Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Rusiya dövlət televiziya kanalında Olqa Skabayeva və Yevgeni Popovun təbliğatçı "60 dəqiqə" verlişində Azərbaycan ordusunun Fərrux dağında və eyni adlı kəndində möhkəmlənməsinə:
“Azərbaycanlılar açıq şəkildə sülhü
pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi
şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu,
Amerika və Türk aqressiya siyasətidir və Türkiyənin dövlət adlanırdığımız
əlaltılarının davranışları bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft
sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat
hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu
etməsək, biz olmayacağıq” kimi sərsəm münasibət bildirib.
Rusiya prezidentinin sözçüsü
Dmitri Peskov: "Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin
Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin
mövqeyinə uyğun deyil. Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun
deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla
bağlıdır”- deyə bildirib.
Deputat Delyaqin özü də
dediklərinə görə Azəbaycan xalqından üzr istəyib.
Əvvəla, Peskovun açıqlaması,
Delyaqinin üzrxahlığı mahiyyətcə diplomatik riyakarlıqdır ona görə ki, deputat
Delyaqin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) elmi mərkəzinin üzvü, Dövlət
Dumasının komitə sədrinin müavinidir yəni, Rusiya dövlətinin nümayəndəsi kimi
rəsmi şəxsdir. Bu isə o deməkdir ki, Delyaqin bilikli, təcrübəli rəsmi şəxs
kimi, Azərbaycan barəsində belə sərsəm açıqlamaları təsadüfən verə bilməzdi və
sözsüz ki, TŞ-nın məsul əməkdaşı kimi bunu özbaşına etmək iqtidarında deyil və
həm də Rusiyanın dövlət kanalında.
Sözsüz ki, Rusiya hakimiyyəti
deputat Delyaqinin dili ilə Azərbaycana apardığı müstəqil siyasətə görə
narahatçılıq keçirdiyini büruzə və həm də etiraf edir. Eyni zamanda da bu həm
də onu göstərir ki, Rusiya Azərbaycanın nəinki regionda dünyada artan
nüfuzundan bərk-bərk ehtiyat edir. Deputat Delyaqinin sərsəm açıqlaması,
Ukrayna prezidenti Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək
verdiyi siyasi dəstək, göstərdiyi köməyə təşəkkürünü bildirəndən və rus
"sülhməramlılarının" Qarabağ iqtisadi zonasında Fərrux əməliyyatına
görə Rusiya Müdafiə Nazirliyinin yalanını ifşa etdikdən və geri çəkilməyə
məcbur qoyduğundan sonra deputat Delyaqinin sərsəm açıqlaması şübhəsiz ki, onun
özünün yox Rusiya dövlətinin işğalçı mahiyyətinə uyğun reaksiyası idi.
Hər şey gün kimi aydındır. Rusiya
uğursuzluğa yuvarlandıqca, nüfuzdan düşdükcə daha da aqresivləşəcək, hikkəsinə
sahib ola bilməyəcək, hədə-qorxu ritorikasının həddi-səddi olmayacaq.
O ki, qaldı Delyaqinin
təhdidlərinə, ümumiyyətlə Azərbaycan xalqı, dövləti Rusiya tərəfindən
təhdidlərə vərdişkardır və əvvəllər belə təhdidlər müəyyən effekt versə də, son
dövürdə rus təhdidinin, basqısının heç bir təsir qüvvəsi yoxdur. Aprel
göyüşləri, Günnük əməliyyatı, Tovuz döyüşləri, 44 günlük müharibə, Qənimətlər
Parkı, Fərrux əməliyyatı və davam edən Rusiyanın Ukraynadakı aqibəti onu sübut
edir ki, rusun özünü müdafiə edən lazımdır, Rusiya o gündədir ki, Ermənistanın
4 qırıcısına möhtac qalıb, bu birincisi.
İkincisi, Rusiyanın üstümüzə
gələcəyi varsa, əlimizdən yeni görəcəyi də var.
Üçüncüsü, Azərbaycanın Türkiyə,
Pakistan, İsrail, Böyük Britaniya kimi real və etibarlı müttəfiqləri, Rusiyanın
isə Suriya, Belorusiya, Ermənistan kimi çarəsiz əl çalanları var.
Kiyevi 12 saata tutacağı ilə
hədələyən və 64 km uzunluqda hərbi kalonla Kiyevə yol tutan Rusiyanın 35 gündü
nə yolu bitir, nə də o kalonu tapılır. Delyaqin kimilərə Bakıda Qənimətlər
Parkını bir dəfə görmək kifayət edir ki, bir daha Azərbaycana "kosa"
baxmasın.
Allah Azərbaycan dövlətini
qorusun, ordumuz həmişə müzəffər, xalqımız daima qalib olsun inşəAllah.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas.
29.03.2022
Комментариев нет:
Отправить комментарий