Поиск по этому сайту

пятница, 11 февраля 2022 г.

Ramiz Mehdiyev niyə müxalifətə...

Son dövrlərdə ölkəmizdə əsaslı dəyişiliklərin (daha doğrusu kadr dəyişiliklərinin) “fəsadları” bir yana, dəyişiliklərə məruz qalanlar daha doğrusu, kürsüsündən məhrum olanlar el dili ilə desək “əlhəmini” itiriblər. Özlərini Əstafurulla Allah kimi tanıyanlar, mövqeyini itirən kimi şivən salıb, cırmaq atmaqla “bəlkə də qaytardılar” havasında oynamağa başlayıblar, maraqlısı isə odur ki, o havanı oynayanların nə manısı var, nədə tamaşaçısı.

 

Əlqərəz, Ramiz Mehdiyevin haqqında əlavə izaha, necə deyərlər əlavə “məlumat bildirişi” verməyə ehtiyac yoxdur. Qısa və konkret: bu adam müstəqil Azərbaycanın müstəqilliyinin əleyhdarı, Azərbaycan dövlətçiliyinin düşmənidir. Bir ömür boyu dövlətin ən yüksək postlarının birinin “sahibi” kimi, Ramiz Mehdiyev bacardığı qədər ölkə başçısının siyasətinə, dövlətimizin ali məqsədlərinə, vətəndaşlarımızın rifahına, cəmiyyətimizin əhatə edən hər sahəyə, Məhkəmələrin ədalətinə xələl və zərbə gətirməkdən başqa bir işlə məşğul olmayıb. Dövlətimizə özünü “əvəzedilməz” kimi sırayan bu adamın bu boyda vəzifə daşımış olduğunu düşünəndə adamın lap tükləri biz-biz olur.

 

Nə başınızı ağrıdım, elmdən başqa hər şeylə məşğul olan AMEA-nı özünün şıltaqlığının, təkəbbürünün, intriqalarının cılız oyuncağına çevirən Ramiz Mehdiyev öz şəxsi “bəyanatlarını” daha doğrusu hədələrini AMEA-nın mətbuat xidməti adından yayaraq Azərbaycan hakimiyyətinə, xalqına, müxalifətinə, siyasi elitasına meydan oxuyur. Növbəti dəfə də AMEA MX-ni öz şəxsi tribunası sayan Ramiz Mehdiyev “cib müxalifəti”, “avtobus müxalifəti” və sair kimi bənzətmələrdən istifadə edərək dolayısı da etiraf etdi ki, bəli, onun əlində “müxalifət” tamaşası göstərənlər olub, yoxsa Ramiz Mehdiyev haradan bilir, tanıyır “cib müxalifəti”ni. Deməli, bax ona görə də “çib müxalifəti” az qala 30 illik tamaşasında “Ramiz Mehdiyev” personajına heç vaxt toxunmayıb.

 

Dövləti müxalifət oyunbazlığında ittiham edən Ramiz Mehdiyev məhz həmin “müxalifət tamaşası” ilə özünün əvəzedilməzliyini qoruyurdu, kürsüsünə özünü lehim etmişdi. İndi cılızlığı ilə üz-üzə qalan Ramiz Mehdiyev, qarşı tərəflərin hər birini özünün düzəldiyi “cib müxalifəti” oyuncağı ilə vurmağa çalışır, kül üfürür. O ki, qaldı Ramiz Mehdiyevin AMEA alimlərinə qarşı atmacalarına-düşünürəm ki, onun adından əsərlər yazan, kitablar çap etdirən “alimlər” olmasaydı Ramiz Mehdiyev adında da heç alim olmazdı...

 

Marqlıdır, niyə Ramiz Mehdiyev müxalifət olur axı?, məncə bu sualın cavabını Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamlarından almaq olar. Lukaşenkonun dediklərininin qənaəti budur ki, Rusiya Azərbaycana təsir imkanlarınından məhrum edilib. Deməli, Ramiz Mehdiyevin Rusiya tərəfindən müəyyən edilmiş missiya uğursuzluğa düçar olub, özü isə istifadəyə yaralı müddətini başa çatdırıb.

 

Buna görə də Ramiz Mehdiyev müxalifət olmağa məcbur qalır...

Urvatsızlıq insan üçün ən böyük cəzadır... Bu cəzanı isə Ramiz müəllim özü özünə təyin edib.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

 

Комментариев нет:

Отправить комментарий