Tanınmış
hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Respublika
Ziyalılar Klubunun İH-nin üzvü, VI çağırış Milli Məclisə deputatlığa namizəd,
Qarabağ Qazisi Vüqar Dadaşov karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə
bağlı maraqlı çıxış edib. Həmin çıxışı oxucularımıza təqdim edirik
“Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin
əsas tövsiyyələrlə yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünü təcrid
və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd
münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı
effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni
inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin
yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və
durur.
Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində
bir başa əhalinin sağlamlığına cavabdeh icra edici hakimiyyət orqanı kimi,
yaranmış vəziyyətə məsuliyyətlidir və başqa təşkilatlar kimi, TƏBİB-də Səhiyyə
Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsl həqiqətdə
də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə
bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara
inamsızlığının əsas səbəbini məhz bunda görürəm.
İkinci bir məqamda odur ki, özünü tədric və sosial məsafə məsələsinin
uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin daha doğrusu,
işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin
edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər
keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin
minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin
dövründə əhalinin gəliri nəzərə çarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə
axını ancaq, çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər, bu
COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa az təminatlı ailələrin
və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin
edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi
olmasın.
Üçüncü bir məqamda odur ki, dəfələrlə bu haqda deyilsə də,
yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır.
Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik
arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına
təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin bir baha tapşırığı ilə
Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki,
işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.
Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icra edici orqan olaraq fəaliyyət
göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin
karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı
aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni
əldə etmək mümkündür.”
Комментариев нет:
Отправить комментарий