Son
dövrlərdə ölkəmizdə əsaslı dəyişiliklərin (daha doğrusu kadr dəyişiliklərinin)
“fəsadları” bir yana, dəyişiliklərə məruz qalanlar daha doğrusu, kürsüsündən
məhrum olanlar el dili ilə desək “əlhəmini” itiriblər. Özlərini Əstafurulla
Allah kimi tanıyanlar, mövqeyini itirən kimi şivən salıb, cırmaq atmaqla “bəlkə
də qaytardılar” havasında oynamağa başlayıblar, maraqlısı isə odur ki, o havanı
oynayanların nə manısı var, nədə tamaşaçısı.
Əlqərəz,
Ramiz Mehdiyevin haqqında əlavə izaha, necə deyərlər əlavə “məlumat bildirişi”
verməyə ehtiyac yoxdur. Qısa və konkret: bu adam müstəqil Azərbaycanın
müstəqilliyinin əleyhdarı, Azərbaycan dövlətçiliyinin düşmənidir. Bir ömür boyu
dövlətin ən yüksək postlarının birinin “sahibi” kimi, Ramiz Mehdiyev bacardığı
qədər ölkə başçısının siyasətinə, dövlətimizin ali məqsədlərinə,
vətəndaşlarımızın rifahına, cəmiyyətimizin əhatə edən hər sahəyə, Məhkəmələrin
ədalətinə xələl və zərbə gətirməkdən başqa bir işlə məşğul olmayıb. Dövlətimizə
özünü “əvəzedilməz” kimi sırayan bu adamın bu boyda vəzifə daşımış olduğunu
düşünəndə adamın lap tükləri biz-biz olur.
Nə
başınızı ağrıdım, elmdən başqa hər şeylə məşğul olan AMEA-nı özünün
şıltaqlığının, təkəbbürünün, intriqalarının cılız oyuncağına çevirən Ramiz
Mehdiyev öz şəxsi “bəyanatlarını” daha doğrusu hədələrini AMEA-nın mətbuat
xidməti adından yayaraq Azərbaycan hakimiyyətinə, xalqına, müxalifətinə, siyasi
elitasına meydan oxuyur. Növbəti dəfə də AMEA MX-ni öz şəxsi tribunası sayan
Ramiz Mehdiyev “cib müxalifəti”, “avtobus müxalifəti” və sair kimi
bənzətmələrdən istifadə edərək dolayısı da etiraf etdi ki, bəli, onun əlində
“müxalifət” tamaşası göstərənlər olub, yoxsa Ramiz Mehdiyev haradan bilir,
tanıyır “cib müxalifəti”ni. Deməli, bax ona görə də “çib müxalifəti” az qala 30
illik tamaşasında “Ramiz Mehdiyev” personajına heç vaxt toxunmayıb.
Dövləti
müxalifət oyunbazlığında ittiham edən Ramiz Mehdiyev məhz həmin “müxalifət
tamaşası” ilə özünün əvəzedilməzliyini qoruyurdu, kürsüsünə özünü lehim
etmişdi. İndi cılızlığı ilə üz-üzə qalan Ramiz Mehdiyev, qarşı tərəflərin hər
birini özünün düzəldiyi “cib müxalifəti” oyuncağı ilə vurmağa çalışır, kül
üfürür. O ki, qaldı Ramiz Mehdiyevin AMEA alimlərinə qarşı atmacalarına-düşünürəm
ki, onun adından əsərlər yazan, kitablar çap etdirən “alimlər” olmasaydı Ramiz
Mehdiyev adında da heç alim olmazdı...
Marqlıdır,
niyə Ramiz Mehdiyev müxalifət olur axı?, məncə bu sualın cavabını Belarus
prezidenti Aleksandr Lukaşenkonun açıqlamlarından almaq olar. Lukaşenkonun
dediklərininin qənaəti budur ki, Rusiya Azərbaycana təsir imkanlarınından
məhrum edilib. Deməli, Ramiz Mehdiyevin Rusiya tərəfindən müəyyən edilmiş
missiya uğursuzluğa düçar olub, özü isə istifadəyə yaralı müddətini başa
çatdırıb.
Buna
görə də Ramiz Mehdiyev müxalifət olmağa məcbur qalır...
Urvatsızlıq
insan üçün ən böyük cəzadır... Bu cəzanı isə Ramiz müəllim özü özünə təyin
edib.
Vüqar
Dadaşov
MCP
SŞ-nın üzvü, hüquqşünas