1993-cü ilin may-iyununda müstəqil Respublikamızda
hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o
zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi,
iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bununla da ölkədə uzun
illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və
parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu tarixi gün xalqımızın
yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 27 iyun1997-ci ildən etibarən
parlamentin qərarı ilə rəsmi Dövlət bayram kimi qeyd olunur.
Allah, Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!
Комментариев нет:
Отправить комментарий