Tanınmış hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, deputatlığa namizəd Vüqar Dadaşov Milli Məclis və deputat statusu ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinin vacibliyi barədə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“09.02.2020-ci tarixdə ölkəmizdə keçirilmiş Parlamentə növbədənkənar seçkilərdə deputatlığa namizəd kimi iştirak etdim, bir hüquqşünas və namizəd kimi deyə bilərəm ki, Milli Məclis və deputat statusu barədə qanunvericilikdə müəyyən uyğunsuzluq mövcuddur.
Əvvəla onu qeyd edim ki, dövlət hakimiyyət orqanları qanunverici hakimiyyətdən, icra hakimiyyətindən və məhkəmə hakimiyyətindən ibarətdir və bu hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Bildiyimiz kimi Konstitusiyamızın 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclisə üzvlərin seçilməsi mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə seçki əsasında seçilir və Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Konstitusiyamıza müvafiq olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən “Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər.”
Yəni, orta hesabla bu gün ki gün, hər deputat 40 000-dən (qırx min) çox səs vermə qabiliyyətli ərazi-dairə üzrə təmsilçilik-nümayəndəlik prinsipi əsasında seçilir. Ancaq Azərbaycan Respublikasıın heç bir qanunda və ya qanunverici aktında deputatın təmsilçilik-nümayəndəlik üzrə nə funksiyası nə də vəzifə səlahiyyətləri əksini tapmayıbdı.
Seçilmiş deputat fəaliyyət dövründə faktiki olaraq Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən “Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır” Yəni deputat təmsil etdiyi ərazi-dairə üzrə Milli Məclisdə “nümayəndəlik” funksiyasına görə də əmək haqqı alır. Ancaq mövcud qanunvericilikdə deputatın “nümayəndə” kimi funksiyası, səlahiyyətləri müəyyən edilməyib ancaq, deputat müəyyən ərazi-dairə üzrə “nümayəndə” kimi seçilir lakin, faktiki olaraq qanunvericilik sahəsində fəaliyyət göstərir. Deputatın “nümayəndə” kimi funksiyasının, səlahiyyətlərinin müəyyən edilməsi deputatın təmsil etdiyi ərazi-dairə üzrə sosial-iqtisadi problemlərin həllinə kömək olar və deputatların “nümayəndə” kimi məsuliyyətini müəyyən edər. Bəlli faktdır ki, bu gün ki gün, deputat təmsil etdiyi ərzazi-dairə üzrə “nümayəndə” kimi əhalinin sosial, iqtisadi, infrastruktur və sair problemlərin həlli üçün heç bir səlahiyyətə malik deyildir.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий