Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Поиск по этому сайту
среда, 30 марта 2022 г.
31 Mart soyqrımı - tarixin yaddaşı
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Rusiya, sənin özünü qoruyan lazımdı, sən kimə hədə gəlirsən?
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Rusiya dövlət televiziya kanalında Olqa Skabayeva və Yevgeni Popovun təbliğatçı "60 dəqiqə" verlişində Azərbaycan ordusunun Fərrux dağında və eyni adlı kəndində möhkəmlənməsinə:
“Azərbaycanlılar açıq şəkildə sülhü
pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi
şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu,
Amerika və Türk aqressiya siyasətidir və Türkiyənin dövlət adlanırdığımız
əlaltılarının davranışları bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft
sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat
hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu
etməsək, biz olmayacağıq” kimi sərsəm münasibət bildirib.
Rusiya prezidentinin sözçüsü
Dmitri Peskov: "Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin
Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin
mövqeyinə uyğun deyil. Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun
deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla
bağlıdır”- deyə bildirib.
Deputat Delyaqin özü də
dediklərinə görə Azəbaycan xalqından üzr istəyib.
Əvvəla, Peskovun açıqlaması,
Delyaqinin üzrxahlığı mahiyyətcə diplomatik riyakarlıqdır ona görə ki, deputat
Delyaqin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) elmi mərkəzinin üzvü, Dövlət
Dumasının komitə sədrinin müavinidir yəni, Rusiya dövlətinin nümayəndəsi kimi
rəsmi şəxsdir. Bu isə o deməkdir ki, Delyaqin bilikli, təcrübəli rəsmi şəxs
kimi, Azərbaycan barəsində belə sərsəm açıqlamaları təsadüfən verə bilməzdi və
sözsüz ki, TŞ-nın məsul əməkdaşı kimi bunu özbaşına etmək iqtidarında deyil və
həm də Rusiyanın dövlət kanalında.
Sözsüz ki, Rusiya hakimiyyəti
deputat Delyaqinin dili ilə Azərbaycana apardığı müstəqil siyasətə görə
narahatçılıq keçirdiyini büruzə və həm də etiraf edir. Eyni zamanda da bu həm
də onu göstərir ki, Rusiya Azərbaycanın nəinki regionda dünyada artan
nüfuzundan bərk-bərk ehtiyat edir. Deputat Delyaqinin sərsəm açıqlaması,
Ukrayna prezidenti Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək
verdiyi siyasi dəstək, göstərdiyi köməyə təşəkkürünü bildirəndən və rus
"sülhməramlılarının" Qarabağ iqtisadi zonasında Fərrux əməliyyatına
görə Rusiya Müdafiə Nazirliyinin yalanını ifşa etdikdən və geri çəkilməyə
məcbur qoyduğundan sonra deputat Delyaqinin sərsəm açıqlaması şübhəsiz ki, onun
özünün yox Rusiya dövlətinin işğalçı mahiyyətinə uyğun reaksiyası idi.
Hər şey gün kimi aydındır. Rusiya
uğursuzluğa yuvarlandıqca, nüfuzdan düşdükcə daha da aqresivləşəcək, hikkəsinə
sahib ola bilməyəcək, hədə-qorxu ritorikasının həddi-səddi olmayacaq.
O ki, qaldı Delyaqinin
təhdidlərinə, ümumiyyətlə Azərbaycan xalqı, dövləti Rusiya tərəfindən
təhdidlərə vərdişkardır və əvvəllər belə təhdidlər müəyyən effekt versə də, son
dövürdə rus təhdidinin, basqısının heç bir təsir qüvvəsi yoxdur. Aprel
göyüşləri, Günnük əməliyyatı, Tovuz döyüşləri, 44 günlük müharibə, Qənimətlər
Parkı, Fərrux əməliyyatı və davam edən Rusiyanın Ukraynadakı aqibəti onu sübut
edir ki, rusun özünü müdafiə edən lazımdır, Rusiya o gündədir ki, Ermənistanın
4 qırıcısına möhtac qalıb, bu birincisi.
İkincisi, Rusiyanın üstümüzə
gələcəyi varsa, əlimizdən yeni görəcəyi də var.
Üçüncüsü, Azərbaycanın Türkiyə,
Pakistan, İsrail, Böyük Britaniya kimi real və etibarlı müttəfiqləri, Rusiyanın
isə Suriya, Belorusiya, Ermənistan kimi çarəsiz əl çalanları var.
