Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov olkəmizdə artan boşanmalardan danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
"Dövlət Statistika Komitəsinin
məlumatlarına əsasən, 2017-ci ilin ilk kvartalında ötən ilin eyni dövrü ilə
müqayisədə nikahların sayı 6,6% (938 nigah) azalıb, boşanmaların sayı isə əksinə
13,6% (433 boşanma) artıb. Regionlara nisbətən Bakıda boşanmalar daha çox qeydə
alınmışdır, yəni Bakıda 2957 nigah, 1134 boşanma faktı qeydə alınıb. Bu isə o
deməkdir ki, boşananların sayı nigaha
girənlərin 38,3%-i səviyyəsində olub. Ölkə ərazisində isə ən böyük göstərici
Xankəndi şəhərində qeydə alınmışdır belə ki, boşananların sayı nigaha girənlərin
75% -i səviyyəsində olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən
boşanmaların sayı dinamik şəkildə
artmaqdadır və son on ilin göstəriciləri ailə institutunun məhv olma istiqamətində
olduğunu göstərir. Belə ki, 2007-ci il – 81758 nikah, 8340 boşanma, 2008-ci il
– 79964 nikah, 7933 boşanma, 2009-cu il – 78072 nikah, 7784 boşanma, 2010-cu il
– 79172 nikah, 9061 boşanma, 2011-ci il – 88145 nikah, 10747 boşanma, 2012-ci
il – 79065 nikah, 11087 boşanma faktı qeydə alınmışdır. Göründüyü kimi boşanmaların
sayında dinamik artım qeydə alınmaqdadır. Yeri gəlmişkən qeyd edim ki,
sosioloji mənbələrə görə boşananlar içərisində
valideyn razılığı olmadan, özbaşına ailə quranlar çoxluq təşkil edir.
Bəs
hansı səbəblərdən boşanma hadisələri artmaqdadır? Bunun həm obyektiv həmdə
subyektiv səbəbləri vardır. Maddi və sosial problemlər əsas səbəblərdən olmaqla
yanaşı müxtəlif səbəblərdə mövcuddur. Əvvəla qeyd etmək vacibdir ki, praktik
olaraq boşanmaya meylli qadınlardır belə ki, məhkəmə praktikası göstərir ki,
məhkəmələrə boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz
qadınlardır. Haqlı olaraq belə bir sual ortaya çıxır.
Bəs qadınlar niyə boşanmağa can atırlar?
Əlbət ki, bu işin psixoloji tərəfidir. Bu
istəyin yaranma səbəbləri müxtəlif olsa da qeyd etmək lazımdır ki,
cəmiyyətimizdə qadınlara və uşaqlara xüsusi yanaşma, dövlətin əhalinin bu
kateqoriyasına diqqətin və qayğısının fonunda baş verməsi ailədə xüsusən də qadınlarda
müəyyən fikrin və həyata baxışın formalaşmasından irəli gəlməsidir.
Mülki qanunvericiliyin o cümlədən Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin normalarının adət ənənələrimizə və
mentalitetimizə uyğun tətbiq edilməsi
qadınlarda özlərinə inam yaratmaqla ailə, məişət qayğılarından uşaqlaşmağa və fərdi azadlıqlara meyliliyə
səbəb olmuşdur. Məhkəmələrdə boşanmalar zamanı birgə nigah dövründə doğulmuş
uşaqların analarla qalmasına, mənzil təminatına, uşaqların saxlanılması üçün
atadan ananın xeyrinə alimentin tutulması de-fakto qadınlara boşanmadan əvvəl
məlum “qələbə”dir. Bu səbəbdən də qadınlar ailədə adi və mənasız səbəblərdən
güzəştə getməyərək həvəslə hakimiyyətini göstərməyə çalışaraq və qarşı tərəfi cəzalandırmaq
istəyindən və boşanma zamanı məlum “qələbə”nin məhz onlara məxsus olduğundan
həvəslə məhkəmələrə müraciət edirlər.
Azərbaycan Respublikasının Prezidentinin 21
yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının
məbləği 2017-ci il yanvarın 1-dən 116 manat
müəyyən edildiyi halda “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış
minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun1-ci maddəsinə əsasən
2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136 manat 60 qəpik, 2018-ci il üçün 154 manat, 2019-cu il üçün 160 manat müəyyən
edilməsi və ölkəmizdə aliment fondunun
yaradılması ümumilikdə müsbət hadisə kimi qiymətləndirilsə də bu problemin
psixoloji və mənəvi tərəfinə deyil məhz maddi tərəfinin həllinə effektlidir.
Sual
olunur ki, bəs necə boşanmaların sayının azalmasına və ailə institutunun bərpasına
nail olmaq mümkündür. Hesab edirəm ki, ailə münaqişələrinin
qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci
maddəsinə müvafiq olaraq ərlə arvad arasında nigah bağlanarkən paralel olaraq
“nikah müqavilələri bağlanmalıdır.
Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan
sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında
qaldığını müəyyən etməlidir.
On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması
məsələsi məhkəmə tərəfindən uşağın mənafedən çıxış edilərək və uşağın fikri
mütləq nəzərə alınaraq həll olunduğu halda
14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında
saxlanılması məhkəmə təcrübəsinə çevrilmişdir. BMT Baş Məclisinin 1386 (XIV)
nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq
Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan
başqa, anasından alına bilməz. Azərbaycan Respublikası sözü gedən Konvensiyaya
qoşularaq
hələ 1992 ildən ratifikasiya etmişdir.
Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin
miqdarı
Azərbaycan
Respublikasında yaşayış minimumuna uyğun
deyil, məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən
edilməlidir.
Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad
arasında nigah bağlanarkən paralel olaraq “nikah müqavilələri” bağlanmalıdır.
Nigah müqavilələrində ər və arvadın vəzifə və öhdəlikləri, boşanma zamanı birgə
nikahdan doğulan uşağın valideynlərdən kiminlə qalması, aliment məsələsi, əmlak
bölgüsünün detalları, boşanmadan sonra ər və arvadın yaşayış yerinin müəyyən
edilməsinin göstərilməsi adi səbəblərdən boşanmaların qarşısını almaqla, tərəflərin
bir-birinə qarşılıqlı münasibətin qorunmasına şərait yaradaraq və “qələbəyə”
yüklənmiş boşanma meylini azaldacaq. Nigah müqavilələri ailələrin dağılmasının
qarşısını almağa effektli bir hüquq norması kimi uşaqların bütöv ailədə tərbiyə
almasına imkanı artırmış olacaqdır"
SNN NEWS-Haber
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий