Rusiya Ukraynaya
təcavüz etməklə hərbi qələbə qazana bilsə də belə, özü özünün məhv etmə
proqramını işə salmış oldu. Rusiya kimi bir nəhıng imperiyanın məhvi ancaq
daxildən mümkündür və bu proses dayanmaz şəkildə işə düşdü.
Sözsüz ki,
Rusiyanın Ukrayna təcavüzü Rusiya-Ukrayna qarşıdurmasının nəticəsi deyil,
müharibə Qərb(NATO)-Rusiya qarşıdurmasının nıticəsidir, sadəcə bu qarşıdurma
hərbi formada Ukrayna ərazisində aparılır. Əgər Qərb Ukraynanı tapdaq altına
çevirməyi, onu bu vəziyyətə salmaq istəməsəydi Rusiyaya lazım olan
"NATO-nun genişlənməməsi və təhlükəsizlik qarantiyasını" vermiş
olardı. Qərb öz istəklərini reallaşdırmaq üçün Ukrayna ilə Rusiyanı yoxlama
etdi.
Həmişəki kimi,
Qərb öz vədlərinə əməl etmədən Ukraynanı meydanda tək qoyub aldatdılar necə ki,
1994-cü ildə Qərb və Rusiya Ukraynanı nüvə slahı arsenalından imtinası
müqabilində təhlükəsizlik qarantiyası vermişdi, yenə də Ukrayna aldadıldı. Bu
faciədə Rusiya ilə bərabər Qərb də günahkardır. Rusiya yaranışından bu ana
kimi, işğalçılıq mahiyyətindın əl çəkməyib-bu bir aksiomadır.
Qərb Rusiyanı
quduzlaşdırmaqla və Ukrsynanı qurbana çevirməklə illər öncə polittexnoloqların
hazırladığı plan üzrə hərəkət edir. Rusiya da bu tələyə düşmüş oldu. Artıq
Putin hakimiyyətinin və siyasətinin sonu və ardınca isə özünün imperiya kimi
məhvi prosesi başlayıb. Rusiya daxilində yarıdan çox əhalinin müharibə əleyhinə
olması, mitinqlər, həbslər, rus oliqarxlarının etirazı Putini həyacanlandırıb
və dünən gecə iş adamları ilə görüşü Putin həyacanının əsaslı və yüksək
olduğunu göstərdi. Qərb istəyinə çatıb...
Səssiz-səmirsiz,
Rusiya Qərbin "Ukrayna tələsinə" düşdü və salamat çıxması da çətin
görünür. Rusiyada Putin hakumiyətinin sonunu daha tezləşdirə biləcək və Ukraynanın
psixaloji və bəlkə də fiziki qələbəsini qazanmaq üçün imkanları tükənmətib,
Kiyevin süqutunu əngələmək, müharibəni uzatmaq və imkan daxilində müharibəni
Rusiya ərazisində hiss etdirmək kimi, şərtlər müharibənin yekun nəticəsini
dəyişə bilər.
Rusiyanın
sürətli işğal planı iflasa uğradı, Ukrayna xalqının növbəti hədəfi müharibənin
gedişini uzatmaqla, dünyada Rusiya kimi imperiyaya qarşı duruş gətirdiyini və
bəlkə də şəri bitirə biləcək bir xalq olaraq adını tarixə yaza bilər. Ukrayna
öz timsalında rus əsarətinə düçar olmuş xalqlar üçün də vuruşur təəsüf ki,
Ukraynanı şərlə savaşda biz də qarışıq bütün dünya tək qoyub...
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
hüquqşünas
25.02.2022
Комментариев нет:
Отправить комментарий