Rusiyanın
Ukrayna təcavüzünün ümumi hərbi və siyasi nəticələri açıq şəkildə əksər
hallarda düzdün təsvir edilir. Sözsüz ki, Rusiya üçün Ukrayna tələsi Rusiyanın
işğalçılıq mahiyyəti və Putinin şəxsi xüsusiyyətlərinə uyğun hazırlanıb və
təbii ki, bu tələdən Rusiyanın salamat çıxmasına imkan verilməyəcək. Bu barədə
hələ müharibədən əvvələr dəfələrlə yazmışam, çıxış etmişəm. Mübahisəsiz və
mübağiləsiz bir cümlə ilə qeyd edim ki, Rusiya adlı bir dövlətin dövrü bitib və
Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu mümkün deyil.
Sözsüz ki, bu
proses böyük olmayan bir zaman daxilində baş verəcək və proseslər artıq
geriyədönməz axarındadır. Rusiya Ukrayna müharibəsindən sonra dünyanın
mənzərəsi, SSRİ-nin dağılmasından sonra yaranmış beynəlxalq vəziyyətdən də
siyasi baxımdan mürəkkəb olacaq.
Bəs, Putinin öz
şəxsi taleyi necə olacaq? Bu suala cavab verəcək və ya proqnozlar irəli sürə
biləcək şəxslər ehtiyatı davranmaqla gözləmə mövqeyindədirlər. Şəxsimə gəldikdə
isə, qənaətim belədir.
Əvvəla, ruslar
özü Rusiyanın indi düşdüyü rüsvayçı aqibətinə, Ukraynada biabırçı
məğlubiyyətinə görə Putini heç bir halda bağışlayan deyil. Putinun şəxsi üçün
əsas təhlükə xaricdən yox, məhz daxildəndir və Putin də bynu gözəl anlayır. Rus
generalların müharibə etməkdən imtinası, əhalinin müharubəyə qarşı çıxması, rus
ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin kütləvi etirazı və ölkəni
tərk etməsi əlbəttə ki, Putini Rusiya hakimiyyətinin başında qalmasını
mümkünsüz edib. Rusiya da daxil olmaqla dünyanı nüvə müharibəsi ilə məhv
astanasına gətirmiş Putin artıq adekvat insan çərçivəsundən çox uzaqlaşıb.
Kiyevi 12 saata
tutacağı ilə öyünən Putin bir aya yaxındır ki, Kiyevə girməyə cəhd edir.
Aristoviçin dediyi kimi, ruslar Kiyevə girə bilər, ancaq çıxa bilməzlər. 15 min
əsgər itkisi verən, ordu gücün və umumi hərbi texnikasının 90%-ni itirmiş
Rusiya eyni zamanda Ukraynada hərbi cinayətlər törədir, qadağan edilmiş
silahlardan istifadə edir, kütləvi sivil əhalini qətlə yetirir, infrastrukturu dağıdır,
yerli əhalini girov götürərək Rusiya ərazisinə məcburi köçürür və sair
insanlığa qarşı cinayətlər törədilir.
Putin nəyin
bahasına olursa-olsun məğlubiyyətini gizlətməyə çalışır, müharibəni mənasız
uzadır və bunu qəbul edə bilmir ki, artıq məğlub olub və hətta bundan sonra
müəyyən hərbi qələbə qazansa belə məğlub olan məhz Rusiyadır. Putin, ən
dəhşətlisi isə iki yaxın xalqı bir-birinə qanlı düşmənə çevirməklə Rusiyaya
tarixin ən böyük zərbəsini vurub çünki, rus dövlətçilyi, hegemonluğu məhz
Ukrayna ilə birlikdən keçib. Putin bu genetik birliyi məhv etdi.
Dünyanın Rusiya
qarşı iqtisadi, diplomatik sanksiyaları misli görünməmiş səviyyədədir. Bu
tədbirlər nəticəsində Rusiya iqtisadiyyatı ən azı 20-30 il geri düşüb, rus
rublu ölü və dəyərsiz hala salınıb və proses daha acınacaqlı istiqamətdə
inkişaf edir.
Qısa olaraq
qənaətim belədir ki, ruslar Rusiyanın aqibətinə görə (Qərbin Ukrayna tələsinin
məqsədi Rusiyanı dağıtmaqdır), dünya isə müharibə cinayətlərinə görə Putinə
onun özünün layiq olduğu cəzanı verəcəkdir. Putinin mühakimə edilməsi, onun
üçün nisbətən yaxşı taleh ola bilər hansı ki, Putinin mühakiməsi həm Rusiya
daxilində rusların özü tərəfindən, pis halda isə beynəlxalq tribunada keçirilə
bilər. Hərçənd ki, Vladimir Putinin mühakimə mərhələsinə çıxmacağına imkanının
olacağı inandırıcı görünmür.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
politoloq.
22.03.2022
Комментариев нет:
Отправить комментарий