Tanınmış
hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist,
deputatlığa namizəd Vüqar Dadaşov Milli Məclis və deputat statusu ilə bağlı qanunvericilikdə
müəyyən dəyişikliklərin edilməsinin vacibliyi barədə çıxış etmişdir. Həmin
çıxışı oxucularımıza təqdim edirik.
“09.02.2020-ci
tarixdə ölkəmizdə keçirilmiş Parlamentə növbədənkənar seçkilərdə deputatlığa
namizəd kimi iştirak etdim, bir hüquqşünas və namizəd kimi deyə bilərəm ki, Milli Məclis və deputat statusu barədə
qanunvericilikdə müəyyən uyğunsuzluq mövcuddur.
Əvvəla onu
qeyd edim ki, dövlət hakimiyyət orqanları qanunverici hakimiyyətdən, icra
hakimiyyətindən və məhkəmə hakimiyyətindən ibarətdir və bu hakimiyyət bölgüsü Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Bildiyimiz kimi
Konstitusiyamızın 81-ci maddəsinə əsasən Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi
həyata keçirir. Milli Məclisə üzvlərin seçilməsi mövcud qanunvericiliyə uyğun
olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə seçki əsasında seçilir və Azərbaycan
Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi
125 deputatdan ibarətdir.
Konstitusiyamıza müvafiq olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin
29.1-ci maddəsinə əsasən
“Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi
yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti
orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim
etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki
Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra —
seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik
norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış
seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis
deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri,
referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə —
seçki əraziləri hesab edilirlər.”
Yəni, orta
hesabla bu gün ki gün, hər deputat 40 000-dən (qırx min) çox səs vermə qabiliyyətli ərazi-dairə üzrə təmsilçilik-nümayəndəlik
prinsipi əsasında seçilir. Ancaq Azərbaycan Respublikasıın heç bir qanunda və
ya qanunverici aktında deputatın təmsilçilik-nümayəndəlik üzrə nə funksiyası nə
də vəzifə səlahiyyətləri əksini tapmayıbdı.
Seçilmiş
deputat fəaliyyət dövründə faktiki olaraq Azərbaycan Respublikası Milli Məclisi
deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə
əsasən “Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il
özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”
Yəni deputat təmsil etdiyi ərazi-dairə üzrə Milli Məclisdə “nümayəndəlik”
funksiyasına görə də əmək haqqı alır. Ancaq mövcud qanunvericilikdə deputatın
“nümayəndə” kimi funksiyası, səlahiyyətləri müəyyən edilməyib ancaq, deputat müəyyən
ərazi-dairə üzrə “nümayəndə” kimi seçilir lakin, faktiki olaraq qanunvericilik
sahəsində fəaliyyət göstərir. Deputatın “nümayəndə” kimi funksiyasının, səlahiyyətlərinin
müəyyən edilməsi deputatın təmsil etdiyi ərazi-dairə üzrə sosial-iqtisadi
problemlərin həllinə kömək olar və
deputatların “nümayəndə” kimi məsuliyyətini müəyyən edər. Bəlli faktdır ki, bu
gün ki gün, deputat təmsil etdiyi ərzazi-dairə üzrə “nümayəndə” kimi əhalinin
sosial, iqtisadi, infrastruktur və sair problemlərin həlli üçün heç bir səlahiyyətə
malik deyildir.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий