Поиск по этому сайту

понедельник, 26 августа 2019 г.

Tural İrfanın əsərləri qan yaddaşımızı təzələyir


Son zamanlar yazarların əksəriyyəti postmodernizmə, bayağılığa, özlərini yaradıcılıqla yox, hay-küylə, qalmaqalla gündəmə gətirmək istəyir. Araşdıranda isə görürük ki, onların vətən üçün, xalq üçün, dövlət üçün bəhrə verən bir cümləsi yoxdur. Başını aşağı salıb sırf yaradıcılıqla məşğul olan, soyqırımlardan, qan yaddaşımızdan bəhs edən əsərlər yazan demək olar ki, yox dərəcədədir. Ancaq ilahiyyatçı-yazar, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliklərinin üzvü Tural İrfanın yazıb-yaratdığı bütün əsərlər milli tariximizi, başımıza gətirilən soyqırımları, xalqımızın qan yaddaşını əks etdirir, özümüzü özümüzə qaytarır. Yazarlara diqqət və qayğı çərçivəsində Tural İrfan heç bir qayğı görmədən, təmənnasız olaraq bu əsərləri yaradıb və çox çətinliklə, ağır sosial durumda nəşr etdirib. Hətta bəzi içimizdəki ermənipərəst, ermənixislətli qüvvələr ona maneələr törədib, təqdimatına, satışına, yayılmasına imkan vermirlər.
Məlum Aprel döyüşlərindən sonra bu tarixi hadisəni tam təfərrüatı ilə, şahid ifadələri ilə "Eşqin şəhidi" adlı sənədli romanında əks etdirən Tural İrfan bu günün ən milli ruhda yazan yazarıdır.
Onun Qazax rayonunu işğal olunmuş 7 kəndi və Bağanıs Ayrım soyqırımından bəhs edən əsəri "Kamikadze 1" eyni zamanda bütün soyqırımlarımıza güzgü tutub. Bir çox ziyalı və böyük professorlarımız ona rəylər verib. Tural İrfanın bu sənədli romanı milli, mənəvi, tarixi, ədəbi yöndən dövrün ən sanballı əsəri sayılmalıdır.
Qazax Ziyalılar Klubunun həmtəsisçisi və İdarə Heyətinin üzvü olan Tural İrfanın bütün yaradıcılığı vətənpərvərliyə həsr edilib. Çox təəssüf ki, belə bir yazarın daha da sanballı əsərlər yaratmasına ciddi maneələr yaradılır. Erməni vandallığınınifşa etdiyinə görə, soyqırımlarımızı təbliğ etdiyinə görə ona dəstək vermək əvəzinə, qarşısını kəsib kitablarını kitabxanalardan yığışdırırlar. Ermənilərin xalqımıza qarşı törətdiyi mənfur hadisələri dəstəkləyənlər və ya onların havadarları gizli əllərin vasitəsi ilə yazara təziqlər, hədələr edirlər.
Mən yazarın təmsil olunduğu Dünya Gənc Türk Yazarlar Birliyindən və Qazax Ziyalılar Klubundan çox şeylər gözləyirəm bu yöndə. Yəni təkcə xalq üçün yazıb yaratmaq deyil, onu təbliğ etmək, yaşatmaq, müdafiə etmək də bizim borcumuzdur.
Qazax Ziyalılar Klubu yarandığı gündən mən onu izləyirəm və dostum Tural İrfanın orada olması məni sevindirir, qürurlandırır. Çünki o klunda təmsil olunan ziyalılar hər biri dəyərli ziyalılar, görkəmli yazarlardır. Qarabağ qazisi-hüquqşünas, polittexnoloq, QAQB Ali Məclisinin üzvü, Nöqtə-Yeni Başlanğıc İB-nin həmsədri, yazar-publisist Vüqar Dadaşov, yazıçı, tədqiqatçı-araşdırmaçı, publisist, Carçı Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, yazıçı-şair,publisist, araşdırmaçı, bir neçə kitab müəllifi Rəşad Mahmud və 8 kitab müəllifi, Prezident mükafatçısı, AMEAanın dissertantı Tural İrfanın birlikdə təsis etdikləri Qazax Ziyalılar Klubunun gələcəyinə böyük inanım var. Çünki burada rəhbərlik edənlər çətin və maddi-mənəvi sıxıntılara baxmayaraq bu yükün altına giriblər və xalqımız üçün əllərindən gələni edirlər.

Ümidvaram ki, həm digər ziyalıların, həm də bu simaların özlərinin yaradıcılığını indən belə biz bu klubun sayəsində daha geniş üfüqdə izləyə biləcəyik. Tural İrfanın Kamikadze 1 əsəri təkcə Qazaxın problemlərindən, orada baş verən işğaldan söz açmır, Qazaxın timsalında bütün Azərbaycanın ümumi dərdlərini müasir dildə gündəmə gətirir. Məncə Qazax Ziyalılar Klubunun İdarə Heyətinin üzvü Tural İrfanın bu əsəri bütün qazaxlıların stolüstü kitabı olmalı, dünyanın hər yerində yaşayan soydaşlarımız bu əsəri oxumalıdır. Uzun illər araşdırma apararaq müəllifin çox çətinliklərə qatlanmaqla yaratdığı bu əsərə qiymət verməyi bacarmayanlar ya nadan, ya da xain ola bilər.
Mən Tural İrfanın bu əsərini dövrün ən mükəmməl milli-tarixi sənədli romanı hesab edirəm, ona və Qazax Ziyalılar Klununa müvəffəqiyyətlər arzu edirəm.
Bəxşeyiş Qarabağlı
Azərbaycan Jurnalistlər Birliyinin, "Azad Qələmlər Cəmiyyəti"nin, Dünya Azərbaycanlıları Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist

Комментариев нет:

Отправить комментарий