Kiyevi 12 saata tutacağı ilə
hədələyən və 64 km uzunluqda hərbi kalonla Kiyevə yol tutan Rusiyanın 35 gündü
nə yolu bitir, nə də o kalonu tapılır. Delyaqin kimilərə Bakıda Qənimətlər
Parkını bir dəfə görmək kifayət edir ki, bir daha Azərbaycana "kosa"
baxmasın.
Allah Azərbaycan dövlətini
qorusun, ordumuz həmişə müzəffər, xalqımız daima qalib olsun inşəAllah.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas.
29.03.2022
Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdırmı?
Son günlər Xankəndində və ətraf
ərazilərdə baş verən məlum proseslər və Azərbaycan ordusunun dislokasiya
məntəqələrinin yerdətişməsi fonunda belə Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin bağlanmasına dair müzakirələr səngimir.
Əvvəllər də qeyd etdiyim kimi, şəxsimdə
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda
bağlanmasının əleyhinəyəm . Gələcək geosiyasi proseslərsən asılı olaraq əsas
hədəflərimizə çatmaq üçün ümumən Ermənistanla sülh müqaviləsinin bağlanmasından
tam imtina da etmək olar.
Fikirlərimi izah etmək üçün
əvvəla qeyd edim ki, dövlətimizin Ermənistanla sülh müqaviləsinin mümkünlüyünün
müzakirə edilməsi prosesi düzgün strategiya və siyasi gedişdir. Sülh
müqaviləsinin bağlanması prosesinin mümkün qədər çox uzadılması əslində
Azərbaycan böyük hədəflərinə çatmaq imkanını qoruyur.
Birinci ən vacib şərt, əgər
Azərbaycan Ermənistan arasında mümkün sülh müqaviləsinin müzakirəsi konkret
tarixindən asılı olmayaraq SSRİ dövrünə aid xəritlərə uyğun aparılırsa, bu
Azərbaycanın maraqlarına uyğun deyil ona görə ki, bu SSRİ dövründə Azərbaycanın
Zəngəzur da daxil olmaqla digər əraziləri Azərbaycanın razılığı və imzası
olmadan Rusiya hakimiyyəti tərəfindən Ermənistana qanunsuz verilmiş-bəxşiş
edilmiş 10 minlərlə kv.km ərazilərimizdən imtina etmək deməkdir və həmin
ərazilərimizin Ermənistana verilməsini rəsmən qanuniləşdirmiş oluruq.
İkincisi, bəzi analitiklərin
fikrincə, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin boğulması
deməkdir. Təbii ki, belədir, ancaq çox təəssüf ki, Ermənistanla sülh müqaviləsi
Qarabağda separatizmin yaradıcısı və moderatoru Rusiyanı istəyindən çəkindirici
hüquqi vasitə ola bilməz. Ermənistan faktiki Rusiyanın nəzarətində olsa da
Ermənistanla sülh müqaviləsi Ermənistana aiddir, Rusiyaya yox, nə də Fransaya,
ABŞ-a, İrana yox hərçənd ki, Qarabağda yaşayan ermənilər istənilən dövlət və
qrup tərəfindən separatizm havasına oynadıla bilər. Digər tərəfdən İranla
normallaşan münadibərlərimiz İran-fars xislətini dəyişdirmək gücündə deyil.
Fransa, ABŞ və sair bəzi dövlətlər haqqında artıq sözə ehtiyac yoxdur. Yəni ki,
Ermənistanla sülh müqaviləsi Qarabağda erməni separatizmin sonu demək deyil.
Tarixin elə bir dövrüdür ki,
Azərbaycanın daha böyük hədəfləri üçün real imkanlar yaranıb hansı ki, xalqlara
belə imkanlar əsrlər boyu nəsib olmur.
Rusiya işğalçılıq mahiyyət və
xarakterinə uyğun illərlə hazırlanmış Ukrayna tələsinə salındı və Rusiyanın
məhvi geriyədönməz proses alıb. Təbii ki, ən azı Rusiyanın zəifləməsindən
sonra, erməni probleminin tamam ilə həlli də o qədər asanlaşacaq.
Rusiya ilə Qərbin
"hesabı" bitənədək və yaxud Azərbaycan üçün daha da əlverişli şərait
yarananadək, Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsinin siyasi gündəmdə
saxlamaq daha düzgündür. 1920-ci il Paris Sülh Konfransı tərəfindən tanınmış
Azərbaycan və Ermənistan sərhədləri daxilində sülh müqaviləsini bağlanması həm
mümkün, həm də ədalətli olardı.
