SNN NEWS-Haber AZSİAM. İNFOya istinad edərək xəbər verir.
01.02.1992-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zəngilan taborunun yaranmasının ildönümü münasibəti ilə həmin taborun veteran döyüşçüləri ilə görüş keçirilib. Görüşdə salamat qalmış həmin taborun şəxsi heyəti eləcədə, Zəngilan taboru tərkibində vuruşmuş və Milli Qəhrəman adına layiq görülmüş Sahil Məmmədov, yüksək rütbəli zabitlər, həmin taborun komandiri Əkbər Hüsüyev və Daxili Qoşunların rəsmi nümayəndəsi Şahin Bəylərov iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu oxunmuşdur. Dövlət himni səslənmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışçılar Ali Baş Komandan, Cənab İlham Əliyevin ordumuza, veteran, qazı və şəhid ailələrinə yüksək diqqət və qayğısından geniş danışımlar.

Tədbirdə iştirak edən veteran döyüşçülər yaşlarının keçməsinə baxmayaraq hər an
döyüşə və Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını qeyd
etmişlər.
Görüşdə maraqlı çıxışlar olmuşdur. Sözü gedən
taborun ilk döyüşçülərindən olan tanınmış hüquqşünas, qazı Vüqar Dadaşovun
çıxışı xüsusi ilə yadda qalan olmuşdur. Veteran döyüşçü Ali Baş Komandan,
Möhtərəm Prezident, Cənab İlham Əliyevin möhtəşəm ordu quruculuğundan bəs etmiş
və məhz Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun
dünyanın 50 ən güclü ordularından biri olduğunu qeyd edərək, tarixə “Aprel döyüşləri” kimi düşən döyüşləri qeyd edilənlərə əyani
sübut kimi nümunə gətirmişdir. Vüqar Dadaşov bir neçə döyüş epizodlardan danışaraq,
həyatda xoşbəxt olmadığını demişdir. Torpaqlarımızıın işğal faktının heç cürə
qəbul edə bilmədiyini və bu faktın şəxsi məğlubiyyəti və alçalmağı kimi rahat yaşaya və həyatda sevinə bilmədiyini, yuxusunun ərşə
çəkildiyini demişdir.
Veteran döyüşçü Vüqar Dadaşov “mən Qarabağsız yaşaya və xoşbəxt ola
bilmirəm” deyəndən sonra çıxışını davam etdirə bilməmişdir.
Комментариев нет:
Отправить комментарий