Qarabağ
Qazisi, tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar
Dadaşov Birləşmiş Millətlər Təşkilatının nüfuzunun düşməsin səbəbləri və məsələnin
həlli barədə yazısını oxucularımıza təqdim edirik.
“Birləşmiş
Millətlər Təşkilatı (BMT) İkinci dünya müharibəsindən sonra 1945-ci ildə beynəlxalq
problem, münaqişələrin həlli məqsədi yaradılmışdı. BMT beynəlxalq siyasi təşkilatdır və
onun əsas orqanları BMT Baş Məclisi və
BMT Təhlükəsizlik Şurasıdır. BMT-nin Nizamnaməsinə görə bu təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin
qorunmasın da əsas məsuliyyət daşıyır, 15 üzvü var: 5 ölkə ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa
daimi üzv və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü
bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs
verdikdə qəbul olunmuş sayılır.
Nüvə silahına malik olan ABŞ, Rusiya, Böyük Britaniya, Çin və
Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzlərinin hər biri “VETO” hüququna malikdir və həmin bu
normalara görə de-fakto dünya ölkələrinin taleyi barədə qərar vermə funksiyası
ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransaya həvalə edilmişdir.
BMT-nin nüfuzdan düşməsinin ən əsas səbəbi məhz Təhlükəsizlik
Şurasının fəaliyyəti ilə bağlıdır. Hər hansı bir beynəlxalq münaqişə və
problemin həllinə dair 5 daimi üzvlər faktiki olaraq öz maraqlarına uyğun
olaraq qərar verir və ya hər hansı bir ölkəyə “Lobbi” xidməti göstərir. Eyni zamanda da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara
və qətnamələrinin icra edilməməsi və qəbul edilmiş qərar və qətnamələrin icra
etməyən tərəflərə, dövlətlərə cəza tədbirinin tətbiq edilməməsidir.
Yeri gəlmişkən, onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik
haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması
barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə
yetirməyib.
İsrailin işğal etdiyi Holan yüksəkliyi barədə BMT-nin 17.12.1981-ci il tarixli 497 saylı qətnaməsi icra edilməyib.
BMT-nin Təhlükəsizlik Şurasının 30.04.1993-cü
il 822 saylı Qətnaməsində
Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən və Kəlbəcər
rayonundan dərhal geri çıxarılması
29.07.1993-c2 il 853 saylı Qətnaməsində Ermənistan ordusunun işğal
etdiyi Azərbaycan ərazilərindən eləcədə Ağdam rayonundan dərhal geri
çıxarılması və 822 saylı Qətnaməmin icrası
14.10.1993-cü il 874 saylı Qətnaməsində Ermənistan ordusunun işğal
etdiyi Azərbaycan ərazilərindən eləcədə Fizuli, Qubadlı, Cəbrayıl rayonlarından
dərhal geri çıxarılması və 822, 853 saylı Qətnamələrin icrası
12.11.1993-cü il 882 saylı Qətnaməsində Ermənistan ordusunun işğal
etdiyi Azərbaycan ərazilərindən eləcədə Zəngilan rayonundan geri çıxarılması və
822,853, 874 saylı Qətnamələrin icrası tələb olunur.
BMT Təhlükəsizlik
Şurasının sözü gedən Qətnamələri Ermənistan
Respublikası tərəfindən 26 ildir ki, icra edilmir.
Danılmaz faktdır ki, BMT siyasi təşkilat kimi nüfuzdan
düşmüş, artıq siyasi təşkilatdan humanitar təşkilata çevrilmişdir. BMT-nin qəbul
etdiyi siyasi qərar və qətnamələr artıq icra olunmur. BMT-nin nüfuzunun bərpa etmək üçün ilk öncə
nizamnamə dəyişiklikləri aparılmalı, Təhlükəsizlik Şurası və onun funksional
mexanizmi yenidən və fərli şəkildə qurulmalıdır. Hər bir qitəni və regionu təmsil edən nüvə
silahına malik olmayan dövlətlərdə BMT Təhlükəsizlik
Şurasına üzv seçilməli və ən aşağısı 15 dövlət təhlükəsizlik şurasında təmsil
olunmalıdır, “VETO” hüququ ləğv edilməli, qəbul edilmiş qərarlar sadə səs
çoxluğu ilə qəbul olunmalıdır. BMT-na üzv dövlətlərin əhali nisbətinə uyğun hər
dövlətdən hərbiçilər cəlb edilməklə BMT
ordusu təşkil olunmalı, həmin orduya rəhbərlik BMT-na verilməlidir.
BMT-nin qəbul etdiyi qərar və qətnamələrin icrasından yayınan
tərəflərə BMT-nin qəbul etdiyi iqtisadi, siyasi və hərbi sanksiyaların tətbiqinin icra və nəzarət mexanizmi müəyyən edilməlidir.
BMT-nın nəzdində daimi
fəaliyyətdə olan hərbi tribunalar, iqtisadi və siyasi məsələlərin həlli üçün məhkəmələr
təşkil olunmalı, həmin məhkəmələrin tərkibi üzv dövlətlərdən təşkil olunmalı və
qərarlar sadə səs çoxluğu ilə qəbul olunmalıdır”
SNN NEWS-Haber