27 sentyabrdan başlayaraq Ermənistanın Azərbaycan Respublikasına qarşı "yeni müharibə-yeni torpaqlar" devizi ilə başladığı təcavüzü, rəşadətli Azərbaycan Ordusu tərəfindən dəf edilərək əks hücum əməliyyatına başlanıldı.
Zəfər
marşı ilə irəliləyən Azərbaycan Ordusu ard-arda Ermənistanın işğal etdiyi Azərbaycan
ərazilərini davamlı azad etməkdə xalqımızın şanlı qələbə tarixini yazır.
Ermənistanın
döyüş meydanında ağır, utan verici məğlubiyyəti, 10 minlərlə əsgərinin məhv
edilməsi, ölkənin faktiki hərb maşınından məhrum edilməsi düşmənin
azğınlaşmasına və bəlli xislətinə uyğun hərəkətinə, yəni müharibə cinayətləri və
insanlıq əleyhinə cinayətlərini davam etdirməsinin səbəbidir. Azərbaycanın
mülki əhalisini, dinc şəhərlərini və
infrastrukturu hədəf götürən və çoxsaylı kütləvi qırğınlar törədən və ölçüyə gəlməz
dağıntılar yaradan Ermənistan Respublikasının və onun işğal etdiyi ərazilərimizdə
yaratdığı qondarma rejimin siyasi və hərbi rəhbərliyinin cinayət əməllərinə
qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu 30-a yaxın cinayət işi açıb. Ermənistanın
Azərbaycanın mülki əhalisinə, dinc şəhərlərinə qadağan olunmuş silahlarla həmçinin,
güclü dağıdıcı gücə malik ballistik raketlərlə
zərbə endirməsi faktı hüquqi əsaslarla, beynəlxalq təşkilatların
fiksasiyası ilə təsdiqini tapmışdır.
Azərbaycan
Respublikası Baş Prokurorluğun açdığı
cinayət işləri Ermənistan Respublikasının
və onun işğal etdiyi Azərbaycan ərazisində yaratdığı marionet, bandit, terrorcu
"dqr" adlandırılan cinayətkar rejiminin siyasi-hərbi rəhbərliyinin
cinayət məsuliyyətinə hüquqi bazadır. Sözsüz ki, ermənilərin törətdiyi cinayət əməlləri
Beynəlxalq Cinayət Məhkəməsinin predmeti olsa da, cinayətkarların fiziki həbsi
Azərbaycan tərəfin aparılması həm Beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının qanunvericiliyinə tam uyğundur.
Hal-hazırda
ərazi bütövlüyümüz uğrunda apardığımız ədalətli savaşımız çərçivəsində
"dqr prezidenti" Araik Arutunyunyanın həbsi ədalətin bərpası kimi, Azərbaycan
Respublikasının gücünü bir daha göstərmiş olar. Eyni zamanda separatçı meylli
qüvvələrin daha yaxşı "düşünməsinə" səbəb olar.
Düşünürəm ki, ilk növbədə Araik Arutunyunyan
başda olmaqla "dqr" rəhbərliyinin həbsi və ya zərərsizləşdirilməsi nəzərimizdən
qaçmamalıdır. Araikin həbsi psixoloji, hərbi, siyasi və hüquqi baxımdan nə qədər çox əhəmiyyətli
olacağı şübhəsizdir.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
Комментариев нет:
Отправить комментарий