbə vurmaq niyyətində idi. Böyük Turan ideyasının
əsas simalarından olan, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin
faktiki Qazaxıstan hakimiyyətdən uzaqlaşdırılması sözsüz ki, Rusiyanın
maraqlarının təmin edilməsi idi. Rus dilindən imtina, latın qrafikasına keçid,
ölkədə Türkiyənin təsirinin və Turançılıq ideyasının reallaşmasını təbii ki,
Putini Qazaxıstanda prezident Tokayevin xəyanəti ilə Nursultan Nazarbayev
uzaqlaşdırılması ilə əngələmək olardı. Putin Qazaxıstanda istəyinə nail olaraq
Ərdoğanı bir addım qabaqlamış oldu.
Cənab Ərdoğan isə Putinin bu
gedişinə Ukrayna cəbhəsi ilə mükəmməl cavab verə bildi. Dünyaya hərbi gücü ilə
meydan oxuyan Rusiya rəzil gününə salındı, rüsvay edildi. Təkcə bir fakt:
Rusiya sərhəddindən Ukrayna paytaxtı Kiyevə qədər uzanan 64 km uzunluqda olan
Rusiyanın hərbi kolonu Türkiyənin Bayraktarları ilə qara metalloma çevrildi.
Kiyevi 12 saata tutacağını sinəsinə dötərək Makrona hədə gələn Putin 20 günə
bir dənə də olsun Ukraynanın böyük şəhərini işğal edə bilmədi.
13000 işğalçı əsgər itkisi verən,
ordu gücünün 90%-ni itirən Rusiya və Putin çarəsiz, rəzil günə düşərək biabır
oldu. Çinin Rusiyaya hərbi yardım etməkdən imtuna etməsi, KTMT üzvlərinin
müharibəyə qoşulmaması Putini məğlubiyyətlə üz-üzə qoyub. Rusiyanın Ukrayna
təcavüzünü davam etdirməsinə nə hərbi gücü, nə də iqtisadi imkanları qalmayıb.
Müharibə davam edərsə deməli, Putin hakimiyyətinin sonu, Rusiyanın isə
dağılması daha tez baş tutacaq.
Antaliyada Nursultan Nazarbayevin
ən yüksək səviyyədə qəbul edilməsi, ardınca Putinin Ərdoğanla telefon
danışığından sonra Putinin Ukrayna prezidenti Zelenski ilə görüşməyə hazır
olduğunu bildirib. Bu isə o deməkdir ki, müharibə dayandırıla, Rusiyanın
rüsvayçı məğlubiyyəti maskalana bilər, Putinə siyasi-diplomatik manevr
imkanları verilməklə Putinin hakimiyyətinin surətli sonluğunu müəyyən müddətə
saxlamaq olar.
Ərdoğan bu şansı Putinə niyə və
hansı şərtlərlə verir ki? Təbii ki, danışıqlar və şərtlər haqda müxtəlif
təxminlər etmək olar. Düşünürəm ki, Şuşa Bəyannaməsini nəzərə alsaq
Azərbaycanının Xankəndi və ətraf ərazilərdə suverenliyinin təmin edilməsi,
erməni silahlıların çıxarılması, Laçın dəhlizinin Azərbaycanın qanuni
nəzarətinə keçməsi, rus "sülhməramlılarının" çıxarılması kimi şərtlər
həmin şansın qarşı tərəzi gözündə çəkiyə malikdir.
Ərdoğan Nazarbəyovu yüksək səviyyədə
qəbul etdikdən dərhal sonra Qazaxıstanda hakimiyyəti əlində cəmləmiş Tokayev
Nursultan Nazarbayevin qardaşı oğlunu korrupsiya ittihamı ilə həbs etdirdi.
Tokayev Ərdoğan Putin razılaşmasından narahat qalıbsa deməli, həmin
"şansın" tərəzi gözündə Qazaxıstan və Tokayev məsələsi də var. Məsələ
ilə bağlı Türkmənistanda prezident seçkilərində Qurbanqulu Berdiməhəmədov
hakimiyyəti oğlu, turançı ideyasının aşiqlərindən biri sayılan Sərdar
Berdiməhəmədova ötürməsi xoş xəbərlərdəndir.
Putinə xilas olmaq şansının
verilməsi heç də "havayı" deyil. Müzakirə edilən məsələlər bu gün
ortaya çıxmış problemlər deyil və təbii ki, 2-ci dünya müharibəsindən sonra
yeni dünya düzəni, siyasi xəritəsi çəkilir. Müttəfiqlərlər, hədəflər də müəyyən
edilib. Böyük Britaniya, Türkiyə, Azərbaycan, İsrail bir təfəfin əsas
oyunçularıdır. Dünyanın bölüşdürülməsi məsələsi ilə bağlı 2021-ci ildə çap
edilmiş "Bizim tarix" adlı kitabımda bəhs etmişəm.
Odur ki, proseslər müəyyən
ssenari üzrə inkişaf edir edir və sevindirici hal ondadır ki, tarix Azərbaycana
öz keçmiş əzəmətini qaytarmaq şansı verir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
15.03.2022
Комментариев нет:
Отправить комментарий