Rusiya mətbatının Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin gözlənən Moskva görüşü öncəsi iki dövlət arasında "müttəfiqlik" sazişinin mümkünlüyü barədə məlumatı narahat edici müzakirələrə səbəb olub. Əvvəla onu qeyd edim ki, Azərbaycan və Rusiya arasında "müttəfiqıik" sazişinin imzalanması heç də inandırıcı görünmür. Ona görə ki, belə bir müqavilə faktiki "müttəfiqlik" yox, "asılılıq" boyunduruğuna çevrilə bilər.
Digər
tərəfdən nəzərə alaq ki, Türkiyə və Azərbsycan arasında imzalanmış " Şuşa
Bəyannaməsi" hər iki dövlət tərəfindən ratifikasiya edilərək beynəlxal
hüquqi sənəd statusu alıb və həmin "Suşa Bəyannaməsi"nə əsasən
Türkiyə və Azərbaycan öz xarici siyasətini birgə müəyyən etməli, Təhlükəsizlik
Şuraları bir başa koordinadiyalı şəkildə fəaliyyət göstərməlidir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyə ilə eyni
məxrəcə gəlmədən Rusiya ilə "müttəfiqlik" müqaviləsi bağlaya bilməz.
Əgər Rusiya və
Azərbaycan arasında "müttəfiqlik" müqaviləsi bağlanarsa, deməli
prosesdə Türkiyə də iştirak edir və bu prosesin davamı var. Mümkün senarilərdən
biri də odur ki, Türkiyə də Rusiya ilə bu və ya digər formada
"müttəfiqlik" müqaviləsi bağlayacaq və hətta sonra Türkiyə NATO ilə
münasibətlərini tam konktetləşdirə bilər.
Düşünürəm ki,
Azərbaycan və Rusiya arasında "müttəfiqlik" müqaviləsi imzalanarsa
Beynəlxalq siyasi arenada siyasi aktiv proseslərin şahidi olacayıq. Digər
tərəfdən, əgər sözü gedən müqavilə imzalanarsa deməli regional səviyədə də çox
vacib proselər gedəcək. Azərbaycan Xankəndində öz bayrağını asaraq
separatistlərin həbsinə başlayacaq. Azərbaycan Baş Prokurorluğunun Araik
Arutunyanın həbsi barədə verdiyi anons da proseslərin tərkib hissəsi kimi
reallaşa bilər.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü,
hüquqşünas
21.02.2022
Комментариев нет:
Отправить комментарий