Azərbaycan dövləti, xalqı siyasi
əxlaq, diplomatik mədəniyyət sahibi və sözünün ağası kimi, tarixdə özünə məxsus
nüfuzu ilə tanınır. Bu yerdə Cənab prezident İlham Əliyevin "sözümüz
imzamız kimi etibarlıdır" kəlməsini qeyd etmək lap yerinə düşər və hansı
ki, xalqımızın mənəviyyatının, dövlətimizin dürüstlüyünün göstərcisidir. İndiki
şəraitdə, əgər Azərbaycan SSRİ dövrünə uyğun sərhədlər daxilində Ermənistanla
sülh müqaviləsi bağlayarsa, gəkəcəkdə geosiyasi şərait əsaslı şəkildə
Azərbaycanın xeyrinə dəyişsə də belə, SSRİ dövründə qanunsuz verilmiş
ərazilərimizi geri qaytarmaq siyasi, hüquqi və eləcə də mənəvi çətinliklər
yarada bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında tələsik sülh
müüaviləsinin bağlanmasın əleyhinə, danışıqların isə aramla, səbrlə
aparılmasının leyhinəyəm.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
29.03.2022
Azərbaycanı nə ABŞ, nə Fransa, nə də Rusiya durdura bilməz!
Rusiyanın "Dağlıq Qarabağ"
ifadəsindən istifadə etməsi və Azərbaycan Ordusunun dislokasiya yerlərinin və
mövqelərinin yerdəyişməsinə etirazı başlanan prosesi dayandıra bilməz. Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə nazirliyinə məlum
açıqlamasına görə yerini göstərməsi də elə bunun sübutudur.
Digər tərəfdən, Rusiya nümayəndə
heyyətinin Azərbaycan Ordusunun Qərargah rəisi Kərim Vəliyevlə görüşərək erməni
silahlılarının çıxarılmasının müzakirə etməsi, Ukraynada məğlub rus müdafiə
naziri Serqey Şoyqunun Qalib Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla
telefon danışığı, "Azərqaz"ın Xankəndinin qazla təmin edəcəyi barədə
açıqlaması, Fərrux dağının və ətraf ərazilərin erməni silahlılardan
təmizlənməsi ona sübutdur ki, Azərbaycan bütün hədəflərinə və məqsədlərinə
inamla irəlləyir və məqsədimizə çatmağa heç kim mane ola bilməz.
Başqa bir məqam da ondan
ibarətdir ki, Rusiya Ukraynada məğlub edildiyindən Putin hakimiyyəti əsaslı laxlamış
və Rusiyanın parçalanmasının real prosesi başlandığı bir zamanda, bütün
dünyadan təcrid edilmiş, təklənmiş və iqtisadiyadı məhv edilmiş halda,
Rusiya-Putin ümid və nəfəslik yeri Türkiyə və Azərbaycanla münasibətləri
korlamaq istəməz və təbii ki, Azərbaycanın istəklərinə qarşı çıxmaq heç də
Rusiya üçün müsbət nəticələr verə bilməz hərçənd ki, 10 noyabr 2020, 22 fevral
2022 Moskva bəyanatları Azərbaycan üçün bu əməliyyatları keçirə biləcəyini
labüd edir.
Rusiya Ermənistan və Azərbaycan
arasında münasibətlərin normallaşmasını öz maraqlarına zidd hesab edir və
Qarabağ məsələsinin tam həllini istəməsə də ondan, yəni Rusiyanın iradəsindən
asılı olmayan siyasi şərait və hərbi reallığa görə proseslərə istədiyi kimi
müdaxilə imkanından məhrumdur. Bu fonda Rusiya Azərbaycana öz loyall münasibəti
görünüşünü yaratmaq üçün formal razılığını verməyə məcbur duruma düşüb.
O ki, qaldı ABŞ-a, Fransaya və
digərlərinə, Qərbin Rusiya ilə faktikil müharibəsi şəraitində, Avropanın enerji
və iqtisadi təhlükəsizliyinin təminatı üçün real imkana, infrastruktura malik
Azərbaycanın önəmini inanılmaz səviyyədə artırıb. Nəzərə alsaq ki, 22 fevral
2022-ci il Moskva bəyannaməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyi
məsələsində də çəkindirici hal ola bilər. Odur ki, Qərb o cümlədən ABŞ və
Fransa da çətin ki, formal narazılıqdan o tərəfə keçsin. Geosiyasi vəziyyət o
səviyyədədir ki, nə ABŞ, nə Fransa, nə də Rusiya Azərbaycanı öz maraqlarının
təminindən çəkindirə bilməz.
