Поиск по этому сайту

среда, 9 марта 2022 г.

RUS ORDUSU DAHA NƏ ETMƏLİDİR Kİ, RÜSVAY OLMASIN?

 


Rusiyanın bu müharibədə dönüş edəcəyi heç də mümkün deyil. Biabırçı şəkildə məhv edilmiş rus hərb maşını rekonstruksiya edilsə belə XXI-ci əsrin müharibəsinə yararsızdı. Orduda ruh düşkünlüyü o səviyyədir ki, bu ordu Əfqanıstanda hakimiyyəti Taliblərə xonçada verən ordudan da çarəsizdir. Yəni ki, rus əsgərini döyüşdürən o his, ruh məhv edilib, ölüb və dirilən deyil. Müharibəni isə aparan silah yox, əsgərdir - rus əsgəri isə döyüşmək istəmir, həm də bacarmır.

 

Vəziyyət Rusiya üçün daha da ağırlaşacaq, ancaq Rusiya dayana bilmir baxmayaraq ki, Rusiya danışıqlar prosesi ilə formal razılaşmalarla müharibəni dayandırmağı istəyir ki, rüsvayçı məğlubiyyətinə don geyindirə bilsin. Qərb müharibənin dayanmasına heç bir halda imkan vermək istəmir və göründüyü kimi, Ukrayna danışıqlarda güzəştsiz mövqe ilə Rusiyanı çıxılmaz vəziyyətə, dalana dirəyib. Ukrayna xalqı özünə inamı ilə ilə Luqanski, Doneçskini və ən əsası da Krımı qaytarmaq istəyi ilə məğrurcasına vuruşur, Qərb isə əslundə Ukraynanın qələbəsinə yox, Rusiyanın məhvinə çalışır. Ukraynaya açıq və gizli maddi və hərbi yardım artırılır.

 

Müharubənin ikinci mərhələsində fiziki toqquşmanın Rusiya ərazisinə keçirilməsi də real mümkün variantdır. Proseslər onu göstərir ki, müharibəni Rusiya ərazisinə keçirilməklə və rus xalqına müharibə reallıqları yaşatmaqla siyasi məqsədlər hədəf götürülüb. Rusiya bunu anlayır, ancaq müharubəni bir tərəfli qayda da dayandırdığı halda məğlubiyyətini etiraf etmiş olur. Putin su üçün çəkilmiş arxdan kənara çıxa bilmir. Bu isə nə inki Putin hakimiyyətinin sonu, Rusiyanın öz sonu deməkdir.

 


Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas 08.03.2022

#StopRussianAggression #StandWithUkraine #Ukraine #stoprussia #Europe #україна #війна #кордон #война #килия #putin #millicebhepartiyasi #одеська_область #Зміїний #moskva #kreml

#ukraine

 

Комментариев нет:

Отправить комментарий