Tanınmış hüquqşünas, Qarabağ
Qazisi, QAQB-nin Ali Məclisinin üzvü, "Qazax Zİyalılar Klubu"nun
idarə heyyətinin üzvü Vüqar Dadaşov təhsil sahəsində vacib islahatların
keçirilməsindən danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”na əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün
keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan
abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək
müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına
buraxılması bizim milli maraqlarımıza zidd olduğu halda qəbul edilmiş qərar idi.Ən
aşağısı bu qərar savadsızlıq şəraitinin yaranmasına səbəb olmaqla yanaşı,
başlıcası doğma ana dilimizə hörmətsizlikdir və bu qərar doğma dilimizin
təbliğinə, qorunmasına və inkişafina mane olan addım idi. Baxmayaraq
ki, KİV-də mütəmadi olaraq bu məsələni qaldırdıq və nəhayət ki, bu məsələ öz müsbət həllini
tapdı.
Rus dilinin dünyada və keçmiş MDB ölkələrində mövqeyini itirdiyi halda
Azərbaycanda isə əksinə daha da nüfuz qazanması, təbliği doğma ana dilimizin
nüfuzunun zəif ləməsinə əsas olmaqla həmdə siyasi baxımdan da dövlətçiliyimizə
təhlükə mənbəyidir. Rusiyanın Gürcüstana hücumu və Abraziya Osetiyanın
işğalının əsas səbəbi Rusiyanın rus dilli vətəndaşlarının müdafiəsi adı altında
baş verdi. Eyni hadisələrdə Ukraynanın Luqanski və Donetski vilayətləridə
rus dilli əhalinin müdafiəsi adı altında təkrarlandı. Doğma Ana Dilimizə
hörmətsizliyimiz o həddə çatıb ki, biz mədəni görünüş yaratmaq naminə,
başqalarının xoşuna gəlmək naminə öz dilimizdən imtina edirik. Dahi Sokrat
deyib ki, “ Danış ki, səni görüm”. Dil xalqımızın varlığı, yaşaması
və görünməsi deməkdir. Humboldtun isə “Dil xalqın ruhunun təzahürüdür; dil onun
ruhu, ruh isə onun dilidir” kəlamı daima yaddaşımızda olmalıdır. Heydər Əliyev:
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun
dilidir”
Bəs biz
niyə dilimizə bu qədər hörmətsizlik edirik? Bilmirik ki, bir xalqı məhv etmək
üçün onun dilini əlindən almaq kifayətdir?!
Son vaxtlar kütləvi informasiya
vasitələrində abituriyentlərin xarici dövlətlərin universitetlərinə imtahansız
və orta təhsil haqda sənəd əsasında qəbulunun mümkünlüyü barədə
məlumatlar geniş yayılmışdır. Belə təkliflərdən daha çox ali
təhsil ocaqlarına daxil ola bilməyən şəxslərin yararlanması heç kimə gizli
deyil. Təhsil səviyyəsi aşağı olan şəxslərin bu şəkildə ali təhsilə cəlb
edilməsi əvvəla orta məktəblərdə təhsilə marağın zəifləməsinə səbəb olması da
inkar edilməzdi. Savadsız şəxslərin daha tez təsir altına düşmələri
də danılmazdı. Buna görə də belə şəxslərin xarici dövlətlərdə müəyyən
dairələrin təsir obyektinə çevrilmələri daha realdır. Gələcəkdə isə belə
şəxslər respublikamızda həm elmi, həm siyasi, həmdə ictimai-sosial sahələrdə
problemlərin yaranmasını qaçılmaz edəcəkdir. Hesab edirəm ki, imtahansız və
ancaq orta təhsil haqda sənəd əsasında xarici dövlətlərin ali məktəblərinə
qəbul edilənlərin ali təhsil haqda diplomlarının Azərbaycan Respublikası
tərəfindən tanınmaması bu məsələnin həllinə kömək etməklə kütləvi
savadsızlığın qarşısını almış olar, xaricı qüvvələrin gənclərimizə
təbliğ etmək istədikləri yad təbliğatın qarşısını almaq iqtidarında ola bilən
savadlı gənclərin xarıcdə imtahan əsasında təhsil alması milli
adət-ənənələrimizin, mədəniyyətimizin və Azərbaycan həqiqətlərinin
dünyaya yayılmasına da xidmət etmiş olar.
Hər bir mərhələdə gələcək nəslin
milli dəyərlərimizin, milli kimliyimizin qorunması, təbliği ruhunda
cəmiyyətimizə hazırlanması ilk növbədə Təhsil Nazirliyinin vəzifəsidir.
Məktəbəqədər müəssisələrə, məktəblərə, orta ixtisas müəssisələrinə aid əhatəli
ümumi vacib qərarlar geniş müzakirədən sonra tətbiq edilməlidir.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə
qəbulu Qaydaları”nın tətbiqi və nəzarəti, eyni zamanda da xarici dövlətlərin
ali təhsil haqqında diplomların tanınması Azərbaycan respublikasının
Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin səlahətləri çərçivəsində olmasına
baxmayaraq, strateji əhəmiyyətli məsələlərin həllinə hesablanmış qərarların
qəbul edilməsində mütəxəssislərin, alimlərin, deputatların və ictimaiyyətin
fikri və tövsiyələri nəzərə alınarsa milli kimliyimizi qorumaqla uzunmüddətli
effektə nail olmaq mümkündür"
Комментариев нет:
Отправить комментарий