Tanınmış hüquqşünas, publisist, AJB-nin üzvü Qarabağ qazisi Vüqar Dadaşov öz səhifəsində Cənab Prezidentimizin Almaniya görüşü haqqında maraqlı paylaşım edib. Həmin yazını əziz oxucularımıza təqdim edirik.
"Haqlı olaraq gündəmi zəbt etmiş Cənab Prezidentimiz İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Almaniyanın Münhen şəhərində təşkil edilmiş və canlı efirlə bütün dünyaya yayımlanan debat-görüşü nəticə etibarı ilə Cənab Prezidentimizin növbəti siyasi uğuru olaraq məni bir müharibə veteran kimi, azərbaycanlı kimi hədsiz sevindirir.
Bu görüş sözsüz və mübağiləsiz Cənab Prezidentimizin yüksək siyasi savad və qabiliyyətə, elmi biliklərə, əla linqvistik bacarığa, yuksək intellektə malik olmasının bir daha sübutu kimi dünya siyasi liderlərinə nümunə olması da danılmazdır.
Bütün qeyd edilənlərə görə Cənab Prezidentimizə öz minnətdarlığımı bildirirəm və bununla yanaşı Cənab Prezidentimizə bildirmək istəyirəm ki, mən bir veteran olaraq əsgər kimi Müharibə əmrinizi səbirsizliklə gözləyirəm və Ali Baş Komandan kimi hər bir əmr və tapşırığınızı canım və qanım bahasına yerinə yetirməyə hazıram. Şübhəsiz inanıram ki, Rəhbərliyinizlə doğma yurdumuzu, Qarabağımızı azad edəcəyik və Azərbaycanımızın üç rəngli bayrağı işğal altındakı torpaqlarımızda dalğalanacaq."
SNN NEWS-Haber

Комментариев нет:
Отправить комментарий