Dünya da baş verən proseslər
Rusiyanın özünü yemə çevirib və sözsüz ki, Rusiya və Putin əsl həqiqətdə öz
haylarında və biabırçı aqibətlərinin sonluğunu əngələmək yollarının
axtarışındadır.
Qısaca qənaət ondan ibarətdir ki,
Azərbaycan daha böyük hədəflərə çatmaq üçün hərəkətə keçib nəinki, Xankədi və
ətraf ərazilər. Bu işdə tarixin özü Azərbaycana müttəfiqdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
27.03.2022
среда, 23 марта 2022 г.
вторник, 22 марта 2022 г.
Müharibədən sonra Rusiya və Putin...
Rusiyanın
Ukrayna təcavüzünün ümumi hərbi və siyasi nəticələri açıq şəkildə əksər
hallarda düzdün təsvir edilir. Sözsüz ki, Rusiya üçün Ukrayna tələsi Rusiyanın
işğalçılıq mahiyyəti və Putinin şəxsi xüsusiyyətlərinə uyğun hazırlanıb və
təbii ki, bu tələdən Rusiyanın salamat çıxmasına imkan verilməyəcək. Bu barədə
hələ müharibədən əvvələr dəfələrlə yazmışam, çıxış etmişəm. Mübahisəsiz və
mübağiləsiz bir cümlə ilə qeyd edim ki, Rusiya adlı bir dövlətin dövrü bitib və
Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu mümkün deyil.
Sözsüz ki, bu
proses böyük olmayan bir zaman daxilində baş verəcək və proseslər artıq
geriyədönməz axarındadır. Rusiya Ukrayna müharibəsindən sonra dünyanın
mənzərəsi, SSRİ-nin dağılmasından sonra yaranmış beynəlxalq vəziyyətdən də
siyasi baxımdan mürəkkəb olacaq.
Bəs, Putinin öz
şəxsi taleyi necə olacaq? Bu suala cavab verəcək və ya proqnozlar irəli sürə
biləcək şəxslər ehtiyatı davranmaqla gözləmə mövqeyindədirlər. Şəxsimə gəldikdə
isə, qənaətim belədir.
Əvvəla, ruslar
özü Rusiyanın indi düşdüyü rüsvayçı aqibətinə, Ukraynada biabırçı
məğlubiyyətinə görə Putini heç bir halda bağışlayan deyil. Putinun şəxsi üçün
əsas təhlükə xaricdən yox, məhz daxildəndir və Putin də bynu gözəl anlayır. Rus
generalların müharibə etməkdən imtinası, əhalinin müharubəyə qarşı çıxması, rus
ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin kütləvi etirazı və ölkəni
tərk etməsi əlbəttə ki, Putini Rusiya hakimiyyətinin başında qalmasını
mümkünsüz edib. Rusiya da daxil olmaqla dünyanı nüvə müharibəsi ilə məhv
astanasına gətirmiş Putin artıq adekvat insan çərçivəsundən çox uzaqlaşıb.
Kiyevi 12 saata
tutacağı ilə öyünən Putin bir aya yaxındır ki, Kiyevə girməyə cəhd edir.
Aristoviçin dediyi kimi, ruslar Kiyevə girə bilər, ancaq çıxa bilməzlər. 15 min
əsgər itkisi verən, ordu gücün və umumi hərbi texnikasının 90%-ni itirmiş
Rusiya eyni zamanda Ukraynada hərbi cinayətlər törədir, qadağan edilmiş
silahlardan istifadə edir, kütləvi sivil əhalini qətlə yetirir, infrastrukturu dağıdır,
yerli əhalini girov götürərək Rusiya ərazisinə məcburi köçürür və sair
insanlığa qarşı cinayətlər törədilir.
