Sözsüz ki,
Putinin "nüvə hazırlığı" əmri qorxunc ssenariləri mümkün edir. Ancaq
ki, Putinə nüvə silahından istifadə etməyə elə onun öz ətrafı imkan verməyəcək.
Əgər Putin buna cəhd göstərərsə təbii ki, devriləcək və həbs olunacaq. Odur ki,
Putinin nüvə silahını tətbiq edəcəyi mümkünsüzdür. Bu qənaətimin əsaslı
dəlilləri var, ancaq əsas və dəlillər haqqında yazmadım, nüvə silahının tətbiq
edilməyəcəyi haqqında qənaətimi qeyd etdim. Bəli, Putin adekvat insan deyil və
bunu ətrafı da bilir. Məhz ona görə də Putinə bu imkan verklməyəcək.
Yeri gəlmişkən,
ABŞ-ın sabiq prezidenti Barak Obamanın "Vəd edilmiş torpaqlar" adlı
kitabında Rusiya prezidenti Vladimir Putinin şəxsiyyətini dəqiq təsvir edib. O,
Putini "əində nüvə silahı və BMT TŞ-nın"veto" hüququ olan küçə
banditi" adlandırıb.
Putin erası
bitib, Rusiyanın parçalanması isə geriyədönməz proses alıb. 2019, 2021-ci
illərdə nəşr olunmuş kitablarımda Rusiyanın aqibəti, parçalanmasının mütləq
proses olacağını və buna səbəb isə Rusiyanın özü olacağını göstərmişəm.
Bəli, rahat
nəfəs almaq imkanımız olmasa da, Putinin nüvə silahı tətbiqinə elə öz komandası
tərəfindən imkan verilməyəcək. Ancaq Rusiya ilə bağlı proseslər dünyada sürətli
siyasi dəyişiliklərə səbəb olacaq. Əsasən də bu dəyişiliklər keçmiş SSRİ-i
ərazisində daha sürətli axınla müşahidə olunacaq.
Tarix insan
siviliziyasına yeni era açır hansı ki, orada Rusiya adlı varlığa yer görünmür.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
hüquqşünas
27.02.2022
Слава Украине!
Комментариев нет:
Отправить комментарий