Поиск по этому сайту

суббота, 21 августа 2021 г.

Ermənilər vətəndaşlıq istədilər... Necə yaxşı olar, vətəndaşlıq verilsə ya verilməsə?

 


Xankəndi şəhərində yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər və Azərbaycan dövlətindən iş istəyiblər.

Yayılmış xəbəri Azərbaycan cəmiyyəti bir mənalı qarşılamasa da real siyasətdə və post müharibə dövründə ümumən geosiyasi şəraitdə Xankəndi ermənilərinin vətəndaşlıqla bağlı Azərbaycan hökumətinə müraciətinin baxılması mümkündür. Əvvəla, Azərbaycan müharibədən sonra separatçı rejim nəzarətində qalan ermənilərin Azərbaycan vətəndaşlığını və qanunlarını, suverenliyini, ərazi bütövlüyünü qəbul edən, Azərbaycan dövlətinə, atributlarına hörmətlə yanaşan ermənilərin ancaq Azərbaycan vətəndaşı kimi Azərbaycan ərazisində qalmasını və Azərbaycan cəmiyyətinə inteqrasiyasını mümkün olduğunu bildirib.
Ermənilərin Azərbaycana müraciəti haqqında informasiyanın dövriyyəsi hər bir halda Azərbaycan üçün yaxşı siyasi nəticə verə biləcək proses kimi əlverişli şərait yaradır. Sözsüz informasiya müharibəsində də Azərbaycan üçün yeni imkanlar yaradır. Siyasi və diplomatik baxımdan ermənilərin rusların iştirakı ilə Azərbaycan əsgərləri vasitəsi ilə Azərbaycan vətəndaşlığı istəmələri və ümumiyyətlə bu prosesin start götürməsi faktının özü, ermənilərə kimin dəstəyindən asılı olmayaraq elə bir psixoloji mənzərə yaradacaq ki, Xankəndidə qondarma qurumu qısa müddətdə tam gözdən salacaq, bu isə nəticə etibarı ilə qondarma qurumun özü-özündən sovrulması deməkdir.
Bu şərait həm də ərazilərimizdə müvəqqəti yerləşən rus sülhməramlılarının bölgədə gərəkliyini də əhəmiyyətsiz hala salacaq. ABŞ, Fransa, İran, Rusiya bu kimi, Qarabağda erməni separatizmini, faşizmini bilavasitə irəlilədən ölkələrin siyasi-diplomatik oyunlarını nəzərəçarpacaq dərəcədə zərərsizləşdirəcək. Odur ki, Xankəndi ermənilərin müraciətlərinin Azərbaycan tərəfindən baxılması faktının özü qondarma rejim və onların dəstəkçiləri üçün ikitirəlik yaratmış olacaq və Qarabağda 25 minlik erməni əhalinin qondarma rejim hakimiyyətinə etinasızlığını və tabesizliyini mütləq edəcək.
Xankəndi ermənilərinə Azərbaycan vətəndaşlığının verilməsi prosesinin tədbirlərlə (süzgəclə) başlanılması elə Xankəndidə vəziyyəti nəzarətə götürməyə bərabərdir. Hesab edirəm ki, Xankəndi ermənilərin Azərbaycana vətəndaşlıq üçün müraciət etməsi özlüyündə Azərbaycan üçün məsələnin tam həllini tezləşdirə bilər. Fikrimcə, Xankəndi ermənilərin Azərbaycan vətəndaşlığı almaq barədə müraciətlərinə elə Xankəndiyə yaxın yerlərdə baxılması təşkil edilməli, prosesin özü isə mükəmməl və strateji nəticələrə hesablanmış tədbirlərlə həyata keçirilməlidir.

Вугар Дадашов
21.08.2021

Комментариев нет:

Отправить комментарий