Putin nəyin
bahasına olursa-olsun məğlubiyyətini gizlətməyə çalışır, müharibəni mənasız
uzadır və bunu qəbul edə bilmir ki, artıq məğlub olub və hətta bundan sonra
müəyyən hərbi qələbə qazansa belə məğlub olan məhz Rusiyadır. Putin, ən
dəhşətlisi isə iki yaxın xalqı bir-birinə qanlı düşmənə çevirməklə Rusiyaya
tarixin ən böyük zərbəsini vurub çünki, rus dövlətçilyi, hegemonluğu məhz
Ukrayna ilə birlikdən keçib. Putin bu genetik birliyi məhv etdi.
Dünyanın Rusiya
qarşı iqtisadi, diplomatik sanksiyaları misli görünməmiş səviyyədədir. Bu
tədbirlər nəticəsində Rusiya iqtisadiyyatı ən azı 20-30 il geri düşüb, rus
rublu ölü və dəyərsiz hala salınıb və proses daha acınacaqlı istiqamətdə
inkişaf edir.
Qısa olaraq
qənaətim belədir ki, ruslar Rusiyanın aqibətinə görə (Qərbin Ukrayna tələsinin
məqsədi Rusiyanı dağıtmaqdır), dünya isə müharibə cinayətlərinə görə Putinə
onun özünün layiq olduğu cəzanı verəcəkdir. Putinin mühakimə edilməsi, onun
üçün nisbətən yaxşı taleh ola bilər hansı ki, Putinin mühakiməsi həm Rusiya
daxilində rusların özü tərəfindən, pis halda isə beynəlxalq tribunada keçirilə
bilər. Hərçənd ki, Vladimir Putinin mühakimə mərhələsinə çıxmacağına imkanının
olacağı inandırıcı görünmür.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
politoloq.
22.03.2022
Ərdoğan Putinin xilaskarı niyə olsun ki? Vüqar Dadaşov...
Putinin Ukrayna avantiyurasının
təhrikçisi sözsüz ki, ilk növbədə Rusiya adlı dövlətin tarixi işğalçılıq
mahiyyətidir. Qərb Rusiyanın işğalçılıq, Putinin isə "bandit"
xüsusiyərlərindən istifadə edərək Rusiyanı illərlə hazırlanmış Ukrayna tələsinə
çəkə bildi və hansı ki, Rusiyanın bu tələdən salamat çıxması qeyri mümkündür.
Putini Ukrayna tələsinə
şirnikləndirən onun cavabsız və cəzasız qalan əsas üç uğurlu hərbi-siyasi
müdaxiləsi və təcavüzüdür.
Əvvəlcə Rusiya tərəfindən Krımın
ilhaqı, ardınca Doneçck və Luqansk vilayətlərin işğalı, sonra Belarusiyada
prezident seçkilərində qalib gəlmiş Tixanovskayanı devirərək Lukaşenkonu
hakimiyyətə qaytarması və ən nəhayət Qazaxıstanda faktiki dövlət çevrilişi
edərək Nursultan Nazarbayevin real hakimiyyətdən uzaqlaşdırılması Putinə
"ona hər şey olar" illüziyası yaratdı.
Qazaxıstanda yanvar çevrilişi ilə
Putin əslində Böyük Turan ideyasına zərbə vurmaq niyyətində idi. Böyük Turan ideyasının
əsas simalarından olan, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin
faktiki Qazaxıstan hakimiyyətdən uzaqlaşdırılması sözsüz ki, Rusiyanın
maraqlarının təmin edilməsi idi. Rus dilindən imtina, latın qrafikasına keçid,
ölkədə Türkiyənin təsirinin və Turançılıq ideyasının reallaşmasını təbii ki,
Putini Qazaxıstanda prezident Tokayevin xəyanəti ilə Nursultan Nazarbayev
uzaqlaşdırılması ilə əngələmək olardı. Putin Qazaxıstanda istəyinə nail olaraq
Ərdoğanı bir addım qabaqlamış oldu.
Cənab Ərdoğan isə Putinin bu
gedişinə Ukrayna cəbhəsi ilə mükəmməl cavab verə bildi. Dünyaya hərbi gücü ilə
meydan oxuyan Rusiya rəzil gününə salındı, rüsvay edildi. Təkcə bir fakt:
Rusiya sərhəddindən Ukrayna paytaxtı Kiyevə qədər uzanan 64 km uzunluqda olan
Rusiyanın hərbi kolonu Türkiyənin Bayraktarları ilə qara metalloma çevrildi.
Kiyevi 12 saata tutacağını sinəsinə dötərək Makrona hədə gələn Putin 20 günə
bir dənə də olsun Ukraynanın böyük şəhərini işğal edə bilmədi.
13000 işğalçı əsgər itkisi verən,
ordu gücünün 90%-ni itirən Rusiya və Putin çarəsiz, rəzil günə düşərək biabır
oldu. Çinin Rusiyaya hərbi yardım etməkdən imtuna etməsi, KTMT üzvlərinin
müharibəyə qoşulmaması Putini məğlubiyyətlə üz-üzə qoyub. Rusiyanın Ukrayna
təcavüzünü davam etdirməsinə nə hərbi gücü, nə də iqtisadi imkanları qalmayıb.
Müharibə davam edərsə deməli, Putin hakimiyyətinin sonu, Rusiyanın isə
dağılması daha tez baş tutacaq.
Antaliyada Nursultan Nazarbayevin
ən yüksək səviyyədə qəbul edilməsi, ardınca Putinin Ərdoğanla telefon
danışığından sonra Putinin Ukrayna prezidenti Zelenski ilə görüşməyə hazır
olduğunu bildirib. Bu isə o deməkdir ki, müharibə dayandırıla, Rusiyanın
rüsvayçı məğlubiyyəti maskalana bilər, Putinə siyasi-diplomatik manevr
imkanları verilməklə Putinin hakimiyyətinin surətli sonluğunu müəyyən müddətə
saxlamaq olar.
Ərdoğan bu şansı Putinə niyə və
hansı şərtlərlə verir ki? Təbii ki, danışıqlar və şərtlər haqda müxtəlif
təxminlər etmək olar. Düşünürəm ki, Şuşa Bəyannaməsini nəzərə alsaq
Azərbaycanının Xankəndi və ətraf ərazilərdə suverenliyinin təmin edilməsi,
erməni silahlıların çıxarılması, Laçın dəhlizinin Azərbaycanın qanuni
nəzarətinə keçməsi, rus "sülhməramlılarının" çıxarılması kimi şərtlər
həmin şansın qarşı tərəzi gözündə çəkiyə malikdir.
Ərdoğan Nazarbəyovu yüksək səviyyədə
qəbul etdikdən dərhal sonra Qazaxıstanda hakimiyyəti əlində cəmləmiş Tokayev
Nursultan Nazarbayevin qardaşı oğlunu korrupsiya ittihamı ilə həbs etdirdi.
Tokayev Ərdoğan Putin razılaşmasından narahat qalıbsa deməli, həmin
"şansın" tərəzi gözündə Qazaxıstan və Tokayev məsələsi də var. Məsələ
ilə bağlı Türkmənistanda prezident seçkilərində Qurbanqulu Berdiməhəmədov
hakimiyyəti oğlu, turançı ideyasının aşiqlərindən biri sayılan Sərdar
Berdiməhəmədova ötürməsi xoş xəbərlərdəndir.
Putinə xilas olmaq şansının
verilməsi heç də "havayı" deyil. Müzakirə edilən məsələlər bu gün
ortaya çıxmış problemlər deyil və təbii ki, 2-ci dünya müharibəsindən sonra
yeni dünya düzəni, siyasi xəritəsi çəkilir. Müttəfiqlərlər, hədəflər də müəyyən
edilib. Böyük Britaniya, Türkiyə, Azərbaycan, İsrail bir təfəfin əsas
oyunçularıdır. Dünyanın bölüşdürülməsi məsələsi ilə bağlı 2021-ci ildə çap
edilmiş "Bizim tarix" adlı kitabımda bəhs etmişəm.
Odur ki, proseslər müəyyən
ssenari üzrə inkişaf edir edir və sevindirici hal ondadır ki, tarix Azərbaycana
öz keçmiş əzəmətini qaytarmaq şansı verir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
15.03.2022
суббота, 12 марта 2022 г.
Xankəndidə antiterror əməliyyatları mükündürmü və nə vaxt?
Rusiyanın Ukraynaya təcavüzü dünya gündəmində əsas mövzu olaraq qalır. Bu fonda Azərbaycanda Xankəndidə separatçı rejimlə bağlı və ümumən Azərbaycan Ermənistan münasibətləri müəyyən qədər kölgədə qalmış olsa da əslində, Ukrayna səhnəsində eyni zamanda da Azərbaycanın Xankəndində separatçı rejimin və orada yerləşən rus "sülhməramlılarının" taleyi həll olunur. Açıq etiraf etməsək də, həqiqət belədir.